Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5859/2020 02.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh X1 qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsmndə cavabdehin rəsmi qeydə alındığı ünvan olaraq Cəbrayıl rayonu, Balyand kəndi, yaşayış ünvanı olaraq Sumqayıt şəhəri 15-ci məhəllə, ünvan 3 mənzil 105 ünvanı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM-nin) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri – Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhəri MKTİB-nin 22 saylı MKS tərəfindən verilmiş arayışda iddiaçının Sumqayıt şəhəri 15-ci məhəllə, ünvan 3 mənzil 105 ünvanında məcburi köçkün kimi məskunlaşdığı göstərilmişdir. Hesab edirəm ki, cavabdehin həmin mənzildə məskunlaşması barədə olan qeyd onun məcburi köçkün ailəsi olaraq həmin ünvanda məskunlaşması anlamına gəlməyə əsas vermir. Belə ki, məcburi köçkün statusu müvafiq səlahiyyətli qurum tərəfindən verilmiş vəsiqə ilə öz təsdiqini tapmaqla məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təmin edilir və həmin qurumun verdiyi arayışda göstərilməlidir. Belə bir vəsiqə və səlahiyyətli qurum tərəfindən verilmiş arayış iddia ərizəsinə əlavə edilməmişdir. Poçt ünvanı barədə, o cümlədən rəsmi qeydə alındğı yer barədə yetərli məlumatın iddia ərizəsində və əlavə edilmiş sənədlərdə öz əksini tapması məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün zəruridir. Hesab edirəm ki, qeyd olunanlar iddiaçı tərəfindən aidiyyət qaydalarının pozulması kimi qiymətləndirilməlidir. Göründüyü iddia tərəflərin rəsmi qeydə alındığı ünvan Sumqayıt şəhərinin inzibati ərazisinə aid deyildir. Bununla da iddia iddiaya baxmağa səlahiyyətli məhkəməyə verilməmişdir. Bundan başqa iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya qanuna müvafiq olaraq dövlət rüsumu ödənilməsindən azad olunması ilə bağlı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 maddəsinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunalara əsasən iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh X1 qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5859/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5859/2020
02.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver