Məhkəmə qərarları › İş №2(060)-6061/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6061/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6061/2020 17.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onların azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh2 Sumqayıt şəhəri, 13cü mikrorayon, 06 saylı evin 108 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində texniki səhvə yol verilərək qeyd edilmiş “xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh2” ifadəsinin “xx.xx.2011-ci il təvəllüdlü X8” kimi qəbul edilməsini xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 06 saylı evin 108 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzili xx.xx.2020-ci il tarixdə, AN-İ №0878318 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh4 almışdır. Həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X12 tərəfindən xx.xx.2020-ci il tarixdə Çıxarış verilmişdir. Cavabdehlər mənzilin keçmiş mülkiyyəçiləridir. Cavabdehlərin mənzildə qeydiyyatda qalması mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Bundan əlavə mülkiyyətində olan mənzildə cavabdehlərin və onun ailə üzvlərinin azyaşlı övladları qeydiyyatdadırlar. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olub. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azəryacan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 izahatlarında ayrı-ayrılıqda göstərdilər ki, iddia tələbini qəbul edirlər, mənzilin əvvəlki sahibləridirlər, mübahisəli mənzildən qeydiyyatdan çıxa bilmirlər, mənzilə dair heç bir tələbləri yoxdur. Bu barədə ərizə təqdim etdilər. Həmçinin digər Cavabdeh3 iddianın təmin olunmasına etirazı olmadığını bildirdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr, ev 06, mənzil 108 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 özünə məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 06, mənzil 108 alıcı İddiaçı mülkiyyətinə vermişdir. Asan-Sumqayıt tərəfindən verilmiş, ******* saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, eləcə də azyaşlı uşaqlar xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X1 şəhəri, 13-cü mkr, ev 06, 108 saylı mənzildə qeydiyyatdadırlar. İşin hallarından göründüyü kimi cavabdehlər iddianı etiraf etdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehlərin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 06, 108 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 06, 108 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar