Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5806/2022 18.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 Türkiyə Respublikasında, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 isə Suriya Respublikasında doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, 2010-cu ildə Türkiyə Respublikasının vətəndaşı Mustafa adlı şəxslə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 4 övladı anadan olmuşdur. Uşaqlarımdan ikisi - xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 Respublikasında, ikisi isə xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 Respublikasında ev şəraitində anadan olmuşdurlar. 2015-ci ildə o, həyat yoldaşı Mustafa və iki övladı xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X9 ilə birlikdə Suriya Respublikasına getmişdir. Həyat yoldaşı Mustafa xx.xx.2020-ci ildə Suriya Respublikasında vəfat etmişdir. Bundan sonra o, 4 övladı ilə birlikdə Türkiyə Respublikasına, oradan isə Azərbaycan Respublikasına qayıtmışdır. Uşaqlarının doğumu bu günə kimi qeydə alınmamışdır. Uşaqların doğumunun qeydə alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etdikdə ona məhkəməyə ərizə verməsi tövsiyə olunmuşdur. Doğum faktının müəyyən olunması ona övladlarına doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Ərizəçi iddianı müdafiə edərək, eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmədə ərizəçinin nümayəndəsi Nümayəndə ərizəçi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyərək qiymət verərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AA0237505 və AA0237503 №-li şəhadətnamələrdən görünür ki, X4 xx.xx.2011-ci ildə və X9 xx.xx.2014-cü ildə Türkiyə Respublikasında doğulmuşdur. - AA0237504 və AA0237506 №-li şəhadətnamələrdən görünür ki, X5 xx.xx.2016-cı ildə və X7 xx.xx.2018-ci ildə Suriya Respublikasında doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-2631/15 №-li məktubundan görünür ki, ərizəçinin nümayəndəsinə uşaqlara doğum haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi övladları xx.xx.2011-ci il təvəllüdlü İbrahim və xx.xx.2014-cü il təvəllüdlü Ali Türkiyə Respublikasında, xx.xx.2016-cı il təvəllüdlü Safiyə və xx.xx.2018-ci il təvəllüdlü Mansur Suriya Respublikasında anadan olmuşdur. Bu fakt iş materiallarında olan ərizəçinin izahatı və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İbrahim adlı oğlan uşağının xx.xx.2011-ci il və Ali adlı oğlan uşağının xx.xx.2014-cü il tarixdə Türkiyə Respublikasında və Safiyə adlı qız uşağının xx.xx.2016-cı il və Mansur adlı oğlan uşağının xx.xx.2018-ci il tarixdə Suriya Respublikasında Ərizəçi doğulması faktı müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. İbrahim adlı oğlan uşağının xx.xx.2011-ci il və Ali adlı oğlan uşağının xx.xx.2014-cü il tarixdə Türkiyə Respublikasında və Safiyə adlı qız uşağının xx.xx.2016-cı il və Mansur adlı oğlan uşağının xx.xx.2018-ci il tarixdə Suriya Respublikasında Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5806/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5806/2022
18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver