Məhkəmə qərarları › İş №2(060)-5967/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5967/2020

07.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5967/2020 07.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Cermuk rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, ona yeni doğum haqqında şəhadətnamə verilməklə, yeni doğum haqqında şəhadətnamədə onun “X12” atasının adı qrafasında “X10”, ana qrafasında “X13” qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X11 məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, Ərizəçi xx.xx.1968-ci ildə Ermənistanın Cermuk rayonunda anadan olmuş və ərizəçinin adına doğum haqqında şəhadətnamə verilmiş, ərizəçi orta məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almışdır. Ərizəçinin atası X10, anası isə X14 olmuş. Ərizəçinin ailəsində bir qardaş və üç bacı olmuşdur. Lakin sonradan ərizəçinin adına verilmiş doğum haqqında şəhadətnamə itmiş, həmin şəhadətnamə Ermənistanda verildiyi üçün məlum səbəblərlə bağlı ərizəçi həmin şəhadətnamənin təkrarını əldə edə bilmir. Ərizəçi ona yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı yaşadığı ərazi üzrə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, ərizəçiyə xx xxxxxxxx 2020-ci il tarixli məktubla bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsində olmadığı üçün xahişinin təmin edilməsi mümkünsüzdür və buna görə də ərizəçi məhkəməyə müraciət etməlidir. Ərizəçinin xx.xx.1968-ci ildə Ermənistanın Cermuk rayonunda anadan olduğumu təsdiq edən şahidləri təsdiq edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun bibisinin qızıdır. Ərizəçi həqiqətən də xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Cermuk rayonunda anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi Ermənistan Respublikasının Cermuk rayonunda qonşusu olmuşdur. Ərizəçi həqiqətən də xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Cermuk rayonunda anadan olmuşdur. Ərizəçinin atası X10, anası isə X7r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə orta məktəbdə bir sinifdə oxumuşdur. Ərizəçi həqiqətən də xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Cermuk rayonunda anadan olmuşdur. Ərizəçinin atası X10, anası isə X7r. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkili X8 və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307.2.3-cü maddəsindən görünür ki, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan ******* nömrəli, xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Cermuk rayonunda anadan olmuş və ünvan 1 ünvanında rəsmi olaraq qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ərizəçinin atasına məxsus ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X15 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş orta təhsil haqqında atestatın tərcümə və təsdiq edilmiş surətindən görünür ki, 1968-ci ildə Ermənistan SSRİ Cermukə şəhərində anadan olmuş X16 1985-ci ildə Ermənistan SSRİ Cermukə şəhər 2 saylı orta məktəbinin tam kursunu bitirmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 ilə X12 xx.xx.1991-ci il tarixdə rəsmi nikada daxil olaraq ailə həyatı qurmuş və nikah bağlandıqdan sonra arvada “Səfərəliyeva” soyadı verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 ilə X12 arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə polulmuş və nikah pozulduqdan sonra arvada “Səfərəliyeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 05/Q-2093/15 saylı məktubdan görünür ki, Ərizəçi 1968-ci ildə Ermənistan Respublikasının Cermuk şəhərində qeydə alınmış doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə Sumqayıt şəhər qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından ərizəçinin xahişinin təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar"ın 13-cü və 14-cü bəndinin tələblərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar izah edilmşdir ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. İşin araşdırılan hallarından və iş materiallarına əsasən sübuta yetirilmişdir ki, ərizəçi Səfərəliyeva (Orucova) Tamila Nuruş qızı həqiqətən xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Cermuk rayonunda anadan olmuş, atası “X10”, anası isə “X13”dır. Eyni zamanda, müəyyən olunmuşdur ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə, ərizəçi Səfərəliyeva (Orucova) Tamila Nuruş qızının ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə, ərizəçinin doğum tarixi «xx.xx.1968-ci il», doğulduğu yer «Ermənistan Respublikası, Cermuk rayonu», atasının adı qrafasında “X10”, ana qrafasında “X13” qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Səfərəliyeva (Orucova) Tamila Nuruş qızının xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası, Cermuk rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “X12”, doğum tarixi «xx.xx.1968-ci il», doğulduğu yer «Ermənistan Respublikası, Cermuk rayonu», atasının adı qrafasında “X10”, ana qrafasında “X13” qeyd olunsun. Qətnamə qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpa edilməsi və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar