Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-581/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair (Maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1944-cü ildə Masallı rayonu, Şərəfə kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1944-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndində anadan olmuşdur. Bildirir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi yoxdur. Bununla əlaqədar olaraq dəfələrlə müvafiq orqanlara müraciət etsə də ona heç bir köməklik göstərilməmişdir. Qeyd edir ki, qalan bütün sənədləri şəxsiyyət vəsiqəsi də daxil olmaqla var. Yalnız doğum hqqında şəhadətnaməsi yoxdur. Hal-hazırda Doğum haqqında şəhadətnaməsi olmadığından anasından miras qalan torpaq sahəsini öz adına rəsmiləşdirə bilmir. Doğum haqqında şəhadətnaməsi olmadığından vərəsəlik hüququnu bərpa edə bilmir və anasına aid olan torpaq sahəsindən istifadə edə bilmir. Qeyd edir ki, xx.xx.2021-ci il tarixdə Maraqlı şəxsnə rəsmi doğum haqqında şəhadətnaməsini əldə etmək üçün müraciət etmişdir. Lakin arxivdən ərizəçiyə aid doğum haqqında şəhadətnamə tapılmamışdır. Bunun əsasında da Maraqlı şəxs ərizəçiyə imtina məktubu vermişdir. Məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən doğumu təsdiq edən tibbi sənəd olmadıqda doğum faktı məhkəmə tərəfindən müəyyən olunur. Bu baxımdan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, Ərizəçi tanıyır, uzaqdan qohumluq münasibətləri var. Ərizəçi Masallı rayonunun Şərəfə kəndində doğulmuşdur, neçənci ildə doğulduğunu isə bilmir. Ərizəçinin qardaşı İbrahim müəllim onun müəllimi olmuşdur. İbrahim müəllimin atasının adı Nağı, anasının adı isə Zöhrəbanudur. Bir kənddən olduqları üçün hər iksini tanıyır. Hal-hazırda Şərəfə kəndində yaşamır, 50 ilə yaxın bir müddətdir ki, Sumqayıt şəhərində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən Ərizəçi ifadə verərək bildirdi ki, Ərizəçi tanıyır, bir kənddəndirlər. X4 rayonunun Şərəfə kəndində doğulmuşdur, lakin doğum tarixini dəqiq bilmir. Ərizəçi ondan təxmini 10-15 yaş böyük olar. Ərizəçi atasının adı Nağı, anasının adı isə Zöhrəbanudur. Ərizəçi ölən qardaşı Racı ilə birgə oxumuş, digər qardaşı Rafiqlə bir yerlə işləmişdir. Həm Racı, həm də Rafiq Ərizəçi yaşça kiçik olmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş edərək, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-121 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi doğumu haqqında şəhadətnamənin verilməsinə əsas olan akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən onun ərizəsini təmin etmək mümükün olmamışdır. Ona izah edilmişdir ki, doğum faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. - AZE № ********* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1944-cü il tarixdə Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. - AZ-İİ № 218766 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2001-ci il tarixdə ürək çatışmazlığı səbəbindən ölmüşdür. - Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli, 647 №-li arayışdan görünür ki, X1 Fərahim Nağı oğlunun anasıdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçi ərizəsinin qismən təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi faktı müəyyən edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi 1944-cü il, doğulduğu yer Masallı rayonu, Şərəfə kəndi qeyd olunmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında - Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 saylı Qərarının 4.2-ci bandinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.3-cü bandinə əsasən Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi 1944-cü il tarixdə Masallı rayonunun Şərəfə kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-581/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-581/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver