Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5806/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 Cavabdehlər Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “şəxsi mülkiyyətdə olan mənzildən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 azyaşlı uşaqları-2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X9 və əmlakları ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120a saylı evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra ilk iddia ərizəsi iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 hazırki iş üzrə əlavə cavabdeh qismində cəlb etməklə ona 5000 (beş min) manat kompensasiya verilməklə şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120 a saylı evdən çıxarılması və Cavabdeh1 azyaşlı uşaqları - 2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X9 və əmlakları - 1 ədəd şifoner, 1 ədəd taxt, l ədəd şkaf, 1 ədəd qaz peçi, l ədəd xalça, 1 ədəd divan, 1 ədəd soyuducu, 1 ədəd kiçik televizor, 1 ədəd pərdə, 1 ədəd mətbəx stolu və şəxsi əşyaları ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120 a saylı evdən çıxarılmalarını məhkəmədən xahiş etmişdir. Daha sonra ilk iddia ərizəsi iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 7000 (yeddi min) manat kompensasiya verilməklə şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120 a saylı evdən çıxarılması və Cavabdeh1 azyaşlı uşaqları - 2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X9 və əmlakları - 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd şkaf, 1 ədəd qaz peçi, 1 ədəd xalça, 1 ədəd divan, 1 ədəd soyuducu, 1 ədəd kiçik televizor, 1 ədəd pərdə, 1 ədəd mətbəx stolu və şəxsi əşyaları ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120 a saylı evdən çıxarılmalarını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh1 və azyaşlı övladları - -2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X9 ilə birgə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması və həmin mənzil sahəsinə Cavabdeh1 və azyaşlı övladları -- 2015ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X6 və 2019-cu il təvəllüdlü X9 ilə birgə istifadə hüququnun saxlanılması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərmişdir ki, cavabdehlər onun oğlu və gəlinidir. Belə ki, Aytəkin onun oğlu Cavabdeh2 ilə 2014-cü ildə ailə həyatı qurmuş və həmin vaxtdan da onun şəxsi mülkiyyətində olan Sumqayıt şəh., Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120a saylı evə gəlin köçmüşdür. Həmin mənzildə yaşadığı vaxt onun 3 övladı anadan olmuşdur: 2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X9. O, 1-ci qrup əlildir, başı səs götürmür, cavabdeh mütəmadi olaraq onun həyat yoldaşı ilə dava-dalaş salır, nəlayiq söyüşlər söyür, onun bu hərəkətləri ona-xəstə insana ağır təsir edir və onların birgə yaşayışları mümkünsüzdür. O, dəfələrlə bu barədə cavabdehə bildirməklə uşaqları ilə birlikdə evi tərk etmələrini və başqa yerə köçmələrini demiş, lakin cavabdehlər onun bu sözlərindən nəticə çıxartmamışdır. O, cavabdehlərlə mənzildən istifadə hüququ ilə bağlı hər hansı bir müqavilə bağlanmamış və o, buna notariat qaydada öz razılıq ərizəmi verməmiş, bundan başqa cavabdehlərin onun mülkiyyətində olan mənzilinə hər hansı bir hüququ yoxdur. Lakin o, cavabdehlərə belə bir razılıq verməmiş və onun istifadə hüququ ilə bağlı razılıq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, bu da ona dəlalət edir ki, cavabdehlərin mülkiyyətində olan mənzilinə hər hansı bir hüququ yoxdur. Cavabdehin uşaqları ilə birlikdə onun evində yaşaması bir mülkiyyətçi kimi ona öz mənzilindən normal əsaslarla istifadə etməyinə əngəl yaradır, buna görə də cavabdehin azyaşlı uşaqları və əmlakları ilə birlikdə ona məxsus olan mənzildən çıxarılmasını iddia edir. O, cavabdehlə birlikdə onun həyat yoldaşı Cavabdeh2 da mülkiyyətində olan mənzildən çıxarılmasını istəyir. Lakin cavabdehin bu evin tərkib hissəsinə istifadə hüququ olduğu üçün oğluna kompensasiya təklif edir. Bu tip evlərin kirayə haqqının 70-80 manat civarında olmasını, təqaüdçü və ağır xəstə olduğunu nəzərə alaraq cavabdehə 7000 (yeddi min) manat kompensasiya təklif edir, bu məbləğ cavabdehin fasiləsiz olaraq müəyyən müddət (3 ildən artıq), oxşar yerdə, oxşar şəraitli bir evdə kirayədə yaşaması üçün yetərlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh2 7000 (yeddi min) manat kompensasiya verilməklə şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120 a saylı evdən çıxarılması və Cavabdeh1 azyaşlı uşaqları - 2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X9 və əmlakları - 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd şkaf, 1 ədəd qaz peçi, 1 ədəd xalça, 1 ədəd divan, 1 ədəd soyuducu, 1 ədəd kiçik televizor, 1 ədəd pərdə, 1 ədəd mətbəx stolu və şəxsi əşyaları ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120a saylı evdən çıxarılmaları barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili X3 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı iddia tələbini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı cavabdeh İddiaçı övladı Cavabdeh2 ilə 2014-cü ildə ailə qurmuşdur. Yoldaşı Cavabdeh2 atasının xüsusi mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən mənzildə daimi pasport qeydiyyatındadır. Onlar, yəni o, yoldaşı və 3 övladları — 2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X9 8 ilə yaxındır ünvan 2 ünvanında yerləşən mənzildə yaşayırlar. İddiaçı Cavabdeh2 ilə ailə həyatı qurduqdan sonra ünvan 2 ünvanında yerləşən mənzilə ailə üzvü qismində gəlin köçmüşdür. Bütün cehiz əmlakları həmin evdədir. İddiaçı 2014-cü ildən cavabdehin evinə ailə üzvü qismində gəlin köçmüş , onlarla birgə ailə üzvü qismində yaşamışdır. Bu səbəbdən hesab edir ki, onun və övladlarının sözügedən mənzilə istifadə hüququ tanınmalıdır. Göstərilənləri nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbi təmin edilərək iddiaçı Cavabdeh1 və azyaşlı övladları - -2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X9 ilə birgə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması və həmin mənzil sahəsinə Cavabdeh1 və azyaşlı övladları -- 2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X6 və 2019-cu il təvəllüdlü X9 ilə birgə istifadə hüququnun saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili X3 Cavabdeh1 izahatına uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia tələbi üzrə Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı onun atasıdır. Ona hazırda tələb olunan kompensasiya ilə razı deyildir. Hesab edir ki, həmin məbləğ çox azdır. İddiaçı ona 10000 (on min) manat verdiyi halda sözügedən evdən çıxmağa razı olar. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1, nümayəndəsi və vəkili X1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, №0003637 saylı “Çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllə, 120A saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxs 1 saylı regional ərazi filialının 16.06.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxs 1 saylı regional ərazi filialında 16.06.2015-ci il tarixdən 11.02.2020-ci il tarixədək 2-ci qrup əlil, 12.02.2020-ci il tarixdən müddətsiz 1-ci qrup əlilliyə görə əmək pensiyası, 12.02.2020-ci il tarixdən müddətsiz 1-ci qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü alan kimi qeydiyyatdadır və pensiyanın məbləği 237,40 manat, təqaüdün məbləği 130 manat təşkil edir. İş materiallarında olan “Daşınmaz Əmlakın Qiymətləndirilməməsi barədə” 11.10.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi köhnə tikililərdən ibarətdir, otaqlar öz istismar müddətini başa vurmaqla yararsız hala düşmüş və təmirsizdir. Evin həyətində yerləşən və ayrıca kommunal xidmət sahələri olmayan tikililərin ayrı-ayrılıqda bazar qiymətinə uyğun olaraq aylıq kirayə haqqı təxminən 60-70 manat civarındadır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.09.2021-ci il tarixli “Fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, İddiaçı məxsus olan, ünvan 4 ünvanında yerləşən 0.015184 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evinin 16.09.2021-ci il tarixə olan bazar dəyəri- 38000 (otuz səkkiz min) manat, likvid dəyəri-32000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 14.06.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 13, ev 120A-da qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X2 17.06.2021-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllə, 120A saylı fərdi evdə qeydiyyatsız yaşayır. Məhkəmə ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd edir: İddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və oğlu olan cavabdehin isə həmin fərdi yaşayış evinə istifadə hüququ vardır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. İddiaçı cavabdehə 7000 (yeddi min) manat məbləğində kompensasiya verməklə mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Əlavə olaraq, məhkəmə ilkin iddia tələbi üzrə digər Cavabdeh1 övladları və əşyaları ilə birlikdə çıxarılması hissəsində də iddia tələbini əsaslı hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh1 ilə fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı arasında həmin evdən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdehin iddiaçının mülkiyyətində olan evdən sərbəst şəkildə istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməli və Cavabdeh1 və azyaşlı övladları ilə birlikdə onlara məxsus əşyaları ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (MM 228.2) Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. (MM 228.5) Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını nəzərə alaraq Cavabdeh1 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid olmadığı üçün onun həmin mənzildən istifadə hüququnun olmaması nəticəsinə gəlir. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququ yoxdur. İstifadə hüququ olmadığı halda isə, yəni mövcud olmayan hüququn tanınması qeyri-mümkün olduğuna görə istifadə hüququnun tanınması barədə tələb irəli sürməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək, Cavabdeh2 7000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə iddiaçı Məcidova Elman Zabit oğlunun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120 a saylı evdən çıxarılmalı və Cavabdeh1 azyaşlı uşaqları - 2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X9 və əmlakları - 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd şkaf, 1 ədəd qaz peçi, 1 ədəd xalça, 1 ədəd divan, 1 ədəd soyuducu, 1 ədəd kiçik televizor, 1 ədəd pərdə, 1 ədəd mətbəx stolu və şəxsi əşyaları ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120 a saylı evdən çıxarılmalı, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməli, Cavabdeh1 İddiaçı “iddiaçı Cavabdeh1 və azyaşlı övladları - -2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X9 ilə birgə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması və həmin mənzil sahəsinə Cavabdeh1 və azyaşlı övladları -- 2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X6 və 2019-cu il təvəllüdlü X9 ilə birgə istifadə hüququnun saxlanılması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdeh2 7000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə iddiaçı Məcidova Elman Zabit oğlunun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120 a saylı evdən çıxarılsın. Cavabdeh1, azyaşlı uşaqları - 2015-ci il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X9 və əmlakları - 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd şkaf, 1 ədəd qaz peçi, 1 ədəd xalça, 1 ədəd divan, 1 ədəd soyuducu, 1 ədəd kiçik televizor, 1 ədəd pərdə, 1 ədəd mətbəx stolu və şəxsi əşyaları ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120a saylı evdən çıxarılsınlar. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5806/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5806/2021
18.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver