Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5696/2025 18.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «itirilmiş icra icraatının bərpa edilməsi tələbi»nə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «itirilmiş icra icraatının bərpa edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nin 1 MK-122/2003 saylı, xx.xx.2003-cü il tarixli icra sənədi üzrə itirilmiş icra icraatının bərpa edilməsi və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, M.Qorki küçəsi, 27/50 “A” saylı evin 1/14 pay müqabilində cavabdehlər Ərizəçi1 və Ərizəçi2 hər birinə 5.987.953 manat kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə qanunvericiliyin tələbinə uyğun olmadığından, geri qaytarılmalıdır. İşdən görünür ki, Ərizəçi1 iddia ərizəsində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 1MK-122/2003 saylı məktubuna istinadən həmin məhkəmənin xx.xx.2003-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin dublikatının icra edilməsi üçün icraya yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli 12008 nömrəli məktubda xx.xx.2024-cü il tarixdə sözügedən mülki işin Bakı Apellyasiya Məhkəməsinin arxivində olub-olmaması ilə bağlı həmin məhkəməyə sorğu göndərildiyi, sorğuya cavabda 1MK-122/2003 saylı mülki işin Bakı Apellyasiya Məhkəməsinin arxivində aşkar edilmədiyi bildirilmişdir. Müraciətin araşdırılması zaman həmçinin 1MK-122/2003 saylı mülki işin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialına dövlət mühafizəsinə təhvil verildiyi müəyyən edilmişdir (Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 20 sentyabr 2024-cu il tarixli məktubu). Göründüyü kimi ərizəçi Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən məktubunu iddia ərizəsində qeyd etsə də, həmin sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə onu da qeyd edir ki, ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilib-edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Odur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla ərizə və ona əlavə olunmuş sənədlər ərizəçilərə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «itirilmiş icra icraatının bərpa edilməsi tələbi»nə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçilərə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №2(060)-5696/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5696/2025
18.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver