Məhkəmə qərarları › İş №2(060)-5811/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5811/2022

18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5811/2022 18.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə ( Maraqlı şəxs: Sumqayıt “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi) dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Ərizəçi xx.xx.1966ci ildə Ermənistan Respublikasının Sisyan rayonu Soflu kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək Ərizəçi yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata haqqında məlumat qrafasında X8, ana qrafasında X2 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1966-ci ildə Ermənistanın Sisyan rayonu Soflu kəndində anadan olmuşdur. Məlum hadisələr nəticəsində 1988-ci ildə Ermənistandan qaçqın düşmüşdür. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə Ermənistanda qalmışdır. Hazırda miras əmlakın qəbulu ilə bağlı notariat orqanı tərəfindən ərizəçinin doğum haqqında şəhadətnaməsi tələb olunur. Doğum haqqında şəhadətnamənin yenidən alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs bundan imtina edilmişdir, Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı yaşadığı yerin məhkəməsinə müraciət etməyini tövsiyyə etmişdir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmədə ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Hilalın yaşca ondan kiçik olduğunu, ailədə 8 uşaq olduqlarını, 1nin öldüyünü, Hilalın 6-cı uşaq olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, Hilal 1966-cı ildə Soflu kəndində anadan olmuşdur, lakin doğum günü və ayını dəqiq xatırlamır. X1, anaları X3r. O vaxt ailədə hamısının doğum haqqında şəhadətnaməsinin olduğunu, Ermənistandan qayıtdıqdan sonra Hilalın doğum haqqında şəhadətnaməsinin itdiyi məlum olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır, ondan 6 yaş kiçikdir. Hilal Sisiyan rayonunun Soflu kəndində doğulmuşdur, anaları X6, X1dur. Qardaşı Hilalın doğum haqqında şəhadətnaməsinin 1988-ci ildə Ermənistandan gələrkən itdiyini bildirdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müfraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-3943/76 nömrəli məktubundan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir . Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir . Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda , vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir . Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı yaşadığınız yerin məhkəməsinə müraciət etməyinizi tövsiyyə edir. AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistanın Sisiyan rayonunda anadan olmuşdur. AZ-İ № 328664 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə Hipertoniya xəstəliyi səbəbindən ölmüşdür. İİ-ЖГ № 442000 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə ürək damar çatışmazlığı səbəbindən ölmüşdür. NZ ******* saylı hərbi biletdən görünür ki, həmin hərbi bilet xx.xx.1966-cı il təvəlüdlü Ərizəçi verilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə Nuriyeva (Məmmədova) Qızbəs Məmiş qızı xx.xx.1957-ci il tarixdə nikaha daxil olmuşlar. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçi X5 ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1966-cı il, doğulduğu yer Ermənistan, Sisiyan rayonu, Soflu kəndi, ata qrafasında X8, ana qrafasında X6 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistanın, Sisiyan rayonunun Soflu kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1966-cı il, doğulduğu yer Ermənistan, Sisiyan rayonu, Soflu kəndi, ata qrafasında X8, ana qrafasında X2 qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar