Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6040/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh4 iştirakları ilə, İddiaçı Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzili 26.08.2018-ci il tarixində AN-İ №0704471 saylı “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi əsasında Cavabdeh4 almış və həmin mənzilə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən 29.08.2018-ci ildə Reyestr Xidməti Seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləridir, onun mənzilində qeydiyyatda olmaları mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı övladları 19.06.2007-ci il təvəllüdlü X6, 11.06.2006-cı il təvəllüdlü X1, 31.12.2008-ci il təvəllüdlü X2 və 15.02.2012-ci il təvəllüdlü Hüseynəlizadə Nuray Anar qızının ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul edərək, təmin olunmasına etiraz etmədiyini, digər cavabdehlərin onun ailə üzvləri olduqlarını bildirdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləin izahatlarını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 29.08.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş 28.04.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 19.06.2007-ci il təvəllüdlü X8, 11.06.2006-cı il təvəllüdlü X3, 31.12.2008-ci il təvəllüdlü X4 və 15.02.2012-ci il təvəllüdlü Hüseynəlizadə Nuray Anar qızı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 12 saylı MKS tərəfindən verilmiş 14.07.2021-ci il tarixli, 78 nömrəli forma-2 arayışından görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 19.06.2007-ci il təvəllüdlü X8, 11.06.2006-cı il təvəllüdlü X3, 31.12.2008-ci il təvəllüdlü X4 və 15.02.2012-ci il təvəllüdlü Hüseynəlizadə Nuray Anar qızı ünvan 1 ünvanında mənzilə qeydiyyatdadır, yaşamırlar. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehin qeydiyyatda olduğu ünvanda uzun müddətdir yaşamaması, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olması, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan 19.06.2007-ci il təvəllüdlü X8, 11.06.2006-cı il təvəllüdlü X3, 31.12.2008-ci il təvəllüdlü X4 və 15.02.2012-ci il təvəllüdlü Hüseynəlizadə Nuray Anar qızı ilə birlikdə ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan 19.06.2007-ci il təvəllüdlü X8, 11.06.2006-cı il təvəllüdlü X3, 31.12.2008-ci il təvəllüdlü X4 və 15.02.2012-ci il təvəllüdlü Hüseynəlizadə Nuray Anar qızı ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27/4, 39 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6040/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6040/2021
04.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver