Məhkəmə qərarları › İş №2(060)-597/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-597/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-597/2021 08.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və cavabdehlərin yetkinlik yaşma çatmayan uşaqları 29.07.2015-ci il təvəllüdlü X6, 29.04.2013-cü il təvəllüdlü X7, 10.06.2007-ci il təvəllüdlü X5, 18.08.2010-cu il təvəllüdlü X2 və 06.08.2011-ci il təvəllüdlü Həsənov Məhəmməd Kənan oğlunun xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, mənzil 104 olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, mənzil 104 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin mənzili 04 aprel 2019-cu ildə Cavabdeh4 alqı-satqı müqaviləsi ilə almışdır. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə görə cavabdehlər 03.06.2019-cu il tarixinədək qeydiyyatından çıxmalıydılar. Lakin müqavilədə göstərilən vaxt tamam olsa da, cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Həmçinin cavabdehlərin yetkinlik yaşma çatmayan uşaqları 29.07.2015-ci il təvəllüdlü X6, 29.04.2013-cü il təvəllüdlü X7, 10.06.2007-ci il təvəllüdlü X5, 18.08.2010-cu il təvəllüdlü X2 və 06.08.2011 ci il təvəllüdlü Həsənov Məhəmməd Kənan oğlu da iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin və onların yetkinlik yaşlarına çatmayan uşaqlarının həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu isə, öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaüq qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və cavabdehlərin yetkinlik yaşma çatmayan uşaqları 29.07.2015-ci il təvəllüdlü X6, 29.04.2013-cü il təvəllüdlü X7, 10.06.2007-ci il təvəllüdlü X5, 18.08.2010-cu il təvəllüdlü X2 və 06.08.2011-ci il təvəllüdlü Həsənov Məhəmməd Kənan oğlunun xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, mənzil 104 olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə qabaqcadan xəbər verməmişdir. Mülki-Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə olan halda, məhkəmə Mülki-Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə görə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 04.04.2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, mənzil 104–ü 50000 (əlli min) manata İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq iki ay müddətinə olunduğu satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67 mənzil 104 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 10.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyi 11 saylı Mənzil Kommunal Sahəsinin 07.12.2020-ci il tarixli “2 N-li forma” arayışından görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, mənzil 104-ün sahibi İddiaçıdur. Mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və yetkinlik yaşma çatmayanlar 29.07.2015-ci il təvəllüdlü X6, 29.04.2013-cü il təvəllüdlü X7, 10.06.2007-ci il təvəllüdlü X5, 18.08.2010-cu il təvəllüdlü X2 və 06.08.2011-ci il təvəllüdlü Həsənov Məhəmməd Kənan oğlu həmin mənzildə müvəqqəti qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 11.08.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və yetkinlik yaşma çatmayanlar 29.07.2015-ci il təvəllüdlü X6, 29.04.2013-cü il təvəllüdlü X7, 10.06.2007-ci il təvəllüdlü X5, 18.08.2010-cu il təvəllüdlü X2 və 06.08.2011-ci il təvəllüdlü Həsənov Məhəmməd Kənan oğlu Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, mənzil 104-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə baxışı zamanı və iş materiallarına əlavə edilmiş sənəddən müəyyən edilir ki, iş üzrə cavabdeh kimi göstərilmiş X3 göstərilən ünvanda 2002-ci ildən yaşamır. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən halları sübuta yetirib. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, mənzil 104-ü alqı-satqı yolu ilə əldə edib. Sonradan həmin müqaviləni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldırıb və ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı çıxarış verilməklə, o, mənzilə mülkiyyət hüququ qazanıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Sumqayıt şəhəri, 17ci mikrorayon, ev 67-də yerləşən 104 saylı mənzildə yaşamadıqlarını və özlərinə məxsus əmlaklarını götürüb daimi yaşamaq üçün başqa yerə getməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və cavabdehlərin yetkinlik yaşma çatmayan uşaqları 29.07.2015-ci il təvəllüdlü X6, 29.04.2013-cü il təvəllüdlü X7, 10.06.2007-ci il təvəllüdlü X5, 18.08.2010-cu il təvəllüdlü X2 və 06.08.2011-ci il təvəllüdlü Həsənov Məhəmməd Kənan oğlunun Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67-də yerləşən 104 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və cavabdehlərin yetkinlik yaşma çatmayan uşaqları 29.07.2015ci il təvəllüdlü X6, 29.04.2013-cü il təvəllüdlü X7, 10.06.2007-ci il təvəllüdlü X5, 18.08.2010-cu il təvəllüdlü X2 və 06.08.2011-ci il təvəllüdlü Həsənov Məhəmməd Kənan oğlunun Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67-də yerləşən 104 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar