Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5986/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 07 oktyabr 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası X12mun xx.xx.1940-cı ildə Ermənistan SSR, Dastagert rayonunda doğulma faktının müəyyən edilməsi, ata qrafasında “X9”, ana qrafasında “X6” kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X13 xx.xx.1940-cı ildə Ermənistan SSR, Dastagert rayonunda anadan olmuşdur. X1, X2 olmuşdur. 1988-ci ildə Ermənistan Respublikasından məcburi köçkün kimi Sumqayıt şəhərinə yerləşən zaman atasının doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Hal hazırda ona bu sənəd lazım olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Yuxarıda göstərdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırkı faktın müəyyən edilməsi ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Belə ki, ev atasının adınadır və həmin evi hazırda vərəsəlik yolu ilə öz adına keçitmək istəyir. Bunun üçün isə ondan atasının doğum haqqında şəhadətnaməsi istənilir. Ərizəçi qeyd edilənlərin nəzərə alınmasını və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirərək, işə nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, o, mərhum İsaqı tanıyırdı. Belə ki, İsaq onun yoldaşı ilə əmioğlu idi. İsaq xx.xx.1940-cı ildə Ermənistan SSR, Dastagert rayonunda doğulub. İsaqın anası Surahı, atası Hüseyn olub. Məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirmişdir ki, İsaq ondan yaşca balaca idi. İsaq xx.xx.1940-cı ildə Ermənistan SSR, Dastagert rayonunda doğulub. Onlar hamısı bir yerdə böyüyüblər. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ-İİ 406503 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2024-cü ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1476 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü ildə ölmüş X7 vərəsəsi Ərizəçidur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 12 avqust 2024-cü il tarixli, 3-16- 5/8-7-2xx-xx/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 30, ev 9/13, mənzil 26 xüsusi mülkiyyət hüququ əsasında X8 adına qeydə alınmışdır. Beləliklə, ərizəçinin atası X13 xx.xx.1940-cı ildə Ermənistan SSR, Dastagert rayonunda anadan olmuşdur. X2, X1dır. Bu fakt işdə olan sənədlər, şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin atası X7 xx.xx.1940-cı ildə Ermənistan SSR, Dastagert rayonunda doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X7 xx.xx.1940-cı ildə Ermənistan SSR, Dastagert rayonunda doğulması faktı müəyyən olunsun. X7 adına yeni doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamədə X7 ata qrafasında X9, ana qrafasında isə X6 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5986/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5986/2024
07.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver