Məhkəmə qərarları › İş №2(060)-5910/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5910/2021

30.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5910/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 30 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnaməsinin ana qrafasında X13 kimi qeyd edilən şəxsin anası X6ması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o Sumqayıt şəhərində doğulmuşdur. Hazırda İsrail Respublikasının vətəndaşıdır. ünvan 1, mənzil 8 və ünvan 2, mənzil 24 məhrum anası X4 mülkiyyətində olmuşdur. X11 30 sentyabr 2019-cu il tarixdə ölmüşdür. X3, ərizə ilə Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna müraciət edərək, anası X5 miras qalmış əmlakın tək vərəsəsi kimi əmlakların öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bu barədə məlumatı 06 mart 2021-ci il tarixdə aldıqdan sonra Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna müraciət edərək, anası X5 miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir, lakin kontorda imtina edilərək, ona məxsus doğum şəhadətnaməsinin ana qrafasında ana adının X13 kimi qeyd edildiyindən, anası öldüyü zaman isə Yandarova familyasında öldüyündən vərəsi kimi qəbul edilməsinin mümkün olmadığını bildirmişlər. Lakin, o qeyd edilən sənədi tapmaqda çətinlik çəkir. Belə ki, onun doğum haqqıında şəhadətnaməsində anası X2q soyadı X13 kimi qeyd edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o ərizəçinin anası X7 sağlığında tanımışdır. Belə ki, o yəhudilərin ictimai birliyinin sədri olmuşdur. Bununla əlaqədar Nadejda Petrovnanı çox adam tanımışdır. Onlar onu həmişə Yandarova soyadı ilə tanımışlar. Ərizəçi isə X1r. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 05.02.1966-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası X12, anası X10. İş materiallarında olan AZ-İİ seriyalı 025104 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30.09.2019-cu il tarixdə ölmüşdür. İşdə olan AZ-İ seriyalı 080193 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X12 arasında bağlanmış nikah 27 yanvar 1970-ci ildə ləğv olunmuşdur. Nikahdan sonra arvada Yandarova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş olan İ-OJ seriyalı 518667 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 31.01.2000-ci il tarixdə ölmüşdür. İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2, mənzil 24 daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydə alınmışdır. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 8 xüsusi mülkiyyət hüququ üzrə X4 adına 261 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 30.01.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18.03.2021-ci il tarixli **********14 nömrəli məktubundan görünür ki, Yandarova (Jeltova) Nadejda Petrovnanın adına daşınmaz əmlakın olub-olmaması barədə 03 mart 2021-ci il tarixli 160/2021 /İ.Ə. nömrəli sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən 2 saylı Sumqayıt Ərazi İdarəsinin inzibati ərazi vahidi üzrə (Sumqayıt şəhəri, Xızı və Siyəzən rayonları ərazisində) X4 ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ 30 yanvar 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 2 ünvanında yerləşən 24 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ keçmiş DTİ və MHQ idarəsinin may 2004-cü il tarixli 21335 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan ünvan 3 ünvanlanmış 24.12.2019-cu il tarixli 05/Q-4259/12 saylı məktubu ilə bildirilmişdir ki, X4 nikahı Rusiya Federasiyasında olduğu üçün nikahdan əvvəlki soyadı barədə arayışın verilməsi imkanları xaricindədir. Məlumat üçün 1 saylı notariat ofisinə vətəndaşın 27.01.1970-ci il tarixli 25 saylı nikahın pozulması haqqında akt qeydi göndərilmişdir. İşdə olan 27.01.1970-ci il tarixli 25 saylı boşanma haqqında akt qeydinin surətindən görünür ki, X11 ilə X12 arasında bağlanmış nikah 27 yanvar 1970-ci ildə ləğv olunmuşdur. Nikahdan sonra arvada Yandarova soyadı verilmişdir. Ləğv edilən nikah 17 dekabr 1965-ci ildə Rusiya Federasiyasının Qroznı şəhərində qeydə alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi 05.02.1966-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası X12, anası X10. Ərizəçinin anası X13 1965-ci ildə X8 nikaha daxil olmuş, ondan sonra “Yandarova” soyadını almışdır. Lakin ərizəçinin doğum haqqında şəhadətnaməsində anasının soyadı “Yandarova” əvəzinə, səhvən “Jeltova” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsinin ana qrafasında X13 kimi qeyd edilən şəxsin anası X6ması işdə olan sənədlərlə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Hazırki işdə qohumluq faktının müəyyən edilməsi ərizəçiyə anasından qalan mirasdan pay almaq üçün lazımdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi doğum haqqında şəhadətnaməsinin ana qrafasında X13 kimi qeyd edilən şəxsin anası X6ması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsinin (AZ seriyalı, ******* nömrəli) ana qrafasında X13 kimi qeyd edilən şəxsin anası X6ması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar