Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5821/2020 02.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi İsmayıllı rayon notariat kontorunu maraqlı şəxs qismində işə cəlb etməklə “mirasın qəbul edilmə müddətinin bərpası tələbinə dair” ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: Ərizəçi Quliyev X1 rayon notariat kontorunu maraqlı şəxs qismində işə cəlb etməklə “mirasın qəbul edilmə müddətinin bərpası tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Sulut kəndində bibisi X2 qalan mirasın qəbul edilməsi vaxtının uzadılması, İsmayıllı rayonu Sulut kəndində X2 qalmış mirasın onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə istinadən hesab edirəm ki, hazırki ərizədə göstərilən tələb - mirasın qəbul edilməsi vaxtının uzadılması xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərin sırasına daxil deyildir və xüsusi icraat qaydasında baxıla bilməz. MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunalara əsasən hesab edirəm ki, ərizəçi tərəfindən ərizənin forma və məzmununa əməl edilməmiş, xüsusi və iddia icraatı qaydasında baxılmalı olan işlər birləşdirilmişdir. Odur ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 306, 308, 263- 264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İsmayıllı rayon notariat kontorunu maraqlı şəxs qismində işə cəlb etməklə “mirasın qəbul edilmə müddətinin bərpası tələbinə dair” ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5821/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5821/2020
02.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver