Məhkəmə qərarları › İş №2(060)-576/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-576/2023

23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-576/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.2000-ci ildə anadan olmuşdur. ünvan 1 ünvanında yaşayır. O, 2014-cü il Türkiyə Respublikasına, oradan isə Suriya Respublikasına getmişdir. 2016-cı ildə orada X1 adlı şəxslə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. xx.xx.2017-ci ildə onların Suriya Respublikasında ev şəraitində X4 adlı övladları dünyaya gəlmişdir. Həyat yoldaşı 2018-ci ildə Suriya Respublikasında vəfat etmişdir. Bundan sonra övladı ilə birgə Azərbaycan Respublikasına qayıtmışdır. Qeyd edilənlərə əsasən X2 xx.xx.2017-ci il tarixində Suriya Respublikasında doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnaməsində soyadının “İsrailova”, adının “Əsma”, ata adının “Adilxan” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X1, ana qrafasında isə Ərizəçi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, X1 ilə ailə həyatı qurmuşdur. X4 adlı bir övladı dünyaya gəlmişdir. Həyat yoldaşı dünyasını dəyişmiş, bu səbəbdən 2022-ci il tarixdə Azərbaycana qayıtmışlar. Uşaq ərizəçinin yanındadır və səhhəti yaxşıdır. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahat verərək bildirdi ki, X4 2017-ci ildə dünyaya gəlmişdir. Ərizəçi 2014-cü ildə ailəsi ilə birgə Türkiyə Cümhuriyyətinə getmişdir. Suriya Respublikasına ərizəçi ilə bir yerdə getmiş, iki il müddətə yaxındır ki qayıtmışlar. X1 dünyasını dəyişmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında bildirdi ki, qohumu olmadıqlarına baxmayaraq ərizəçini yaxından tanıyır. X4 ərizəçinin qızıdır. İki il öncə gəlmişdirlər. X1 itkin düşmüşdür və məlumat yoxdur. İş materiallarında olan Səfirlikən verilmiş qayıdış şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 864 nömrəli arayışdan görünür ki, Ərizəçi 9-cu mikrorayon, ev 84, mənzil 1 ünvanında yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-4440/15 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X11 Şəxsinin Sumqayıt Tibb X12 Şəxsinin Sumqayıt 5 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli 107 nömrəli məktubuna əsasən Sumqayıt şəhəri, Corat bağları ünvanında yaşayan, xx.xx.2017-ci il təvəllüdlü X4 həqiqətən 5 nömrəli ASM-də qeydiyyatda olmaqla, sağlam vəziyyətdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Məhkəmə Ərizəçi məhkəmə iclasında verdiyi izahatı, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, doğum faktının məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X2 xx.xx.2017-ci ildə Suriya Respublikasında doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “İsrailova”, adının “Əsma”, ata adının “Adilxan” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X1, ana qrafasında Ərizəçi qeyd edilməsi faktı müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar