Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5712/2023 09.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi İddiaçı və cavabdeh X2 Etilen-Polietilen zavodunun nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh X2 Etilen-Polietilen zavoduna qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktoru Oqtay Niftəliyev tərəfindən “intizam tənbehi” haqqında 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1|-267/2023 saylı əmrin o, İddiaçı münasibətdə olan hissəsinin ləğv olunaraq işə bərpa olunmağı və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərikimya “İstehsalat Birliyinin “Etilen- Polietilen" zavodunun direktoru Oqtay Niftəliyev tərəfindən “intizam tənbehi” haqqında verilmiş 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1|-267/2023 saylı əmrə əsasən, Əmək Məcəlləsi və Texniki Təhlükəsizlik qaydalarını pozduqlarına görə 4 saylı qaz həmin sahənin böyük mexaniki X7 və növbə rəisi X15 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmrin o - X8 münasibətdə olan hissəsini-qanunsuz və ədalətsiz hesab edir. O, İddiaçı 8-9 iyun 2023-cü il tarixlərində Azərikimya “İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktoru Oqtay Niftəliyevin göstərişinə əsasən SOCAR TTSİ-TƏLİM, Tədris və Sertifikatlaşdırma İdarəsinə təlimdən keçməyi məqsədi ilə göndərilmişdir. Təlimdə olduğu müddət ərzində bütün vəzifə səlahiyyətlərinin icra olunması 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini X13 həvalə edilmişdir. Həmin şəxs ona müvəqqəti olaraq həvalə olunmuş səlahiyyətlərdən sui-istifadə edərək onun tərəfindən imzalanan “Yüksək təhlükəli (soyuq) işlərin aparılmasına tapşırıq-icazə verilməsi barədə” sənəddə saxtalaşdırma aparmışdır. Belə ki, qeyd olunan icazə sənədində iş yeri olaraq “ İ park tutumları”, işin məzmunu olaraq isə “tutumların əlaqə xətlərinin, klapanlarının, qaynaq tikişlərinin dedeskopiyası” göstərildiyi halda müavini X18 iş yeri olaraq “Vİ park tutumları”, işin məzmunu olaraq isə “tutumların klapanlarının çıxarılmasına hazırlıq” şəklində həmin sənədə qanunsuz olaraq əlavələr etmiş, icazənin-müddətini isə xx.xx.2023-cü il tarixinə qədər uzadaraq bu faktı öz imzası ilə təsdiq etmişdir. Qeyd olunan əlavələrin olunması təlimdə olduğu müddətdə baş verdiyi üçün bu barədə məlumatı olmamışdır. İcazə sənədinə X18 tərəfindən düzəlişlərin sonradan əlavə olunduğu həmin sənəddən aydın şəkildə hiss olunur. Buna baxmayaraq, belə bir saxtakarlığın olunduğu baş vermiş hadisənin səbəb və şəraitini araşdırma məqsədi ilə yaradılmış komissiya tərəfindən müəyyən olunmamış, bunun nəticəsində heç bir qanuni əsas olmadan Əmək Məcəlləsi və Texniki Təhlükəsizlik qaydalarını pozma əsası ilə digər şəxslərlə yanaşı, o da işdən azad olunmuşdur. xx.xx.2023-cü il tarixində, 15:30 radələrində 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin böyük mexaniki X7 ona yaxınlaşaraq Vİ parkda yerləşən E-31 mövqeli tutumdan qoruyucu klapanların çıxarılması üçün iş yerinin hazırlanmasına göstəriş verməyini xahiş etmişdir. Xahişinə cavab olaraq bu işin hələlik görülməməli olduğunu ona bildirmişdir. Növbəti (qəzanın baş verdiyi) gün 8:00 radələrində həmin sahənin böyük mexaniki operator otağına gedərkən yenidən ona yaxınlaşaraq onun tərəfindən tutumun təmirə verilməsinə razılıq verilmədiyini bildirmişdir. Oxşar cavab alaraq geri qayıtmışdır. O 8:30 radələrində selektor müşavirəsində olarkən Qarayev Ağamusa operatorunun yanında həmin sahənin rəis müavini X13 yaxınlaşaraq Vİ parkda yerləşən E-31 mövqeli tutumdan qoruyucu klapanların çıxarılmasına sahə rəisinin razılıq vermədiyini bildirmiş, rəis müavini isə ona bu məsələni özünün həll edəcəyini bildirmişdir. Daha sonra o, növbə rəisi X9 E-31 mövqeli tutumun təmirə hazırlanması barədə göstəriş vermişdir. Kamilov Yusif öz növbəsində rəis müavinin göstərişinə əməl edərək bəhs olunan tutumun girişçıxış xətlərini bağlamış, tutumu təzyiqdən azad edərək təmirə hazırlamışdır. Bu barədə ona heç bir məlumat verilməmişdir. Saat 10:50-də baş mexanik X3 nəzarəti altında dörd çilingər və onlara rəhbərlik edən şəxs klapanların çıxarılması işinə başlamış, bu zaman tutumun üstündə yerləşən üçgedişli siyirmənin arasında yedəşən polimer materialı alışaraq yanğına səbəb olmuşdur. Yalnız yanğın baş verdikdən sonra bu barədə ona məlumat verilmişdir. Dərhal hadisə yerinə gələrək yanğın söndürülməsində iştirak etmiş və təcili olaraq növbə rəisinə yanğının söndürülməsinə xidmət edən müxtəlif tapşırıqlar vermişdir. Baş vermiş yanğın barədə dərhal rəhbərliyə və eyni zamanda FHN əməkdaşlarına məlumat verilmişdir. Yanğının söndürülməsinə nail olmaq üçün o və Qarayev Ağamusa tutumun üstünə çıxmaqla arakəsmə qoyaraq yanğını nəzarət altına ala bilmişlər. Növbə rəisi X10 verdiyi izahatında X3 rəis müavininə sahə rəisinin hazırlıq işlərinin görülməsi üçün razılıq verməməsini bildirdiyini, rəis müavini isə ona cavab olaraq problemli məsələnin olmadığını, müvafiq göstərişi özünün verəcəyini və bundan sonra sahə rəisindən razılıq almadan E-31 mövqeli tutumun təmirə hazırlanması barədə ona göstəriş verməsini və müvafiq göstəriş əsasında əməli icra etdiyini bildirmişdir. Eyni zamanda izahatı ilə onun tərəfindən yanğının söndürülməsi üçün mümkün ola biləcək hər növ tədbiri gördüyünü də təsdiq etmişdir. Cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavoduna qarşı “işə bərpa və digər” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 13 iyun 2023-cü il tarixində saat 10:50 radələrində “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V=600 kub metr, D=10500 mm) E-3/1 tutumunda təmir işləri aparılarkən sahə rəisi İddiaçı işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini layiqincə yerinə yetirməməsi, sahədə aparılan təmir işlərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına uyğun aparılmasına zəif nəzarət etməsi, vəzifə təlimatına əməl etməməsi nəticəsində yanğın hadisəsi baş vermişdir. Sahə işçiləri tərəfindən dərhal yanğın söndürmə vasitələrindən istifadə olunmuş, tutumun üzərindəki su çiləyicilər, eləcə yanğınsöndürən lafet lülələri işə salınmış və paralel olaraq Fövqəlhadə Hallar Nazirliyinə məlumat verilmişdir. Yanğın 19:30 radələrində tam söndürülmüşdür. Zavod rəhbərliyi qeyd olunanları nəzərə alaraq 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 14-2-3-1/3-6-846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. “Etilen-Polietilen” zavodun Həmkarlar İttifaqı Komitəsinin Heyyəti iclasının xx.xx.2023-cü il tarixli protokolu ilə “Etilen-Polietilen” zavodun müraciətinə iddiaçının iştirakı ilə baxılmış və İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. “Etilen-Polietilen” zavodunun xx.xx.2023-cü il tarixli, 14-2-3-1/3-1İ-267/2023 nömrəli əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə edərək göstərdi ki, “Azərikimya “İstehsalat Birliyinin “Etilen- Polietilen" zavodunun direktoru Oqtay Niftəliyev tərəfindən “intizam tənbehi” haqqında verilmiş 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1|-267/2023 saylı əmrə əsasən, Əmək Məcəlləsi və Texniki Təhlükəsizlik qaydalarını pozduqlarına görə 4 saylı qaz həmin sahənin böyük mexaniki X7 və növbə rəisi X15 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmrin o - X8 münasibətdə olan hissəsini-qanunsuz və ədalətsiz hesab edir. O, İddiaçı 8-9 iyun 2023-cü il tarixlərində Azərikimya “İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktoru Oqtay Niftəliyevin göstərişinə əsasən SOCAR TTSİ-TƏLİM, Tədris və Sertifikatlaşdırma İdarəsinə təlimdən keçməyi məqsədi ilə göndərilmişdir. Təlimdə olduğu müddət ərzində bütün vəzifə səlahiyyətlərinin icra olunması 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini X13 həvalə edilmişdir. Həmin şəxs ona müvəqqəti olaraq həvalə olunmuş səlahiyyətlərdən sui-istifadə edərək onun tərəfindən imzalanan “Yüksək təhlükəli (soyuq) işlərin aparılmasına tapşırıq-icazə verilməsi barədə” sənəddə saxtalaşdırma aparmışdır. Belə ki, qeyd olunan icazə sənədində iş yeri olaraq “ İ park tutumları”, işin məzmunu olaraq isə “tutumların əlaqə xətlərinin, klapanlarının, qaynaq tikişlərinin dedeskopiyası” göstərildiyi halda müavini X18 iş yeri olaraq “Vİ park tutumları”, işin məzmunu olaraq isə “tutumların klapanlarının çıxarılmasına hazırlıq” şəklində həmin sənədə qanunsuz olaraq əlavələr etmiş, icazənin-müddətini isə xx.xx.2023-cü il tarixinə qədər uzadaraq bu faktı öz imzası ilə təsdiq etmişdir. Qeyd olunan əlavələrin olunması təlimdə olduğu müddətdə baş verdiyi üçün bu barədə məlumatı olmamışdır. İcazə sənədinə X18 tərəfindən düzəlişlərin sonradan əlavə olunduğu həmin sənəddən aydın şəkildə hiss olunur. Buna baxmayaraq, belə bir saxtakarlığın olunduğu baş vermiş hadisənin səbəb və şəraitini araşdırma məqsədi ilə yaradılmış komissiya tərəfindən müəyyən olunmamış, bunun nəticəsində heç bir qanuni əsas olmadan Əmək Məcəlləsi və Texniki Təhlükəsizlik qaydalarını pozma əsası ilə digər şəxslərlə yanaşı, o da işdən azad olunmuşdur. xx.xx.2023-cü il tarixində, 15:30 radələrində 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin böyük mexaniki X7 ona yaxınlaşaraq Vİ parkda yerləşən E-31 mövqeli tutumdan qoruyucu klapanların çıxarılması üçün iş yerinin hazırlanmasına göstəriş verməyini xahiş etmişdir. Xahişinə cavab olaraq bu işin hələlik görülməməli olduğunu ona bildirmişdir. Növbəti (qəzanın baş verdiyi) gün 8:00 radələrində həmin sahənin böyük mexaniki operator otağına gedərkən yenidən ona yaxınlaşaraq onun tərəfindən tutumun təmirə verilməsinə razılıq verilmədiyini bildirmişdir. Oxşar cavab alaraq geri qayıtmışdır. O 8:30 radələrində selektor müşavirəsində olarkən Qarayev Ağamusa operatorunun yanında həmin sahənin rəis müavini X13 yaxınlaşaraq Vİ parkda yerləşən E-31 mövqeli tutumdan qoruyucu klapanların çıxarılmasına sahə rəisinin razılıq vermədiyini bildirmiş, rəis müavini isə ona bu məsələni özünün həll edəcəyini bildirmişdir. Daha sonra o, növbə rəisi X9 E-31 mövqeli tutumun təmirə hazırlanması barədə göstəriş vermişdir. X18 onun müavini olmuşdur. Həmin şəxs sənədlərdə saxtakarlıq etmiş, SOCAR-ın vitse prezidentləri onlarda yoxlama keçirmişlər. X18 bildirmişdir ki, əlavələr etmişdir. Həmin saxtakarlığı o işdə olmadığı müddətdə digərləri işlətmiş, daha sonra həmin sənədlər onun cibində qalmışdır. Demişlər ki, artıq işləməyəcəkdirlər. Klapanları çıxartmaq üçün kran lazımdır. O isə həmin şirkətdə çox pis vəziyyətdə olmuşdur. Səkkiz dənə klapan təmirdə olmuşdur. Təmirdə olduğu üçün təmirdən qayıdana kimi mexanikə bildirmişdir ki, ona əl dəyməsinlər. Klapanlar gəldikdən sonra təmirə başlasınlar. O hər bir işi görmək üçün o öz imzası ilə sənəd verməli, daha sonra isə sənəd ilə cavab verməlidir. Onlara sənəd verməmiş, imza isə atmamışdır. Rəis müavini qol çəkmiş, həmin satxa sənədi isə onlara vermişdir. Ona bildirmişdir ki, heç nə olmayacaqdır. Saxtalaşdırma müavin tərəfindən həyata keçirilmişdir. Bölgünü aparmış və onları birinci parka yönəltmişdir. İki briqada olmuş, biri mantaj, digəri isə çilingər briqadası olmuşdur. Çünki ən vacib birinci park olmuşdur. Bütün bunlar səhər baş vermişdir. Bu mexanika həvalə olmuş, o isə onlara nəzarət etmişdir. Hadisə isə altıncı parkda baş vermişdir. Birinci park ilə altıncı park arasında 800 metr məsafə vardır. Sənəd bir dəfə açılır, daha sonra isə bir həftə müddət qoyulur. Soyuq işlərdə müavin müəyyən müddət üçün artırır. Tapşırıq icasəzini vermiş, yönəltmiş, daha sonra isə harada işləməli olduğunu görsətmiş, özü isə iclasa getmişdir. Qarşı tərəfin dediyi nüanslar SOCAR gəldikdən sonra indiyə kimi olan zamandır. Onun sahəsi iki hissəyə bölünmüşdür. Biri 47.17 hektar, digəri isə 13 hektardır. İkincisi isə 2 kilometr aralıqdadır. Hansısa bir işçi əlcəkdən istifadə etmədiyi üçün təhlükəsizlik texnikasının işçisi bunu görür, şəklini çəkir, daha sonra isə o töhmət alır. Həmin hadisələri aktlaşdırırlar. 3 dəfə aktlaşdırmışdır. 2020-2023-cü il tarixlərdə sahə rəisi vəzifəsində işləmişdir. Ondan öncə isə başqa vəzifələrdə işləmişdir. Yerdə otların vurulmasının şəklini çəkib atmalı, təhlükəsizlik texnikasından dərslər keçməli, onları hazırlamalı, daha sonra işçiləri yığmalıdır. Həmin gün debiraya getmiş və işçisi Zina xanıma demişdir ki, şəkilləri göndərsinlər. Digərləri dərsi keçmiş, şəkillərini çəkmiş, o şəkilləri isə atmamış, səhvən qış rejimli şəkilləri atmışlar. Onlar yaşlı adamdırlar, səhvən atmış, daha sonra isə demişlər ki, üzrlü hesab etsinlər. Rəhbərlik isə belə məsələlərdə güzəştə getmir. Yanğını şəxsən o özü söndürmüşdür. Fövləlhadə Hallar Nazirliyinin paltarını, ayaqqabısını geyindirmişlər. Rəhbərliyə bildirmişdir ki, arakəsmə qoymaq, daha sonra isə alovun qabağını kəsmək lazımdır. Mexanik ona su vura-vura yuxarı qalxmış, arakəsmə qoymuş və yanğının qarşısını almışdır. Əgər o cinayətkar olsa idi, onları etməzdi. Əgər intizam tənbehlərini mübahisələndirsə idi, işdən çıxarıla bilərdi. Vəzifə səlahiyyətlərini bilir. 2006-cı il tarixdə Butağı sahəsi yanmışdır. 7 nəfər həyatını itirimişdir. 6 nəfər isə xəstəxanaya düşmüşdür. Sahə rəisi 11 ay azadlıqdan məhrum edildi. Lakin indi istehsalat rəisi işləyir. Lakin onda nə ölüm, nə də dağıntı hadisəsi baş verməmişdir. Özü də sonda yanğını söndürmüş, lakin Əmək Məcəlləsinin 70 ç bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. 3 (üç) uşaq böyüdür. Hər biri gələcəyin əsgəridir. Böyük övladı isə ürək xəstəsidir. Onun üçün maddi vəsaiti yoxdur ki, müalicə elətdirsin. Həmin bənd ilə işdən çıxartmaq üçün əsas olmalıdır. Müəyyən ərazilərdə və müəyyən vaxtlarda partlayışlar olmuş, təqsirkar şəxslər hal-hazırda sahə rəisi vəzifəsində işləyir. 2022-ci il tarixdə sexdə partlayış olmuş və yenə eyni qaydada hal-hazırda sahə rəisi vəzifəsində işləyir. Onda isə heç bir dağıntı və s. hadisə olmamış və sahə səhəri gündən fəaliyyətini davam etdirmiş, dayanma baş verməmişdir. Həmkarlar ittifaqında əgər direktor çıxarılsın desə, bütün digər şəxslər çıxarılsın qərarı verirlər. Əgər qalsın deyirsə hamı qalsın qərarı verir. Orada 3 nəfər şəxsin özü də onların özlərinin adamıdır. Sonda iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh X2 Etilen-Polietilen zavodunun nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etməyərək göstərdi ki, sahə rəisinin vəzifə təlimatlarına görə tutumların, təmizlik işlərinin, təmirinin növbətçi personala təlimat və tapşırıqlarını verir, tutumda aparılacaq bütün işləri müəyyənləşdirir, bölüşdürür, yerinə yetirilən işlərin isə keyfiyyətli olmasına və əməyin mühafizəsi qaydalarına riayət etməklə işləmələrinə nəzarət edir. Özü də vurğulayır ki, təlimdə olmuş, bu səbəbdən də nəzarət zəif olmuşdur. Təlimlər isə həftənin dördüncü və beşinci günü olur. Özü isə birinci gündən işə çıxmış, ikinci gün isə hadisə baş vermişdir. İkinci iclasda bildirmişdir ki, Cabir müəllimə göstəriş vermişdir ki, birinci park getmiş və altıncı parkda işləmişdir. Müavin etiraf etmişdir ki, sənədə düzəliş etmişdir. Onunda barəsində tənbeh tədbiri görüləcəkdir. Lakin hal-hazırda xəstəxanada olduğu üçün ləngimə baş verir. İddiaçı o işlərə nəzarət etməlidir. Hərənin öz vəzifəsi vardır. Növbə rəisi iş yerini sahə rəisinin göstərişinə əsasən hazırlayır, təmirçilərə təhvil verir. Mexanik isə təmirçilər ilə birgə həmin işə rəhbərlik edir. Bütün bu işlərə nəzarət vəzifə təlimatına görə sahə rəisinin vəzifəsidir. Nə qədər qarşı tərəf boyun qaçırsa da bu məsuliyyət və zavoda vurulmuş maddi ziyan günahkarlar tərəfindən ödənilməlidir. Saxtalaşdırma olubsa, bu ayın on üçündə baş verməmiş, əvvəldən olmuş, rəhbərliyə məlumat verilsə idi o zaman aydınlaşdırılardı. Qarşı tərəfin bu saxtakarlıqdan əvvəlcədən məlumatı olmuşdur. Həmin şəxs saxtakarlıq etməsini etiraf etmişdir. Lakin ona qiymət verilməsi ilə bağlı araşdırma başa çatmamışdır. Əgər işi bölüşdürürsə və icazəni verirsə, daha sonra onlara birinci parka getməyi bildirir, lakin onlar altıncı parka gedirsə ona nəzarət etməlidir. Cabir müəllim isə müşavirədən sonra öz otağına getmişdir. O isə öz otağında oturur və silinmə işləri ilə məşğul olur. Əslində isə vəzifə təlimatına görə Cabir müəllim bölüşdürüyü işlərə ciddi nəzarət etməli idi ki, belə bir hadisə baş verməsin. İşə ciddi yanaşmadığı üçün əvvəllər 2017-ci ilin avqust ayından bu günə kimi işəgötürən tərəfindən 12 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. 2020-ci il 24 sentyabr 754 nömrəli əmr ilə əmək müqaviləsi üzrə öhdəlikləini yerinə yetirmədiyi üçün töhmət verilmiş, bu barədə təqdimat və rəhbərliyin qərarı vardır. xx.xx.2021-ci il tarixdə 129 nömrəli əmr ilə əmək mühafizəsi və texniki qaydalarını pozduğu üçün töhmət verilmişdir. 7 aprel 2021-ci il tarixdə 257 nömrəli əmr ilə daxili intizam qaydalarını pozduğu üçün xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli 1151 nömrəli əmr ilə əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə icra etmədiyi üçün xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixdə 186 nömrəli əmr ilə əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyi üçün töhmət verilmişdir. xx.xx.2022-ci il tarixdə 233 nömrəli əmr ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmədiyi üçün əmək haqqından 25 faiz tutulmalar olmuşdur. xx.xx.2022-ci il tarixdə 1231 nömrəli əmr ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını pozduğuna görə töhmət verilmişdir. Birbaşa özü pozmur, lakin tabeliyində olan şəxslərə nəzarət etməli olduğu təqdirdə onlar tərəfindən baş vermişdir. xx.xx.2023-cü il tarixdə 228 nömrəli əmr ilə əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə xəbərdarlıq edilmişdir. Sonda 267 nömrəli əmr ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına zəif nəzarət etdiyi üçün Əmək Məcəlləsinin 70 ç bəndi ilə işdən azad olunmuşdur. Bütün sənədlər ona görə hazırlanır ki, işlər SƏTƏMM-in qaydalarına uyğun həyata keçirilsin, heç kim xəsarət almasın. İkincisi isə odur ki, işçilərin qarşısında qoyulmuş tapşırıqlar və öhdəliklər yerinə yetirilsin. İddia tələbini qəbul etmirlər. Ona görə ki iddia ərizəsi əsassızdır. İddia ərizəsi özünə bəratverici nöqteyi nəzərdən yazılmışdır. Zavodda işləyənlərin heç biri vətən xaini deyildir. Etilen-Polietilen zavodu dövlət müəssisəsidir. Əgər xəta baş verirsə və əməldə cinayət tərkibi varsa təqsiri müəyyən olunmuş şəxs barəsində cinayət işi açılır və cinayət məsuliyyətinə cəlb olunur. Bütün qəzaları isə Sumqayıt Şəhər Prokurorluğu özü aparır, daha sonra məhkəməyə göndərir. İddiaçının iddia etdiyi sahə rəisinin özündən asılı olmayan səbəbdən, texnoloji səbəbdən hadisə baş vermişdir. Həmin adam məhkumluğunu yaşamış və bəraət almışgəlmişdir. Bu məsələ Əmək Məcəlləsinin 70 ç bəndində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə əgər kobud pozuntuya yol veririlirsə Əmək Məcəlləsinin 70 ç bəndi ilə işdən azad olunur. İşdən azad edilməmişdən öncə Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinə müraciət olunur ki, işdə yol verilən nöqsanlara görə müəyyən şəxsin işdən azad olunmasına razılıq verilməlidir. Cabir müəllim özü də həmin iclasda iştirak etmiş, bütün sualları dinləmiş, həmin iclasda zavodun rəhbərliyi və iş yoldaşları iştirak etmiş, dinlənilmiş, yekunda Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin qərarı ilə Cabir müəllimin əmək müqaviləsinə xitam verilmişdir. Qərar isə məhkəməyə təqdim olunmuşdur. Sonda iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmədə X2 Etilen-Polietilen zavodunun nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının vəzifə təlimatları vardır ki, orada onun vəzifələri yazılmışdır. İddiaçı tərəfindən öz vəzifə öhdəlikləri layiqincə yerinə yetirilməmiş, layiqincə nəzarət edilməmişdır. Saxta sənəddən isə özünün xəbəri olmuş və rəhbərliyə heç bir məlumat verməmişdir. Onun nəzarətsizliyi nəticəsində hadisə baş vermişdir. O bildirməmişdir ki, iddiaçı vəzifə təlimatlarını bilmir. O demişdir ki, iddiaçı vəzifə təlimatlarını layiqincə yerinə yetirməmişdir. Digər hadisələrin isə bu işə aidiyyatı yoxdur. Lakin özüdə bildirir ki, adam azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Həmin şəxslər cəzasını almışdır. Həmkarlar ittifaqının iclası keçirilmiş, hər kəs dinlənilmiş, iddiaçı özü də orada olmuş, bütün hər şey nəzərə alınmış və qərar verilmişdir. Sonda iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 nömrəli intizam tənbehi haqqında əmrdən görünür ki, ƏM və TT qaydalarını pozduqlarına görə 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi İddiaçı (tab.1370155), həmin sahənin böyük mexaniki X7 (tab.1372287) və növbə rəisi X15 (tab.1370382) ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən Azərbaycan Respbulikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə icra etmədiklərinə görə Baş mühəndisin SƏTƏMM və KH üzrə müavini-şöbə rəisi X14 (tab.1372570), Baş texnoloq-şöbə rəisi X16 (tab.1370159) və “Etilen” istehsalatının rəisi X1 (tab.1370056) Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və nəzərlərinə çatdırılmalıdır ki, bir daha belə hallara yol verərlərsə barələrində daha ciddi intizam tənbehi tədbirinin görüləcəyi əmr edilmişdir. İş materiallarında olan 21 avqust 2023-cü il tarixli MŞS/MT030/2023-01670 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, SOCAR “Azərkimya” X6-polietilen zavodunun ünvanına bildiriş məktubu göndərilmiş, tərəflə telefon əlaqəsi yaradılmış, lakin tərəf İMS-də iştirak etməkdən imtina etmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 nömrəli intizam tənbehi haqqında əmrə əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (ƏM və TT qaydalarını pozduğuna görə) əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan SOCAR “Azərkimya” X6-polietilen zavodunun 25 fevral 2020-ci il tarixli başqa işə keçirmə haqqında məlumatından görünür ki, İddiaçı şəxsi ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə böyük “Etilen-Polietilen” zavodunun Etilen istehsalatının Piroliz sahəsində böyük texnoloq vəzifəsindən “Etilen-Polietilen” zavodunun X17 məhsullarının qəbulu və buraxılması sahəsində sahə rəisi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan “Azərkimya” X6-polietilen zavodunun 25 iyun 2010-cu il tarixli başqa işə keçirmə haqqında əmrindən görünür ki, İddiaçı (tabel nömrəsi 1267) – "xxxx" Dövlət Şirkətinin “Etilen-Polietilen” zavodunun 05 nömrəli Piroqazın və suyun hazırlanması sexinin ustası 25 iyun 2010-cu il tarixdə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən 25 iyun 2010-cu il tarixdən “Azərkimya” X6-polietilen zavodunun 05 nömrəli Piroqazın və suyun hazırlanması sexinə mühəndis vəzifəsinə keçirilməsi əmr edilmişdir. İş materiallarında olan Etilen-polietilen zavodu Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 114 nömrəli, xx.xx.2023-cü il tarixli iclas protokolundan görünür ki, rəhbərliyin 04 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi İddiaçı, həmin sahənin böyük mexaniki X7 və növbə rəisi X4 işdən azad olunmaları barədə müraciəti nəzərə alınaraq razılıq verilməsi, 04 saylı sahənin rəis müavini X11 xəstəlik səbəbindən iclasda iştirak etməməsi nəzərə alınaraq onun barəsində müvafiq qərarın qəbulu işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. İş materiallarında olan X17 məhsullarının qəbulu və buraxılması sahəsinin rəisinin vəzifə təlimatından görünür ki, sahə rəisi aşağıdakılara görə məsuliyyət daşıyır: Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Əməyin təhlükəsizliyi normalarına əməl etməl; İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; Sahə üçün müəyyən olunmuş nomenklatura üzrə istehsalat planlarını yerinə yetirmək; Sahənin texnoloji qurğularında və texnoloji reqlament, texnoloji rejim normaları, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi təlimatlarına, həmçinin digər işçi təlimatlarına riayət etmək. Sahənin bütün avadanlıqlarının fasiləsiz və qəzasız istismarını həyata keçirmək. Xammal və reagentlərin sərfi,hazır məhsulların itkisi normalarına, ətraf mühitə atılan tullantıların miqdarına nəzarət etmək. Sahəyə təhkim olunmuş əsas fondların, avadanlığın və digər vəsaitlərin saxlanılmasına və yararsız avadanlığın və digər materialların silinməsinə görə. Zavodun müvafiq bölmələrinə ilkin hesabatın vaxtında çatdırılmasına və onun düzgünlüyünə görə. Sahədə əmək mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyinin, istehsalat sanitariyasının, Mülki Müdafiənin norma və qaydalarına, həmçinin təmizliyə riayət olunmasına görə. Sahədə texnoloji sənədlərin, işçi təlimatlarının və xidmətedici heyətin bilavasitə iş yerlərində istifadəsi üçün yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik təlimatlarının olmasına görə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə - Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə, “Azərkimya” İB-nin daxili intizam qaydalarına riayət etməməsinə görə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 14-2-3-1/3-1İ-267/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodu/Etilen İstehsalatı/Qaz məhsullarının qəbulu və buraxılması sahəsi” bölməsində “sahə rəisi” vəzifəsində işləyən İddiaçı Seyran oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 70. “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmiş, işçinin xx.xx.2010-cu il tarixindən xx.xx.2023-cü il tarixə qədər istifadə edilməmiş 23.65 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departmentinə həvalə edilmişdir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilirki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən,əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi,adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrəişçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi göstərilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Göründüyükimi İddiaçı əmək müqaviləsinə xitam verilməsinin həm faktiki, həm də hüquqi əsası yoxdur. Belə ki, cavabdeh-işəgötürən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə göstərilən hallar faktiki olaraq iddiaçının əmək müqaviləsinin ləğv edilməsi üçün süni əsaslar yaradılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, hazırda cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müvafiq vəzifə nöqsanları və ya çatışmazlıqlarına dair hallara qiymət verilməsindən qabaq bu hallar üzrə işəgötürənin vəzifələrini düzgün icra edib-etməməsinin müəyyən olunması zəruri hesab edilməlidir. Əks təqdirdə işəgötürən tərəfindən işçiyə dair görülmüş tədbirlərin hüquqi əsaslılığı şübhə altına alına bilər. Belə ki, iddiaçının bildirdiyi və cavabdehin nümayəndəsinin mübahisə etmədiyi hal ondan ibarətdir ki, sahə rəisinin müavini vəzifəsində (iddiaçının müavini) işləyən şəxsin iddiaçının göstərişi olmadan işlərin görülməsini tapşırıq vermək olmuşdur. Bu hal cavabdehin nümayəndəsinin bildirdiyinə əsasən həmin şəxsin saxtakarlıq etməsi müəyyən edilmiş, yəni etiraf etmişdir. Lakin inzibati qaydada qiymət verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Müvafiq qanunun normasına istinad edərək, məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X2 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i- 267/2023 saylı əmrindən görünür ki, 13 iyun 2023-cü il tarixində saat 10:50 radələrində X2 Etilen-Polietilen zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən E-3/1 tutumunda yanğın hadisəsi baş vermişdir. X2 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 14-2-3-1/3-1i-267/2023 saylı əmri 17 iyul 2023cü il tarixdə verilmiş, Etilen-polietilen zavodu Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 114 nömrəli iclas protokolu isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Məhkəmə mübahisələndirilən əmr ilə pozuntuya hüquqi qiymət verərək bildirir ki, işəgötürən ƏM-nin 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, işçiyə intizam tənbeh tədbirini pozuntunun aşkar edildiyi vaxtdan 1 ay 4 gün sonra tətbiq etmişdir. Nəticə etibarilə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar mülki işdə müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Müvafiq qanunun normasına istinad edərək, məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X2 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i- 267/2023 saylı əmrində müəssisənin möhürünə rast gəlinmir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı, 83-cü və 187-ci maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Qeyd edilən əmək qanunvericiliyinin tələblərindən görünür ki, həmin Məcəllənin 70ci maddəsinin “b” və “c” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması imperativ norma kimi təsbit edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin faktiki və hüquqi əsası yoxdur. Buna görə də iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş ləğv edilmə əsasları olmadan xitam verildiyindən, cavabdeh X2 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 saylı əmri İddiaçı aid hissədə ləğv edilərək, 17 iyul 2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı X2 Etilen-Polietilen zavodunda tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -71.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamınınnormal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati- sərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquqbərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar AR ƏM-nin 70-ci maddəsinin yalnız «ç» bəndində nəzərdə tutulan əsasa aiddir. Bu zaman qanunvericilik işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir: -işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; -işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; -işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır. Nəzərə almaq lazımdır ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsavə ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin(onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin AR ƏM-in 70-cimaddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin 71.3-cü maddəsinə əsasənişəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair” 2005-ci il 21 oktyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətə sədd qoymaq məqsədinə yönəlmişdir. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması yalnız qanun əsasında mümkündür. Bu prinsip “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyindən, iddia tələbi təmin edilməli, X2 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 saylı əmri İddiaçı aid hissədə ləğv edilməli, İddiaçı X2 Etilen-Polietilen zavoduna əvvəlki iş yerində 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi vəzifəsinə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə X2 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 saylı əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı X2 Etilen-Polietilen zavoduna əvvəlki iş yerində 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi vəzifəsinə bərpa edilsin. X2 Etilen-Polietilen zavodu tərəfindən məcburi işburaxma müddəti üzrə 17 iyul 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5712/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5712/2023
09.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver