Məhkəmə qərarları › İş №2(060)-5915/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5915/2021

30.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5915/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə 30 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində anadan olmuş Ərizəçi soyadının İsgəndərova, adının Əntiqə, atasının adının Abbas kimi qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının adının Abbas, soyadının İsgəndərov, atasının adı isə Qara, ana qrafasında anasının adının Mayna, soyadının İsgəndərova, atasının adının Yasar kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində doğulması faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının adının Abbas, soyadının İsgəndərov, atasının adı isə Qara, ana qrafasında anasının adının Mayna, soyadının İsgəndərova, atasının adının Yasar kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində anadan olmuşdur. Bunu Sumqayıt ŞPİ QŞVŞ tərəfindən 24.02.2010-cu ildə verilmiş AZE ******* nörməli şəxsiyyət vəsiqəsi təsdiq edir. Onun atasının adı Abbas, soyadı İsgəndərov, atasının adı isə Qara olmuşdur. Anasının adı Mayna, soyadı İsgəndərova, atasının adı Yasar olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qalmışdır. Məlum səbəblərə görə doğum haqqında şəhadətnaməsinin dublikatını əldə edə bilmir. Bu səbəbdən Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 16.06.2021-ci il tarixli 05/Q-1643\15 saylı imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi onu da bildirdi ki, doğum faktının təsdiq edilməsi, Amerikada yaşayan qızının yanına getmək üçün lazımdır. Yuxarıda göstərdiklərinə əsasən, o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X5 bildirdi ki, Ərizəçi onun bibisi qızıdır. Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində doğulmasını təsdiq edə bilər. Belə ki, onun özü də Ermənistan Respublikasında doğulmuşdur. Sonradan məlum hadisələrlə bağlı Azərbaycana köçmüşlər. Əntiqənin atası Abbas, anası isə Maynadır. Bildiyinə görə Əntiqə doğum haqqında şəhadətnaməsini itirib, ona görə də məhkəməyə müraciət edib. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 16 iyun 2021-ci il tarixli, 05/Q-1643/15 saylı məktubu ilə Ərizəçi itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. AZ-İ nömrəli, 684496 saylı ölüm haqqında şəhadətnamənin surətinə görə, ərizəçinin anası X3 29 may 2014-cü il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 189 nömrə ilə qeyd olunmuşdur. V-JQ nömrəli, 274149 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə, ərizəçinin X1 11.06.1997-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 550 nömrə ilə qeyd olunmuşdur. İ-ZJ nömrəli, 752486 saylı doğum haqqında şəhadətnamənin surətinə görə, X4 20.12.1964-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselo kəndində doğulmuşdur. X1, anası X2r. Beləliklə, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində anadan olmuşdur. X1, anası X2r. Bu fakt ərizəçinin iş materiallarında olan şəxsiyyət vəsiqəsi, şahid ifadəsi və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində doğulması faktı müəyyən olunsun. Ərizəçi doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamənin ata qrafasında X6, ana qrafasında isə X3 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar