Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-577/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə 23 yanvar 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2018-ci il təvəllüdlü X1 Suriya Respublikasında doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2002-ci ildə anadan olmuşdur. ünvan 1 ünvanında yaşayır. Bildirir ki, o, 2014-cü il Türkiyə Respublikasına, oradan isə Suriya Respublikasına getmişdir. 2017-ci ildə orada X3 adlı şəxslə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. xx.xx.2018-ci ildə onların Suriya Respublikasında ev şəraitində X4 adlı övladları dünyaya gəlmişdir. Həyat yoldaşı 2018-ci ildə Suriya Respublikasında vəfat etmişdir. Bundan sonra o, övladı ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Bildirir ki, övladının doğumu bu günə kimi qeydə alınmamışdır. Ona görə də o, Maraqlı şəxsnə müraciət edərək övladı - xx.xx.2018-ci il təvəllüdlü X1 doğumunun qeydə alınmasını xahiş etmişdir. Lakin Maraqlı şəxsndən ona yazılı şəkildə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixii 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın doğumun qeydə alınması bölməsinin 2.5.4-cü bəndində əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Göstərilən sənədi təqdim edə bilmədiklərinə görə, bu Qaydalarının 2.6-cı bəndinə müvafiq olaraq doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməkləri xahiş olunur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, doğum faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Doğum faktının müəyyən olunması ona övladlarına doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Yuxarıda göstərdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, ərizəçi onun bacısıdır. Uşaq onun yanında xx.xx.2018-ci ildə doğulmuşdur. Belə ki, həmin vaxt o da Suriya Respublikasında olmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 26 noyabr 2022-ci il tarixli, 05/Q-4439/15 nömrəli məktubundan görünür ki, Ərizəçi övladının doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X4 xx.xx.2018-ci il tarixdə Suriya Respublikasında doğulmuşdur. (İş materiallarına əlavə olunmuş AA0190531 nömrəli qayıdış şəhadətnamələrin surətinə əsasən) İşdə olan Sumqayıt 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 106 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 5 nömrəli Ailə Sağlamlıq Mərkəzində qeydiyyatdadır və hal hazırda sağlamdır. Beləliklə Ərizəçi övladı X4 xx.xx.2018-ci il tarixdə Suriya Respublikasında anadan olmuşdur. Bu fakt iş materiallarında olan X2 məxsus qayıdış şəhadətnaməsi, ərizəçinin izahatı, şahid ifadəsi və digər iş materialları ilə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 xx.xx.2018-ci il tarixdə Suriya Respublikasında doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X1 xx.xx.2018-ci il tarixdə Suriya Respublikasında doğulması faktı müəyyən olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-577/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-577/2023
23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver