Məhkəmə qərarları › İş №2(060)-5695/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5695/2023

27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5695/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X15 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi, X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. xx.xx.2018-ci il tarixdə Byakova (Abramova) Nadezhda Dmitriyevna ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X14, xx.xx.2020-ci il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X6 doğulmuşdur. Sonuncu övladı X6 25 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanında dünyaya gəlmişdir. Buna səbəb sancının birdən tutması və uşağın doğumu zamanı xəstəxanaya yetişə bilməməkləridir. Bu səbəbdən uşaq Marqarita Byakova evdə dünyaya gəlmişdir. Maraqlı şəxs doğum haqqında aktın verilməsindən imtina etmişdir. Həmçinin qeydiyyat şöbəsindən ona izah olunmuşdur ki, doğum haqqında aktın alınması üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən qızı X4 xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında doğumunun qeydə alınması faktının və doğum haqqında akt qeydlərində ata qrafasında Ərizəçi, anasının X7 qeyd olunmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ilə bağlı ərizə ilə müraciət edərək, qızı X4 xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında doğumunun qeydə alınması faktının və doğum haqqında akt qeydlərində ata qrafasında Ərizəçi, anasının X7 qeyd olunmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi X1 vasitəsi ilə izahat verərək bildirdi ki, ərizəni müdafiə edir. xx.xx.2023-cü il tarixdə övladı dünyaya gəlmişdir. Müraciət etmiş və ona imtina məktubu göndərmişlər. Bu halı atası və anası təsdiq edə bilər. O həyat yoldaşı ilə birinci mərtəbədə, atası və anası isə ikinci mərtəbədə yaşayır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X13 X1 vasitəsi ilə izahatında bildirdi ki, ərizəçi oğludur. Uşaq xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Doğum hadisəsi qəflətən baş vermişdir. Belə ki, oğlu gəlmiş və demişdir ki, uşaq dünyaya gəlmişdir. X16 X1 vasitəsi ilə izahat verərək bildirdi ki, uşaq üç ay bundan öncə ev şəraitində dünyaya gəlmişdir. Onlar bir evdə yaşayırlar. Xəstəxanaya isə apara bilməmişlər. İş materiallarında olan: Arayışdan görünür ki, X6 (doğum tarixi: xx.xx.2023-cü il, ünvan: H.Z.Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi, ev 30, mənzil 3) 7 saylı ASM-də xx.xx.2023-cü il tarixdən qeydiyyatdadır və sağdır. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə icazə vəsiqəsinin surətindən görünür ki, Biakova Nadezhdaya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər Azərbaycan Respublikasında yaşamaq üçün icazə verilmişdir. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. ünvan 3 ünvanında yaşayır. Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 avqust 2018-ci il tarixli, AZ-İİ seriyalı, 289974 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin 08-ci ayının 19-cu günündə 2257 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Byakov, arvada isə Byakova soyadı verilmişdir. 2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin imtina məktubuna əsasən müəyyən edilir ki, doğum faktını təsdiq edən həkim sənədi olmadıqda, uşağın doğulması faktı məhkəmə tərəfindən müəyyən edilir. Uşağın doğumunu təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə Ərizəçi məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələrini, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, ərizəçi Byakov X3 Marqarita Vasilyevnanın xx.xx.2023-cü ildə Sumqayıt şəhərində doğulması məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Byakov X3 Marqarita Vasilyevanın xx.xx.2023-cü ildə Sumqayıt şəhərində doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Byakova”, adının “Marqarita”, ata adının “Vasiliy” qeyd edilməsi, doğum qeydinin ata qrafasında Ərizəçi, ana qrafasında isə X7 qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar