Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5930/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçının ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüququnun tanınması və həmin mənzilə köçrülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ olduğundan onun məhkəmə qaydasında mövcud olan hüququnun tanınmasına ehtiyac yoxdur. Odur ki, iddiaçının Sumqayıt şəhəri, 12 ci mkr, ev 34, 44 saylı mənzilə köçürülməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə etdi. Hazırki mülki işin məhkəmənin digər hakiminin icraatında olan 2(060)- 4724/2023 saylı işə birləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair 2(060)-4724/2023 saylı iddia ərizəsi üzrə mülki iş Sumqayt Şəhər Məhkəməsinin digər hakiminin icraatında baxılmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiaçının Sumqayıt şəhəri, 12 ci mkr, ev 34, 44 saylı mənzilə köçürülməsi barədə iddia tələbi üzrə 2(060)-5930/2023 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair 2(060)-4724/2023 saylı mülki işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı iddiaçının Sumqayıt şəhəri, 12 ci mkr, ev 34, 44 saylı mənzilə köçürülməsi barədə iddia tələbi üzrə 2(060)-5930/2023 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair 2(060)-4724/2023 saylı mülki işə birləşdirilsin. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5930/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5930/2023
26.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver