Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5938/2025 27.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinə qarşı əmrin etibarsız hesab edilərək ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğvİ, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Tələb
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş *4.*4.2*25-ci il tarixli, 22 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, *4.*4.2*25-ci il tarixdən işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Qanunun qeyd edilən tələblərindən görünür ki, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Lakin hazırkı iddia ərizəsi iddiaçının özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır.
5. Odur ki, İddiaçı iddia ərizəsi qanunvericiliyin göstərilən tələblərinə əməl edilmədiyindən geri qaytarılmalıdır.
6. Göstərilənləri və MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğvİ, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva