Məhkəmə qərarları › İş №2(060)-5746/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5746/2021

19.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5746/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Məmməd qızının, Cavabehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Məmməd qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məmməd qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh4, həmin şəxslərin ailə üzvləri olan 2005-ci il təvəllüldü X7, 20.09.2007-ci il təvəllüdlü X11, 17.01.2010-cu il təvəllüdlü X12, 02.06.2012ci il təvəllüdlü X19, 27.11.2010-cu il təvəllüdlü X1 və istifadəsində olan ünvan 1 yerləşən 3 otaqlı 24 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məmməd qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, № ******* №-li çıxarışa əsasən ünvan 1 yerləşən 3 otaqla 24 saylı mənzil üzərində hüquq **********84-05101-093004 saylı reyestr nömrəsinə, ********** qeydiyyat nömrəsinə əsasən 18.12.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır. "xxxx" Bank ASC-də girovda olan həmin mənzil X16 ilə X2 arasında bağlanmış Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 15 oktyabr 2020-ci il tarixli, 3m-1273 Reyestr nömərli müqaviləyə əsasən ona satılmış və onun sahiblik və istifadəsinə verilmişdir. Hal-hazırda həmin mənzildə ailəsi və iki uşağı ilə yaşayır. Sözügedən müqavilənin 2-cı hissəsinə əsasən müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində müqavilənin bağlandığı gündən əmələ gəlir. Hal-hazırda sözügedən mənzil onun sahibliyində və istifadəsində olan ünvan 1 yerləşən 3 otaqla 24 saylı mənzildə X9 və onun ailə üzvləri olmayan, eyni zamanda mənzilə hüququ olmayan 9 nəfər, cavabdehlər xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1, 19.01,1963-cü il təvəllüdlü Cavabdeh2, 11,04,1983-cü il təvəllüdlü Cavabdeh3. xx.xx.1984cü il təvəllüdlü Cavabdeh4, həmin şəxslərin ailə üzvləri olan 2005-ci il təvəllüdlü X17, 20.09.2007-ci il təvəllüdlü X20, 17.01.2010-cu il təvəllüdlü X21, 02.06.2012-ci il təvəllüdlü X27, 27.11.2010-cu il təvəllüdlü X24 pasport qeydiyyatında qalmışlar. Cavabdehlər ondan özcə mənzildən istifadə etmiş, yəni mənzildə yaşamış şəxslərdir. Onlar Sumqayıt qəhəri, 17-ci mikrorayon, ev 38V-də yerləşən 3 otaqla 24 saylı mənzildə 15 oktyabr 2020-ci ildən yaşamamalarına və iki ay müddətində qeydiyyatdan çıxmağı söz vermələrinə baxmayaraq, bu günədək mənzildən qeydiyyatdan çıxmamışlar və formal olaraq onun sahibliyində və istifadəsində olan mənzildə pasport qeydiyyatında qalmışlar. Cavabdehlər mənzili daimi yaşamaq üçün tərk etmişlər və onun ailə üzvləri deyillər. Cavabdehlərin hansı ünvanda yaşaması haqda məlumatı yoxdur. Sözügedən ünvan 1 yerləşən 3 otaqla 24 saylı mənzildə cavabdehlərə məxsus heç bir əmlak yoxdur. Cavabdehlər onun sahibliyində və istifadəsində olan mənzildə yaşamasalar da, formal olaraq qeydiyyatda qaldığından mənzilin sahibi olaraq mülkiyyət hüquqlarını həyata keçirə bilmir, hüquqları məhdudlaşır. Belə ki özü və ailə üzvləri mənzildə yaşamaqlarına baxmayaraq yaşayış yeri üzrə qeydiyyata sala bilmir. Bundan başqa cavabdehə görə mənzilə dair kommunal xərclər (mənzilə dair adambaşına nəzərdə tutulan kirayə və zibil pulu) ondan tələb olunur ki, bu da onun üçün əlavə xərclərə səbəb olmaqla mənzilə sahiblik hüquqlarını məhdudlaşdırır. Göstərilənləri Azərbaycan Respublikası Sumqayıt şəhər icra Hakimiyyəti Mənzil Kommunal X3 Sumqayıt şəhəri 11 saylı Mənzil Kommunal Sahəsinin forma 2 arayışı və Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışı təsdiq edir. Həmin arayışlardan görünür ki, cavabdeh və ailə üzvləri mənzilə hüququ olmayan şəxslərdir. Cavabdehlər könüllü olaraq mənzildən qeydiyyatdan çıxmadığından mübahisənin məhkəmədənkənar həlli mümkün deyildir. Bunları nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsini, cavabdehlərin və onların ailə üzvlərinin istifadəsində olan mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Məmməd qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. O və digər cavabdehlər mübahisəli mənzildən qeydiyyatdan çıxmağa razıdır. Hazırda yaşamaq üçün yeni ev tikdirir. Ev hazır olan kimi, o və digər cavabdehlər həmin evə qeydiyyata düşəcəkdir. Ona görə də o, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia tələbini qəbul etdiklərini və Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38V, 24 saylı mənzilə istifadə hüquqlarının itirilməsinə razı olduqlarını bildirdilər və cavabdehlər bu barədə məhkəməyə ərizlərini təqdim etdilər. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X6 adına ********** qeydiyyat nömrəsi ilə 18.12.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 15 oktyabr 2020-ci il tarixli ilkin müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Məmməd qızı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38V, 24 saylı mənzili 112122,18 (yüz on iki min yüz iyirmi iki manat on səkkiz qəpik) manata X26 oğlundan almağı öhdəsinə götürmüşdür. Alıcı həmin məbləğin 30000 manatını nağd qaydada X10 ödəmiş, X13 qalan 82122,18 manat məbləği İddiaçı Məmməd qızı ayda 308,73 manat olmaqla "xxxx" Bank ASC-yə tam ödəyib qurtardıqdan sonra notariat ofisində alqı-satqı etməyi öhdəsinə götürmüşdür. Əsas müqavilənin bağlanması 266 ay müddətinədək başa çatdırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 20.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X22, X20, X27, X24, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 11 saylı Mənzil Kommunal Sahəsi tərəfindən 11.12.2020-ci il tarixli, 1998 nömrəli arayışdan görünür ki, digər şəxslərlə yanaşı 2005-ci il təvəllüdlü X17 da ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, tərəflər arasında 15 oktyabr 2020-ci il tarixli ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı Məmməd qızı ayda 308,73 manat olmaqla 266 ay müddətinə "xxxx" Bank ASC-yə tam ödəyib qurtardıqdan sonra mübahisəli mənzil onun mülkiyyətinə keçəcəkdir. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X14 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X14 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27.05.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Göründüyü kimi, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38V, 24 saylı mənzil İddiaçı Məmməd qızının sahibliyində və istifadəsindədir. Mənzilin əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı Məmməd qızına təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının sahibliyində və istifadəsində mənzilə istifadə hüququnun qalması İddiaçı Məmməd qızının göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5). Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddianı etiraf etməsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1984-cüi il təvəllüdlü Cavabdeh4, həmin şəxslərin ailə üzvləri olan 2005ci il təvəllüldü X7, 20.09.2007-ci il təvəllüdlü X11, 17.01.2010-cu il təvəllüdlü X12, 02.06.2012-ci il təvəllüdlü X19, 27.11.2010-cu il təvəllüdlü X15 ünvan 1 yerləşən 3 otaqlı 24 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1984-cüi il təvəllüdlü Cavabdeh4, həmin şəxslərin ailə üzvləri olan 2005-ci il təvəllüldü X7, 20.09.2007-ci il təvəllüdlü X11, 17.01.2010-cu il təvəllüdlü X12, 02.06.2012-ci il təvəllüdlü X19, 27.11.2010-cu il təvəllüdlü X15 ünvan 1 yerləşən 3 otaqlı 24 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar