Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5803/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən 5 otaqlı 16 saylı saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, № ******* çıxarışa əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən 5 otaqlı 16 saylı mənzil üzərində hüquq **********17-05101-093024 saylı reyestr nömrəsinə, ********** qeydiyyat nömrəsinə əsasən 14.06.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən 5 otaqlı 16 saylı mənzildə o daxil olmaqla 4 nəfər (o, qızı, əri, nəvəsi) pasport qeydiyyatındadır. Cavabdeh İlham oğlu qızı X1 həyat yoldaşıdır və onların bir uşaqları vardır. Cavabdeh 2017-ci ildə mənzilimə pasport qeydiyyata düşmüş və ailəsi ilə birgə 2020-ci ilin mart ayına kimi həmin mənzildə yaşamışdır. O, 2020-ci ilin mart ayında ona məxsus və mülkiyyətində olan mənzili valideynlərinə məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən evdə daimi yaşamaq məqsədilə tərk getmiş, bir daha mənzilinə qayıtmamış, ailəsi və uşağı ilə maraqlanmamışdır. Eyni zamanda dəfələrlə xahiş etməsinə baxmayaraq mülkiyyətində olan mənzilindən pasport qeydiyyatından çıxmamış, formal olaraq pasport qeydiyyatında qalmışdır. Cavabdeh onun ailə üzvü deyildir və 2020-ci ilin mart ayından Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Ona məxsus mənzildə heç bir əmlakı yoxdur. Cavabdeh onun mülkiyyətində olan mənzildə yaşamasa da, formal olaraq qeydiyyatda qaldığından mənzilin sahibi olaraq mülkiyyət hüquqlarını həyata keçirə bilmir, mənzil və mülkiyyət hüquqlarını məhdudlaşır. Belə ki, cavabdehə görə mənzilə dair kommunal xərclər (mənzilə dair adambaşına nəzərdə tutulan kirayə və zibil pulu) ondan tələb olunur ki, bu da onun üçün əlavə xərclərə səbəb olmaqla hüquqlarını məhdudlaşdırır, mənzilə istədiyi kimi sahib olub sərəncam verə bilmir. Göstərdiklərini Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Sumqayıt şəhəri 10 saylı Mənzil Kommunal Sahəsinin forma 2 arayışı və qonşuların iştirakı ilə tərtib edilmiş aktı təsdiq edir. Cavabdeh könüllü olaraq mənzildən qeydiyyatdan çıxmadığından mübahisənin məhkəmədənkənar həlli qeyri-mümkündür. Göründüyü kimi mübahisə predmeti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən 5 otaqlı 16 saylı mənzil onun mülkiyyətimdədir, cavabdeh mənim ailə üzvüm deyildir, aramızda mülkiyyətimdə olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən 5 otaqlı 16 saylı mənzilə istifadə hüququnun yaranması barədə hər hansı razılaşma, müqavilə yoxdur. Cavabdeh bu günədək Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən 5 otaqla 16 saylı mənzilə dair heç bir iddia tələbi irəli sürməmişdir. Cavabdeh mənzilində 2020-ci ilin mart ayından yaşamır və formal olaraq qeydiyyatdadır. Cavabdehin mənzilində heç bir əmlakı yoxdur. Cavabdeh mənzilimdə formal olaraq qeydiyyatda qaldığından mənzilə dair artıq kommunal borclar hesablanır, mülkiyyətindən istədiyi kimi istifadə edib, sərəncam verə bilmir. Sadalananlara əsasən hesab edir ki, məhkəmə tərəfindən Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən 5 otaqlı 16 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi məhkəmədə baxılmalı olmadığı üçün mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçı öz razılığı ilə mənzilinə qeydiyyata saldığı şəxsin mənzilindən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. Halbuki, vətəndaşların yaşadıqları yer üzrə qeydiyyata almaq və qeydiyyatdan çıxarmaq üzrə səlahiyyətlər müvafiq icra hakimiyyəti orqanına aid olduğu üçün, sözügedən iddia tələbinə məhkəmədə baxıla bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 9-cu maddələrinə əsasən, vətəndaşların yaşadıqları yer üzrə qeydiyyata almaq və qeydiyyatdan çıxarmaq üzrə səlahiyyətlər müvafiq icra hakimiyyəti orqanına verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 244 saylı 30.12.1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları (qeydiyyat və şəxsiyyət vəsiqəsinin şöbələri) həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin 3.1.10cu bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Nazirlik daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin - Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, hazırki iş üzrə mülkiyyətçi olan iddiaçı öz iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə qeydiyyata saldırdığı şəxsləri inzibati orqana (müvafiq polis orqanına) müraciət etməklə qeydiyyatdan çıxara bilər. Müvafiq inzibati orqan iddiaçının müraciətindən imtina etdikdə isə, iddiaçı cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etməlidir. Аzərbaycan Рespublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası MPM-in 261.0.1, 262- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5803/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5803/2021
03.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver