Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5961/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1960-cı ildə Ermənistanın Qafan rayonunda anadan olmuş və onun adına doğum haqqında şəhadətnamə verilmiş, onun əsasında orta məktəbə getmiş, pasport almış, rəsmi nikaha daxil olmuşdur. Onun X2, anası isə X6 olmuşdur. Onu da qeyd edir ki, o, şəxsiyyət vəsiqəsi almışdır. Şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı o, AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubluğu ilə bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı qərar qəbul edilmişdir. Sonradan həmin qərarda doğum tarixi səhv qeyd edildiyi üçün xx.xx.2024-cü il tarixdə qərara düzəliş edilmişdir. Ona yeni doğum haqqında şəhadətnamənin verilməsi və doğum qeydinin akt qeydləri kitabında bərpası ilə bağlı yaşadığı ərazi üzrə Maraqlı şəxsnə müraciət etmiş, ona xx.xx.2024-cü ildə verilmiş məktubla bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər AR Ədliyyə Nazirliyinin Maraqlı şəxsndə olmadığı üçün xahişinin təmin edilməsi mümkünsüzdür və buna görə də o, məhkəməyə müraciət etməlidir. Onun 27 iyun 1960-cı ildə Ermənistanın Qafan rayonunda anadan oluğunu təsdiq edən şahidləri və sübutları da vardır. Onlar məhkəmə prosesinə dəvət olunacaqdırlar. Qeyd edilənlərə əsasən, məhkəmədən onun – Ərizəçi 27 iyun 1960cı ildə Ermənistanın Qafan rayonunda doğum faktını müəyyən etməklə doğum qeydinin bərpası və yeni doğum haqqında şəhadətnamənin verilməsi, “ata” qrafasında X7, “ana” qrafasında X1 adının yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, ərizənin təmin olunmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, vətəndaş onlara müraciət etmişdir. Təqdim etdiyi sənədlərə əsasən müraciətini təmin edə bilmədiklərindən imtina etmişlər və məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X5 ifadəsində bildirdi ki, ərizəçi qardaşıdır. Qardaşı 27 iyun 1960-cı il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. Ataları Veysər, anaları isə Mənsumədir. X11 ifadəsində bildirdi ki, ərizəçi Ermənistanın Qafan rayonunda anadan olmuşdur. Atası yeraltı mədəndə işləmişdir. Ailədə dörd övlad olmuşlar. Onlar kənddə yaşamışlar. İş materiallarında olan: İ-ЗЖ seriyalı, 339792 nömrəli doğum haqqında şəhadətnamənin Rus dilindən Azərbaycan dilinə tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Qafan rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1960-cı ilin 8-ci ayının 12-də 615 nömrə ilə qeyd edilmişdir. X2, anası isə X3r. Azərbaycan Respublikası Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-A-2824/2024 saylı imtina məktubuna əsasən müəyyən edilir ki, göstərilənlərlə əlaqədar izah edirlər ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu təqdirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədi ilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmadıqda, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 25 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, 27 mart 1960-cı il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. AZ-İİİ seriyalı, 009992 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 iyun 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1991-ci ilin avqust ayının 13-cü günündə 3855 nömrə ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası isə X4r. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati aktda düzəliş edilməsi barədə 22 iyun 2024-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, 27 iyun 1960-cı il təvəllüdlü Ərizəçi barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 25 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarda xx.xx.1960-cı il təvəllüdlü xx.xx.1960-cı il təvəllüdü ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-30171/24 nömrəli müraciətə cavabından görünür ki, sorğu edilən xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi xx.xx.1989-cu il tarixdən ünvan 1 ünvanında (şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin olunmamışdır) yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə Ərizəçi məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələrini, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, Ərizəçi xx.xx.1960-cı ildə Ermənistan Respublikası, Qafan rayonunda doğulması məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1960-cı ildə Ermənistan Respublikası, Qafan rayonunda doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Abdullayev”, adının “Rafiq”, ata adının “Veysər” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X9, ana qrafasında isə X6 qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5961/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5961/2024
16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver