Məhkəmə qərarları › İş №2(060)-5916/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5916/2023

24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5916/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi və digər tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra –ərizəçi) ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə) ölmüş elan edilmiş xx.xx.1985-ci il təvəllüdlü X1 Suriya Respublikasında aparılmış hərbi əməliyyatlar zonasında ölməsi faktının müəyyən edilməsi, onun həlak olduğu güman edilən 16 may 2015-ci il tarixinin onun ölüm günü sayılması və X1 ölüm günü ilə bağlı akt qeydləri kitabında müvafiq düzəlişin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş icraata qəbul edilərək, həmin mülki iş üzrə sonuncu məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixinə təyin olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi və digər tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar