Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5842/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı mirası qəbul etmək üçün müddətin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 27 iyul 1958-ci ildə Sumqayıt şəhərində anadan olmuş və 02 dekabr 2001-ci ildə kəskin ürək qan damar çatışmamazlığından Sumqayıt şəhərində vəfat edən mərhum həyat yoldaşı X6 miras qalmış, Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində fərdi ev tikdirmək üçün ayrılmış sahəsi 600 kv.metr olan 46V nömrəli torpaq sahəsinin 02 dekabr 2001-ci il tarixdən etibarən o X7 tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin əsasını və predmetini dəyişərək, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı mirası qəbul etmək üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X16 27 iyul 1958-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Onunla əvvəlcə 1987-ci ildə faktiki 16 mart 1991-ci ildə Sumqayıt şəhər Nikah evində rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Bu barədə həmin tarixdə akt qeydləri kitabında 403 nömrəli qeyd aparılmış və onlara V JQ seriyalı 408392 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. X16 02 dekabr 2001-ci ildə kəskin ürək qan damar çatışmamazlığından vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında 02 dekabr 2001-ci ildə 1225 nömrəli qeydiyyat aparılmış və ona ölümü haqqında AZ seriyalı, 106067 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum əri X1, ona Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 14 avqust 1990-cı il tarixli, 26 nömrəli protokolu və qərarına əsasən Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində fərdi ev tikdirmək üçün sahəsi 600 kv.metr olan 46V nömrəli torpaq sahəsi ayrılmış və xx.xx.1990-cı ildə həmin torpaq sahəsi ona yerində təhvil verilmiş, yəni həyat yoldaşı X16 həmin torpaq sahəsini qəbul etmişdir. Bu barədə 30 avqust 1990-cı ildə akt tərtib edilmiş, torpaq sahəsinin çizgisi çəkilmiş və sənədin bir surəti həyat yoldaşı X11 təhvil verilmişdir. Bu barədə rəsmi sənədləri ərizəsinə əlavə etmişdir. Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində fərdi ev tikdirmək üçün ayrılmış sahəsi 600 kv.metr olan 46V nömrəli torpaq sahəsi üzərində birgə yaşadıqları müddətdə bir mərtəbəli, ayrıca mətbəx otağı daxil olmaqla 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş, 1992-ci ildən həmin ev onların istifadəsində olmuşdur. Yəni həmin evə köçərək yaşamağa başlamışlar. Həyat yoldaşı vəfat edəndən sonra həmin torpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli, ayrıca mətbəx otağı daxil olmaqla 3 otaqlı fərdi yaşayış evini- miras əmlakı faktiki olaraq o qəbul edərək mütəmadi olaraq istifadə etmişdir. İşıq, su, qaz sərfiyyatına görə ödənişlər onun tərəfindən ödənilir. O həmin torpaq sahəsi və üzərində tikdikləri bir mərtəbəli, ayrıca mətbəx otağı daxil olmaqla 3 otaqlı fərdi yaşayış evində uzun illər yaşamaqlarına, işıq, su, qaz sərfiyyatına görə ödənişlər etməyinə və mərhum həyat yoldaşı X16 02 dekabr 2001-ci ildə vəfat etməsinə baxmayaraq əri X9 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 600 kv.metr torpaq sahəsinə dair miras əmlakın qəbulu ilə əlaqədar Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Maraqlı şəxs özünün 765 nömrəli, 04 aprel 2023-cü il tarixli məktubu ilə ona “sizin xx.xx.2001-ci il tarixdə vəfat etmiş əriniz- X9 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 600 kv.metr torpaq sahəsinə dair miras əmlakının qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə yazdığınız ərizəyə baxılmışdır. Məlum edirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir) əsasən mirasın qəbul edildiyi müddəti buraxdığınız üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edə bilərsiniz” imtina cavabı verilmişdir. O hələ “qlaukoma, OD- açıq bucaqlı 3 A qlaukoma. OS-cərrahi əməliyyat olunmuş terminal qlaukoma. OS-Tor qişasının qopması. OD-Büllurun şüşəvari cismə lyüksasiyası. OS-Buynuz qişanın dustrofiyası. Müştərək xarici çəpgözlük. Xroniki dəmir defisitli anemiya. Asteno – nevrotik sindrom.” Diaqnozla xəstə olmaqla birinci dərəcəli gözdən müddətsiz əlildir. Gözdən əlil olduğu üçün sərbəst surətdə hərəkət edə bilmir. Ona görə də mərhum həyat yoldaşı X11 məxsus Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 14 avqust 1990-cı il tarixli 26 nömrəli protokolu və qərarına əsasən Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində fərdi ev tikdirmək üçün ayrılmış sahəsi 600 kv.metr olan 46V nömrəli torpaq sahəsi və üzərində yerləşən birgə nikah dövründə inşa etdiyi bir mərtəbəli, ayrıca mətbəx otağı daxil olmaqla 3 otaqlı fərdi yaşayış evini bu günədək faktiki qəbul edib idarə etsə də, onun vərəsəsi olaraq üzrlü səbəblərdən sənədləşdirə bilməmişdir. Göründüyü kimi mərhum həyat yoldaşı X11 Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 14 avqust 1990-cı il tarixli, 26 nömrəli protokolu və qərarına əsasən Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində fərdi ev tikdirmək üçün ayrılmış sahəsi 600 kv.metr olan 46V nömrəli torpaq sahəsi və üzərində yerləşən birgə nikah dövründə inşa etdikləri bir mərtəbəli, ayrıca mətbəx otağı daxil olmaqla 3 otaqlı fərdi yaşayış evini onun ölümündən sonra faktiki qəbul edərək bu günə qədər istifadə edir. İşıq, su, qaz sərfiyyatına görə ödənişlər edir və yaranmış mübahisənin məhkəmədənkənar həlli qeyri-mümkündür. Ona görə də o ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda iddianın dəyişdirilməsi barədə iddia ərizəsinin və əlavə sübutların verilməsi zəruridir. Belə ki, ərizəsində faktiki yaşadığı ünvan və mobil əlaqələri texniki səbəblərdən qeyd olunmamışdır. Həmçinin cavabdeh ona mirasın qəbul edildiyi müddəti buraxdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsin əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən o, Ərizəçi Şıxbala qızının “qlaukoma, ODaçıq bucaqlı 3 A qlaukoma. OS-cərrahi əməliyyat olunmuş terminal qlaukoma. OS-Tor qişasının qopması. OD-Büllurun şüşəvari cismə lyüksasiyası. OS-Buynuz qişanın dustrofiyası. Müştərək xarici çəpgözlük. Xroniki dəmir defisitli anemiya. Asteno – nevrotik sindrom.” diaqnozla xəstə olmaqla birinci dərəcəli gözdən müddətsiz əlil olmağını, miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilərək istifadəsində olmasını nəzərə alıb 27 iyul 1958-ci ildə Sumqayıt şəhərində anadan olmuş və 02 dekabr 2001-ci ildə kəskin ürək qan damar çatışmamazlığından Sumqayıt şəhərində vəfat mərhum əri- X6 miras qalmış Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində fərdi ev tikdirmək üçün ayrılmış sahəsi 600 kv.metr olan 46V nömrəli torpaq sahəsinə dair miras əmlakının qəbulu ilə əlaqədar buraxılmış müddətin üzrlü sayılaraq bərpa edilməsi, mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, həmin müddət ərzində xəstələnmiş, gözündən əməliyyat olunmuş, imkanı olmamış, uşaqları yaşca kiçik olmuşdur. Həyat yoldaşı 2001-ci il tarixdə rəhmətə getmişdir. İki övladı vardır. Şahidlər qonşulardır. Cavabdeh Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə cavabdeh Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı Ərizəçi izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: Məhkəmə iclasında şahid X20 ifadəsində bildirdi ki, ərizəçini 2000-ci il tarixdən tanıyır. Belə ki, onunla qonşudur. O orda olduğu müddətdə ərizəçinin yoldaşı olmuş, daha sonra isə yoldaşı rəhmətə getmişdir. Ərizəçinin yoldaşı 2000 və ya 2001-ci il tarixdə rəhmətə getmişdir. Lakin tam dəqiq vaxt yadında deyildir. Corat qəsəbəsində onlarla birlikdə yaşayırdılar. Onların ünvanı dəyişmişdir. Belə ki, öncə 2-ci məhəllə, ev 2A ünvanı olaraq qeyd olunurdu. Lakin daha sonralar Kamil Hüseynov 33 olaraq dəyişdirilmişdir. Lakin qonşudurlar. Yoldaşı rəhmətə getdikən sonra Gültəkin xanım, iki qızı, yəni Nərgiz və Mətanət xanım ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirdi ki, Gültəkin xanım ilə qonşudurlar. Otuz ilə yaxındır ki, tanıyır. Yoldaşı isə rəhmətə getmişdir. Gözü zəif görür və bir neçə dəfə əməliyyat olunmuşdur. Xəstəxanaya yanına belə getmişlər. Yoldaşı rəhmətə getdikdən sonra iki qızı ilə birlikdə yaşamışdır. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası, Quba rayonu, Digah kəndində anadan olmuşdur. ünvan 1 ünvanında yaşayır. V-ЖГ seriyalı, 408392 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X3 arasında 16 mart 1991ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 403 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rəhimov, arvada isə Rəhimova soyadı verilmişdir. Sumqayıt Şəhəri VVADQ şöbəsi tərəfindən verilmiş 2 dekabr 2001-ci il tarixli, AZ seriyalı, 106067 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 2 dekabr 2001-ci il tarixdə, 43 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2001-ci ilin dekabr ayının 2-ci günündə 1225 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kəskin ürək, qan-damar çatışmamazlığı kimi qeyd edilmişdir. Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 14 avqust 1990-cı il tarixli, 26 nömrəli notarial qaydada təsdiq olunmuş protokolundan çıxarışdan görünür ki, vətəndaş X2 qəsəbəsində fərdi ev tikdirmək üçün sahəsi 600 kvadrat metr olan torpaq sahəsinin ayrılıb verilməsi, əmanət bankının Sumqayıt şöbəsi torpaq sahəsi alanda mövcud qaydalar əsasında ssuda ayrılmasının təmin edilməsi qərara alınmışdır. Maraqlı şəxs 04 aprel 2023-cü il tarixli, 765 nömrəli Ərizəçi ünvanlanmış müraciətə cavabdan görünür ki, onun xx.xx.2001-ci il tarixdə vəfat etmiş əri - X9 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 600 kv.metr torpaq sahəsinə dair miras əmlakının qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə yazılan ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir) əsasən mirasın qəbul edildiyi müddət buraxıldığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 16 may 2023-cü il tarixli, 3-48-DA-10F/2-413-2023 nömrəli Ərizəçi verilmiş arxiv çıxarışından görünür ki, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin iclasının 26 nömrəli protokolu ilə 14 avqust 1990-cı il tarixdə 13.438 nömrə ilə corat qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin verilməsi barədə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi qərara almışdır ki, X11 – 7-8- 12 məhəllə, ev 94, mənzil 3-də yaşayır. Yaşayış sahəsi 46.7 m2 olan bu mənzildə 9 nəfərdən ibarət 2 ailə yaşayır. Corat qəsəbəsi ərazisində bağ sahəsi vardır. Həmin vətəndaşa fərdi ev tikdirmək üçün sahəsi 600 kvadrat metr olan torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Arayışdan görünür ki, Ərizəçi 7-8-12-ci məhəllə, S.Vurğun küçəsi, ev 94, mənzil 3 ünvanında qeydiyyatdadır. Mənzili isə satmışlar, yaşamırlar. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 1299 nömrəli arayışından görünür ki, X7 46B nömrəli evdə yaşayır. 1992-ci il tarixdən hal-hazıra kimi qeydiyyatsız yaşamır. X4, X10, X5 tərəfindən birgə tərtib olunmuş aktdan görünür ki, Ərizəçi 1992-ci il tarixdən hal-hazıra kimi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 46B saylı evdə qeydiyyatsız yaşayır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə forma 88 arayışından görünür ki, Ərizəçi müddətsiz birinci dərəcə əlillik verilmişdir. Diaqnoz isə “qlaukoma, OD- açıq bucaqlı 3 A qlaukoma. OS-cərrahi əməliyyat olunmuş terminal qlaukoma. OS-Tor qişasının qopması. OD-Büllurun şüşəvari cismə lyüksasiyası. OS-Buynuz qişanın dustrofiyası. Müştərək xarici çəpgözlük. Xroniki dəmir defisitli anemiya. Asteno – nevrotik sindrom.” qoyulmuşdur. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, X16 02 dekabr 2001-ci ildə vəfat etmiş, iddiaçı mərhum həyat yoldaşı X9 vəfatından sonra ondan miras qalmış Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində fərdi ev tikdirmək üçün ayrılmış sahəsi 600 kv.metr olan 46V nömrəli torpaq sahəsinin qəbulu üçün Maraqlı şəxsnə müraciət etmiş, imtina məktubu alaraq mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə hesab edir ki, müddətin ötürülməsi üzürlü səbəbdən olduğundan (iddiaçının xəstəliyi, gözündən müddətsiz olmaqla birinci dərəcəli əlil olması və sair hallar), ötürülmüş müddət bərpa edilməldir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X6 miras qalmış Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində fərdi ev tikdirmək üçün ayrılmış sahəsi 600 kv.metr olan 46V nömrəli torpaq sahəsində miras əmlakın iddiaçı Ərizəçi tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X6 miras qalmış, Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində fərdi ev tikdirmək üçün ayrılmış sahəsi 600 kv.metr olan 46V nömrəli torpaq sahəsi üzərinə dair miras əmlakı iddiaçı Ərizəçi tərəfindən mirasın qəbul edilməsi müddəti üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5842/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5842/2023
29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver