Məhkəmə qərarları › İş №2(060)-5706/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5706/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5706/2020 26.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Abbasağa oğlunun Sumqayıt şəhəri, 6-cı mkr, 30 saylı evin 25-ci mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AR ƏMDK-nin yanında DƏDRX-nin ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışına əsasən Sumqayıt şəhəri, 6-cı mkr, 30 saylı evin 25ci mənzili onun şəxsi mülkiyyətindədir və mənzilin yeganə sahibi odur. Qardaşı olan Cavabdeh əvvəllər onun şəxsi mülkiyyətində olan mənzildə yaşayıb və burada pasport qeydiyyatındadır. Lakin o, 1997-ci ildən daimi yaşamaq üçün çıxıb Rusiya Federasiyasına getmişdir. Bunu qonşular da təsdiq edə bilər. Cavabdehin uzun illər onun mənzilində yaşamamasına baxmayaraq, əlavə kommunal və digər haqlarıödəməyə məcbur olmuşdur. Mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur və ona ziyan vurur. O, evi üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. Bu isə mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh 1997-ci il tarixdən daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişdir, ailəsi ilə birlikdə orada yaşayır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mkr, 30 saylı evin 25-ci mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 272 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB-nin 13 saylı MKSnin xx xxxxxxxx 2020-ci il tarixli, 590 saylı arayışından görünür ki, Nəzərov X2 şəhəri, 6-cı mkr, 30 saylı evin 25-ci mənzilində qeydiyyatdadır, ancaq yaşamır, xx.xx.2020-ci il tarixli akta əsasən 1997-ci ildən yaşamır, Rusiya Federasiyasındadır. Mülki iş materiallarına əlavə edilmiş məhkəmə sorğusu əsasında Sumqayıt Regional ASAN xidmət mərkəzində notariat ofisinin 3729 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli 2V-558 reyestr nömrəli vərəsəlik işindən Cavabdeh ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum anası X1mış mirasdan qardaşı İddiaçı xeyrinə imtina etmiş və bununla bağlı heç bir iddia qaldırmayacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının qardaşı olan cavabdeh ev onların istifadəsində olduğu vaxtdan, yəni 1990-cı illərdən bu mənzildə yaşamış, 1997-ci ildən mənzili tərk etmiş, Rusiya Federasiyasına daimi olaraq getmişdir, həmin vaxtdan mübahisəli evdə yaşamır və istifadə etmir. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, mövcud mübahisənin həlli zamanı xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və xx xxxxxxxx 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinəəsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinəəsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi iləəlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailəüzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailəüzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin hallarından göründüyü kimi cavabdeh mübahisə predmeti olan mənzildə 1997-ci ildən yaşamır. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. xx xxxxxx 2015-ci il tarixdə mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçməklə yaşayış evinin tərkib hissəsindən istifadənin yeni hüquqi əsası yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, həmin hüquqi əsas yaşayış evinin tərkib hissəsindən istifadə hüququ olan cavabdehdən yeni mülkiyyətçi ilə müqavilə bağlamağı tələb etmir. Belə ki, mülkiyyətçinin dəyişməsi həmin mənzildə istifadə hüququ olan ailəüzvünün (araşdırılan mübahisəüzrə cavabdehin) həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur (Mülki Məcəllə 158.3m). Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünüəks etdirir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, mülkiyyətçi həmin mənzildə istifadə hüququ olan şəxsə kompensasiya verməklə istifadə hüququna xitam verilməsini tələb edə bilər. Hazırki halda iddiaçı kompensasiya təklif etmədən cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda genişşəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilməşəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündəəks etdirdiyinə görə, məhdud əşya hüququdur. Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailəüzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailəəlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailəüzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Məhkəmənin həmin Qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinəəsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailəüzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunmasıüçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə qeyd olunan Qərarda göstərmişir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailəüzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Məhkəmədə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh mübahisəli evdən köçüb getmiş və davamlı olaraq başqa yaşayış sahəsində yaşayır, könüllü olaraq mübahisəli evdən istifadə etmir. Məhkəməşərh olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, hüququn əldə edilməsini zəruri edən əsaslar aradan qalxdığından iddiaçının cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işüzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Abbasağa oğlunun Sumqayıt şəhəri, 6-cı mkr, 30 saylı evin 25 saylı mənzilinə olan istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar