Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-588/2025 05.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “fərdi evdən çıxarılma və maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “fərdi evdən çıxarılma və maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev ünvan 2-də yerləşməklə iddiaçı tərəfindən 2019-cu ildə alınmış və evin bütün kommunal xidmətləri iddiaçının adınadır. Bu mənzili iddiaçı xx.xx.2019-cu ildə iddiaçıya məxsus olmuş Sumqayıt şəhəri, 41a məhəllə, ev 1b-də yerləşən 11 saylı mənzili sataraq almış və həmin mənzili təmir etdirməklə bu evə köçmüşdür. Cavabdeh və onun həyat yoldaşı iddiaçıya bildirdilər ki, iddiaçı ilə mehriban yaşayacaqlar, lakin bir müddət sonra onlar iddiaçıya bu evdə rahatlıq vermədilər, iddiaçının əşyalarını məhv etməyə başladılar və məqsədləri iddiaçını bezdirib bu evdən çıxarmaq olmuşdur. Dəfələrlə ailə münaqişələri olmuş və tərəflər polisə düşmüşlər. Hətta iddiaçı bu şəxslərin təqsiri üzündən insult keçirmiş və onkoloji xəstəliyə düçar olmuşdur. Hazırda da bu vəziyyət davam edir. Qeyd edilən evin alınmasına nə oğlu, nə də onun həyat yoldaşı bir manat belə vəsait qoymamışdır. İddiaçı bu şəxslərdən evini boşaltmalarını iddia etsə də, onlar evdən çıxmamışlar. Hətta iddiaçı onlara xəbərdarlıq məktubu da göndərmiş, lakin onlar buna da məhəl qoymamışlar. Əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmasa da, bu əmlakın sahibi iddiaçıdır, iddiaçıya məxsusdur və iddiaçı bu şəxslərlə bir evdə yaşamaq istəmir, onların hərəkətləri iddiaçının səhhətinə ağır təsir edir. Buna görə də iddiaçı cavabdeh və onun ailə üzvləri tərəfindən bu fərdi yaşayış evinə sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 21-ci mikrorayon, Fərhad Fərhadlı küçəsi ev 725-dən çıxarılmaları və iddiaçının həmin evdən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdr.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi 21-ci mikrorayon üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il traixli, 89 nömrəli arayışın surətindən görünür ki, İddiaçı ünvan 1 saylı mənzildə qeydiyyatsız göstərilən ünvanda xx.xx.2020-ci il tarixdən yaşayır.
9. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi aşayış evi hüquqi statusu haqqında məlumatın verilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 fevral 2025-ci il tarixdə verilmiş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 21-ci mikrorayon üzrə 2 saylı Məhəllə Komitəsinin verdiyi arayışa əsasən Dövlət reyestrinin xx.xx.2024-cü il tarixində verdiyi qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,02 sot torpaq sahəsi Cavabdeh məxsusdur.
11. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri yeni qaydalarla AZ5009, Sumqayıt şəhəri, Dəlidağ küçəsi, giriş 23 Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyat keçirilmişdir.
12. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi 21-ci mikrorayon üzrə 2 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 88 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, dövlət reyestrinin xx.xx.2024-cü il tarixdə verdiyi qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,02 sot torpaq sahəsi Cavabdeh məxsusdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflər – ana və oğuldur. Hazırda bir yerdə Sumqayıt şəhəri, 21-ci mikrorayon, Fərhad Fərhadlı küçəsində yerləşən 725 saylı fərdi evdə yaşayırlar. Həmin əmlakın yerləşdiyi 0,02 sot torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Hazırda iddiaçı Cavabdeh ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 21-ci mikrorayon, Fərhad Fərhadlı küçəsi ev 725-dən çıxarılmalarını və onun həmin evdən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir.
15. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
17. Göründüyü kimi iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir.
18. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə predmeti olan ünvan 2 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, lakin Cavabdeh məxsus 0,02 sot torpaq sahəsində yerləşir. Bu baxımdan məhkəmə araşdırılan mübahisə ilə bağlı iddiaçının ona məxsus olmayan fərdi evdən çıxarılma ilə bağlı məhkəməyə müraciət etmək hüququ yoxdur.
19. Məhkəmə iddia tələbinin “həmin evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübut məhkəməyə təqdim edilməmişdir.
20. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
21. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz
22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
23. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
24. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
25. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “fərdi evdən çıxarılma və maneənin aradan qaldırılması tələbi”nə dair iddiası rədd edilməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi evdən çıxarılma və maneənin aradan qaldırılması tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva