Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5799/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusu Nərmin Gülməmmədovaya, Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı ləqayətsiz vərəsə sayılaraq vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 5 saylı B akı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusu Nərmin Gülməmmədovaya, Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı ləqayətsiz vərəsə sayılaraq vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi və cavabdeh X1 ləyaqətsiz vərəsə sayılaraq atalarının birinci növbədə vərəsələri olmaqla onların faktiki olaraq tam şəkildə qəbul etdikləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki,iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Hazırki halda iddia tələbi qiymətləndirilməyən iddia tələbi olduğundan iddia ərizəsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda iddiaçılar tərəfindən dövlət büdcəsinə 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddələrinin tələblərinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusu Nərmin Gülməmmədovaya, Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı ləqayətsiz vərəsə sayılaraq vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusu Nərmin Gülməmmədovaya, Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı ləqayətsiz vərəsə sayılaraq vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5799/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5799/2024
16.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver