Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6030/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2018-ci ilin iyun ayında Bakı şəhərində dəmiryol vağzalında yerləşən “Asan komunal’da təsadüfən rastlaşmış və ona iş axtardığını bildirmişdir. Cavabdeh iddiaçıya əlaqələrinin çox olduğunu bildirmiş və ona Türkiyə Səfirliyində aşpaz köməkçisi vəzifəsinə işə düzəlmək təklifi edib. Cavabdeh iddiaçını işə düzəltmək üçün ondan 1500 manat pul istəyib. Bir müddət sonra iddiaçı cavabdehi müxtəlif bəhanələrlə aldatmış və hərdən telefonunun söndürərək ona cavab verməmişdir. Bunun səbəbini soruşanda o özünün iş adamı olduğunu bildirmiş və tez-tez İran İslam Respublikasına işgüzar səfərə getdiyini bildirmişdir. Bu səbəbdən iddiaçı cavabdehə inanmış və xx.xx.2018 tarixində 1500 manat pulu ona vermişdir. Lakin, cavabdeh iddiaçını işə düzəltməmiş və pulunu qaytarmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2934/2022 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6030/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixli qiyabi qətnamə ləğv edilmiş və icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1969-cu ildə, anadan olmuşdur. Cavabdeh isə xx.xx.1973-cü ildə, Naxçıvan MR, Ordubad şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş yazılı iltizamda cavabdehin iddiaçıdan 1500 manat pul aldığı öz əksini tapmışdır. İltizam cavabdehin adından yazılmış və imzalanmışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X1 Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçının ərizəsi əsasında toplanmış materialların surətləri məhkəməyə göndərilmişdir. Həmin materiallar əsasında müəyyən edilir ki, cavabdeh X1 Polis İdarəsinin Təhqiqat Bölməsinə xx.xx.2019-cu il tarixində verdiyi izahatında bildirmişdir ki, əvvəllər tanıdığı Məlahət adlı qadın ona Türkiyənin Azərbaycandakı Səfirliyində aşpaz köməkçisi vəzifəsinə işçi tələb olunduğunu bildirmişdir. Cavabdeh iddiaçının iş axtardığını biləndə bu barədə ona demişdir. Həmçinin bildirmişdir ki, bunun üçün 1500 manat pul lazımdır. 2018-ci ilin iyun ayında o, iddiaçı ilə görüşərək ondan 1500 manat pulu almışdır. Həmin gün isə aldığı pulu Məlahət adlı qadına vermişdir. Lakin, Məlahət iddiaçını işə düzəltməmiş və aldığı pulu geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan yazılı qəbzdə cavabdeh iddiaçıya borcu olduğunu etiraf etdiyi üçün həmin qəbzə borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Eyni zamanda təhqiqat orqanına verdiyi izahında da cavabdeh iddiaçıdan 1500 manat məbləğində pulu alaraq Məlahət adlı şəxsə verdiyini, lakin Məlahətin iddiaçını işə düzəltmədiyini etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcun qaytarmaq öhdəliyi yaranmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı cavabdehə 1500 manat pul vermiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, həmin pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmiş və bununla bağlı izahat verməmişdir. Buna görə də iddia təmin edilməli, 1500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1500 (min beş yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6030/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6030/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver