Məhkəmə qərarları › İş №2(060)-5819/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5819/2021

02.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5819/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 İbrahimxəlil qızı, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və cavabdelılərin yetkinlik yaşına çatmayan uşaqları - 24.09.2006-cı il təvəllüdlü X8, 12.12.2003-cü il təvəllüdlü X10 və 26.04.2005-ci il təvəllüdlü Rəşidov Elcan Hidayət oğlunun xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X11 iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzili iddiaçının həyat yoldaşı X6 08 sentyabr 2017-ci ildə Cavabdeh9 alqı-satqı müqaviləsi ilə almışdır. Həyat yoldaşı X6 03.10.2020-ci ildə vəfat etmişdir. Həyat yoldaşı X3 vəfatından sonra mənzil vərəsəlik qaydasında onun adına sənədləşdirilmişdir. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə görə cavabdehlər 08.10.2017-ci il tarixinədək qeydiyyatından çıxmalıydılar. Lakin müqavilədə göstərilən vaxt tamam olsa da, cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Həmçinin qeyd edir ki, cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları - 24.09.2006-cı il təvəllüdlü X8, 12.12.2003-cii il təvəllüdlü X10 və 26.04.2005-ci il təvəllüdlü Rəşidov Elcan Hidayət oğlu da iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Cavabdehlərin və onların yetkinlik yaşlarına çatmayan uşaqlarının həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu isə. öz növbəsində iddiaçının mülkiyyət hüququma əsassız müdaxilə təşkil edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və cavabdelılərin yetkinlik yaşına çatmayan uşaqları - 24.09.2006-cı il təvəllüdlü X8, 12.12.2003-cü il təvəllüdlü X10 və 26.04.2005-ci il təvəllüdlü Rəşidov Elcan Hidayət oğlunun xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 İbrahimxəlil qızı, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə qabaqcadan xəbər verməmişdir. Mülki-Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə olan halda, məhkəmə Mülki- Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə görə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X7 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 08.09.2017-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh9 mülkiyyətində olan ünvan 1–ü 66000 (altmış altı min) manata X1. Müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduqdan bir ay müddətinə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən müəyyən edilir ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və ½ hissədə X9 adına 30.04.2021-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ № 123816 saylı, 17.11.2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 03.10.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 848192 saylı, 26.04.2013-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə İddiaçı arasında olan nikah 26.04.2013-cü il tarixdə Sumqayıt Nikah evində bağlanmış və 289 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 06.04.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 03.10.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan X12, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın Yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən 12.09.2017-ci il tarixdə X4 verilmiş **********48-05101-093059 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil-Kommunal sahəsinin 01.09.2021-ci il tarixli “2 №-li forma” arayışından görünür ki, ünvan 1-ün sahibi İddiaçıdır və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və 24.09.2006-cı il təvəllüdlü X8, 12.12.2003-cü il təvəllüdlü X10 və 26.04.2005-ci il təvəllüdlü Rəşidov Elcan Hidayət oğlu həmin mənzildə müvəqqəti qeydiyyatdadırlar. İş materiallarında olan notariat işinə əlavə edilmiş Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 və Cavabdeh8 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32 ünvanında yerləşən 24 saylı mənzilin satılmasına etiraz etmirlər. Alqı-satqı müqaviləsi imzalandığı tarixdən müqavilədə qeyd olunmuş tarixədək qeydiyyatdan çıxmağı öz öhdələrinə götürürlər. Gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddiaları olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 15.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və 24.09.2006-cı il təvəllüdlü X8, 12.12.2003-cü il təvəllüdlü X10 və 26.04.2005-ci il təvəllüdlü Rəşidov Elcan Hidayət oğlu ünvan 1-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə baxışı zamanı və iş materiallarına əlavə edilmiş sənəddən müəyyən edilir ki, iş üzrə cavabdehlər kimi göstərilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və 24.09.2006-cı il təvəllüdlü X8, 12.12.2003-cü il təvəllüdlü X10 və 26.04.2005-ci il təvəllüdlü Rəşidov Elcan Hidayət oğlu göstərilən ünvanda 2017-ci ildən yaşamır. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən halları sübuta yetirib. Belə ki, iddiaçı ünvan 1-ü alqı-satqı yolu ilə əldə edib. Sonradan həmin müqaviləni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldırıb və ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməklə, o, mənzilə mülkiyyət hüququ qazanıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32-də yerləşən 24 saylı mənzildə yaşamadıqlarını və özlərinə məxsus əmlaklarını götürüb daimi yaşamaq üçün başqa yerə getməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları - 24.09.2006-cı il təvəllüdlü X8, 12.12.2003-cü il təvəllüdlü X10 və 26.04.2005-ci il təvəllüdlü Rəşidov Elcan Hidayət oğlunun xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1-ə olan istifadə hüquqları itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları - 24.09.2006-cı il təvəllüdlü X8, 12.12.2003-cü il təvəllüdlü X10 və 26.04.2005-ci il təvəllüdlü Rəşidov Elcan Hidayət oğlunun xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1-ə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar