Məhkəmə qərarları › İş №2(060)-6054/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6054/2021

26.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6054/2021 26.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, cavabdeh X5 və onun nümyəndəsi, vəkil X6 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X7 və Cavabdeh2 oğluna qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) X7 və Cavabdeh2 oğluna (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin hər birinə 6500 manat məbləğində kompensasiya verilməklə, onların Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 10/13 saylı evin 15 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 10/13də yerləşən 15 saylı mənzil iddiaçıların mərhum ataları X9 orderlə məxsus olmuşdur. 2002-ci ildə Məmməd İsgəndərov həmin mənzili özəlləşdirərək xüsusi mülkiyyətinə keçirmişdir. O, 2012-ci ilin 27 iyununda vəfat etmişdir. Bundan sonra atadan miras qalmış Sumayıt şəhəri, 45-ci məhəllə, ev 10/13, saylı evin 15 saylı mənzili üzərində iddiaçıların hər birinin ½ hissədə payı müəyyən edilmişdir. İddiaçı1 cavabdeh Mədinə Musayeva ilə 1978-ci ildə rəsmi nikaha daxil olmuşlar. 1991-ci ildə məhkəmə qaydasında nikahları pozulmuşdur. Həmin tarixdən etibarən cavabdehlər mənzili tərk edərək bu günə kimi Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 30/4a, 22 saylı mənzil olan ata evində yaşamışlar. Həmçinin cavabdeh Mədinə Musayeva 2003-cü ildə Sumqayıt Şəhər Məhkəməsinə cehiz əmlak tələbi ilə bağlı iddia qaldırmış, iddia tələbi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və 13.01.2004-cü ildə Sumqayıt Şəhəri İcra İdarəsinə yönləndirilmişdir. Hazırda cavabdehlər 20 ildən çoxdur ki, həmin mənzildə yaşamırlar. Daimi olaraq ünvan 1 ünvanında yaşayırlar. İddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclası barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçıların və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Mədinə Musayeva məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbi ilə razıdır. Belə ki, o və onun oğlu olan digər cavabdeh mübahisəli mənzildə yaşamırlar. Bu səbəbdən mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinə etiraz etmir. Cavabdehin nümayəndəsi cavabdehlə oxşar məxmunlu izahat verərək iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1965-ci ildə, İddiaçı2 isə xx.xx.1969-cu ildə, cavabdeh Mədinə Musayeva 28.07.1967-ci ildə, Cavabdeh2 isə xx.xx.1988-ci ildə anadan olmuşlar. Tərəflər ünvan 2 ünvanında qeydiyyatdadırlar. İİ-ЖГ 256798 saylı boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə cavabdeh Mədinə Musayeva arasında nikah 02 oktyabr 1991-ci il tarixində pozulub. İşdə olan qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətinə əsasən mübahisəli mənzil 11.10.2002-ci il tarixli 40 nömrəli protokol əsasında Məmməd İsgəndərovun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən mübahisəli mənzil üzərində 25.10.2018-ci il tarixdə İddiaçı1 və İddiaçı2 hər birinin payı ½ hissədə olmaqla mülkiyyət hüquqları müəyyən edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən X12 24.06.2012-ci ildə vəfat etmişdir. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 13 avqust 2021-ci il tarixli məktubu ilə mübahisəli mənzil üzərində İddiaçı1 atası X8 dövlət qeydiyyatına əlavə edilmiş sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, mübahisəli mənzil 10 may 1967-ci il tarixli order əsasında Məmməd İsgəndərova verilmişdir. İddiaçılar 08.02.2002-ci il tarixli ərizələrində mənzilin Məmməd İsgəndərovun adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən 24.06.2012-ci il tarixdə ölmüş X8 vərəsələri İddiaçı2, İddiaçı1 və X13 miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Miras payın bağışlanma müqaviləsinə əsasən Əli isgəndərov öz payını iddiaçılara bağışlamışdır. ünvan 3 ünvanında yaşayan şəxslər X14, X4 və X15 tərəfindən tərtib edilərək imzalanmış və 7 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, İddiaçı1 ilə X10 arasında nikah 1991-ci ildə pozulduqdan sonra həmin vaxtdan X10 və onun övladı Cavabdeh2 Sumqayıt şəhəri, 45-ci məhəllə,ev 10/13, mənzil 15-də yaşamırlar. İşdə olan məhkəmə aktları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 01.03.2001-ci il tarixli qətnaməsi ilə X1rşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə ilkin iddiası təmin edilmiş, Mədinə Musayevanın mənzilə köçürülmə barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 12.02.2004-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) yaşayışistifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil 1967-ci ildə order əsasında Məmməd İsgəndərova verilib. Cavabdeh Mədinə Musayeva 1987-ci iddiaçının X3 İsgəndərli ilə nikaha daxcil olaraq ailə üzvü kimi mənzilə istifadə hüququ əldə edib. Bu səbəbdən hazırkı mübahisəyə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mübahisəli mənzil 2002-ci ildə iddiaçının adına özəlləşdirilmiş və həmin vaxt məhkəmə qətnaməsinə əsasən cavabdeh Mədinə Musayeva mübahisəli mənzildən qeydiyyatdan çıxarıldığı üçün özəlləşməyə razılığı alınmamışdır. Lakin, sonradan 2004-cü ildə Mədinə Musayeva yenidən məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilə köçürülmüş və qeydiyyata düşmüşdür. Yəni cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları mövcuddur. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Göründüyü kimi iddiaçılar cavabdehlərin hər birinə 6500 manat kompensasiya verilməklə onların mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edirlər. X18 məhkəmə iclasında iddiaya etiraz etməmişdir. Bu səbəbdən iddia təmin edilməli, cavabdehlərin hər birinə 6500 manat kompensasiya verilməklə onların mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən yaşayış-istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən yaşayışistifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdehlər X10 və Cavabdeh2 oğlunun hər birinə 6500 (altı min beş yüz) manat kompensasiya verilməklə cavabdehlərin Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 10/13-də yerləşən 15 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamə cavabdehlər X10 və Cavabdeh2 oğluna iddiaçılar tərəfindən kompensasiya verildikdən sonra onların həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar