Məhkəmə qərarları › İş №2(060)-5700/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5700/2023

18.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5700/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Şükürova Əntiqə Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən çıxarılma” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən Cavabdeh məcburi çıxarılması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu xx.xx.2019-cu il tarixində adına qeydə alınmış çıxarış təsdiq edir. Sözügedən torpaq sahəsində fərdi ev tikilmişdir. Cavabdeh atası X1 ikinci həyat yoldaşıdır. Cavabdeh ona məxsus torpaq sahəsini və torpaq sahəsi üzərində tikilmiş fərdi evi qeyri-qanuni yolla zəbt edərək torpaq sahəsindən və fərdi evdən istifadəsinə imkan vermir. Dəfələrlə mülkiyyətçisi olduğu evdən istifadə etməyinin cavabdeh tərəfindən qarşısı alınmışdır. Hesab edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Liman küçəsi ünvanında yerləşən torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən Cavabdeh məcburi çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin onun mülkiyyətindən çıxarılmasını xahiş edir. Torpaq sahəsi onun adınadır. Lakin tikilinin sənədləri tam olmadığı üçün sənədləşdirilməmişdir. Baba payıdır. Özünə və onun qardaşına düşən pay bölünmüşdür. Torpaq alındıqdan sonra yerində də 2019-cu ildə ev tikmişdir. Ev tikərkən kimsənin köməyi olmamışdır. Mübahisəli mənzildə atası, qardaşı, yoldaşı və özü yaşayır. Dörd aydır ki, yəni məhkəməyə müraciət etdiyi zamandan həmin mənzildə yaşamır. Orada yaşamamağına səbəb cavabdeh ilə aralarında olan təhqirlər, söyüşlər, lazımsız söhbətlərdir. Sumqayıt şəhəri, 17-ci mikrorayondakı 3 otaqlı ev satıldıqdan sonra öz payını istəmişdir. Ata və anasına isə pul çatmamışdır. Ev təmirli olmuşdur. Ailə qurduqda Adilə xanımın heç bir rolu olmamışdır. Anasının cehizlərini, yorğan-döşəyini aparmışdır. Adilə xanım ona baxmamışdır. Adilə xanımın başqa yaşayış yeri, torpağı, evi, obyekti, qızılı da vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, cehizləri o vermişdir. Elə bir evə gəlin getmişdir ki, evin vəziyyəti pis olmuşdur. Ev iki otaqlı olmuş, daha sonra isə üç otaqlı etdirmişdir. Cavabdeh satıcı işləmiş və pensiya almışdır. Pensiyasını və maaşını evin təmirinə xərcləmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, onda olan məlumata əsasən Adilə xanım pensiyasından pul vermiş və evi təmir etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlardan müəyyən olunur ki, Adilə xanımın həmin mübahisəli fərdi tikili evə qeydiyyatı yoxdur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal sahəsinin 2018 nömrəli, xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, 22 saylı MKS-nin rəhbərliyi bildirmişdir ki, Məmmədova Adilə Ağabala qızı xidmət sahəsində olan 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 2-də pasport qeydiyyatındadır. Lakin yaşamır. Adına otaq yoxdur. Onun əvvəllər yaşadığı otaqda halhazırda X2 yaşayır. X2 MKTİB tərəfinən verilmiş 31 nömrəli, xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi əsasında yerləşdirilmiş və həmin otaqda pasport qeydiyyatındadır. Məmmədova Adilə ilə qohumluq əlaqəsi yoxdur. Adilə xanım əlildir və pensiya alır. Mənzil başqasına verildiyi üçün həmin ünvanda yaşamır. Hüseyn bəylə Adilə xanımın faktiki nikah münasibətləri 20 ilə yaxın davam etmişdir. Lakin 2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Babalarından qaldığı iddia edilən Sumqayıt şəhəri, 17-ci mikrorayonda olan 3 otaqlı evdə yaşamışlar. Lamiyə xanım ilə qardaşı kiçik yaşda olmuşlar. Onlara ana kimi baxmış, həyat yoldaşı ilə isə mehriban olmuşdur. Sonradan Lamiyə xanım ailə həyatı qurmuş, həyat yoldaşı ilə bərabər qızının toyunu təşkil etmişdir. Lamiyə xanım ata evinə qayıtdıqdan sonra ata evinin satılmasına nail olmuş, iki yerə bölünmüş, pulun bir hissəsi qardaşına, digəri isə ona verilmişdir. Adilə xanımın şəkər xəstəliyi vardır. Adilə xanım ilə həyat yoldaşı arasında olan nikah pozulmamışdır. İddiaçı hesab edir ki, cavabdeh torpaq sahəsindən çıxarılmamalıdır. Evin çıxarışı və torpaq qeydiyyatı yoxdur.Hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, cavabdeh onu çağırmış və gəlmiş, işləmişdir. Evdə hörgü işləri görmüşdür. Təxminən bir ildən çox işləmişdir. Ödənişi isə cavabdeh etmişdir. Pensiyasını aldıqda 100, 150 və digər məbləğlərdə ödəniş etmişdir. Materialları da cavabdeh almışdır. Evi tam olaraq o tikməmişdir. Əlavə artırmaları olmuş, artırmaları isə o işləmişdir. Artırmalar təxminən 30 kvadrat metr olar. Əvvəlki bina evində balkon tikmişdir. Mübahisəli mənzildə isə arakəsmə, hörgü tikmişdir. Hüseyn kişi də daxil olmaqla hər ikisi təmir işlərinin şahidi olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1001 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 996 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1988-ci il tarixdə anadan olmuş, 22 sentyabr 2022-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, AZ 5021, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam payda İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1963cü il tarixdə Azərbaycan Respublikası, Zərdab rayonu, Seyidlər kəndindən anadan olmuşdur. Sumqayıt şəhəri, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal sahəsinin 2018 nömrəli, xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, 22 saylı MKS-nin rəhbərliyi bildirmişdir ki, Məmmədova Adilə Ağabala qızı xidmət sahəsində olan 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 2-də pasport qeydiyyatındadır. Lakin yaşamır. Adına otaq yoxdur. Onun əvvəllər yaşadığı otaqda hal-hazırda X2 yaşayır. X2 MKTİB tərəfinən verilmiş 31 nömrəli, xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi əsasında yerləşdirilmiş və həmin otaqda pasport qeydiyyatındadır. Məmmədova Adilə ilə qohumluq əlaqəsi yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən çıxarılma” tələbinə dair mülki işə baxılmasının 18 dekabr 2023-cü il tarixinə, saat 10:20-yə təxirə salınması qərara alınmışdır. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında 0.02 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında İddiaçı məxsusdur. Mülkiyyət hüququ iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçının istifadə etmək imkanından məhrum etmişdir. Azərbaycan Rspublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, torpaq sahəsi iddiaçıya məxsusdur. Odur ki, mülkiyyət hüququ ilə iddiaçı məxsus torpaq sahəsində və üzərində inşa edilmiş yaşayış evindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisəli sahədən könüllü olaraq çıxmadığından iddiaçı öz mülahizəsinə görə həmin sahədən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, iddiaçının torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin üzərində mövcud olanhüquqlarının həyata keçirilməsi üçün Cavabdeh torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanda olan 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən çıxarılmalıdır. Odur ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Ona görə də məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edildiyindən Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar