Məhkəmə qərarları › İş №2(060)-6091/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6091/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6091/2020 17.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı QSC X5 Təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC X5 Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC X5 Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4101 (dörd min bir yüz bir) manat, faiz borcu üzrə 4472.63 (dörd min dörd yüz yetmiş iki manat 63 qəpik) manat olmaqla, cəmi 8573.63 (səkkiz min beş yüz yetmiş üç manat 63 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "İddiaçı” QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban- XTA210740B3110655, rəngi -qara) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC X5 Təşkilatının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx'" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. "İddiaçı" QSCnin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "İddiaçı” QSC tərəfindən "xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1365 saylı, xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx” ASC ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra "Borcalan”) arasında xx.xx.2011-ci il tarixdə, № 453 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 6100 (altı min bir yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban-XTA210740B3110655, rəngi-qara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2011-ci il tarixli, AA seriyalı, 019358 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan"a 6100 (altı min bir yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) "Borcalan" bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixindən başlanır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 20 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda əsas borc üzrə 4101 (dörd min bir yüz bir) manat, faiz borcu üzrə 4472.63 (dörd min dörd yüz yetmiş iki manat 63 qəpik) manat olmaqla cəmi 8573.63 (səkkiz min beş yüz yetmiş üç manat 63 qəpik) manat borcu var. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən, nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (poçt göndərişinin izlənməsi barədə SS669195268AZ saylı çıxarışa əsasən) bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx xxxxxxx 2011-ci il tarixli 453 nömrəli Kredit müqaviləsinə əsasən, “xxxx” ASC-nin Binəqədi filialı Cavabdeh illik 20% olmaqla 24 ay müddətinə 6100 (altı min yüz) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2011-ci il tarixli 453 nömrəli ipoteka müqaviləsindən görünür ki, Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban - XTA210740B3110655, mühərrik – 9833125, rəngi-qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İşdə olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 019358 saylı xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh məxsus 2011-ci il buraxılışlı, **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı XTA210740B3110655 ban nömrəli avtomobil ipoteka müqaviləsinə əsasən “xxxx” ASC-nin Binəqədi filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxxxxxx 2011-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh ona ayrılmış 6039 manat məbləğində kredit vəsaitindən istifadə etmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında’'' Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının surətinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "İddiaçı” QSC tərəfindən "xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-AVK- 1365 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən "İddiaçı” QSC-yə təhvil verilmişdir. Həmin akta əsasən Cavabdeh banka əsas borc üzrə 4101 manat, faiz borcu üzrə 4472.63 manat olmaqla, cəmi 8573.63 manat məbləğində kredit borcu olmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli 2745 saylı bildirişdən görünür ki, tələbin İddiaçı QSC-yə güzəşt edilməsi və yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx xxxxxxx 2011-ci il tarixli 453 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 6100 manat məbləğində kredit verilmişdir. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hazırda “xxxx” ASC-nin həmin müqavilədən irəli gələn tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə bildirişlər göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən Cavabdeh İddiaçı QSC X5 Təşkilatı nin xeyrinə xx xxxxxxx 2011-ci il tarixli 453 nömrəli kredit müqaviləsinə əsasən 4101 manat əsas borc, 4472.63 manat faiz borcu olmaqla, cəmi 8573.63 manat borcun tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının (ipoteka saxlayanın) tutmanın Cavabdeh mülkiyyətində olan və ipoteka müqaviləsi ilə yüklü edilmiş **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban- XTA210740B3110655, rəngi -qara) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319-cu maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmadığı halda ipoteka predmetinə tutmanın yönəldilməsi nəzərdə tutulub. Həmin Qanunun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmeti olan avtomobilə tutmanın yönəldilməsi barədə ipotekaqoyana və ipotekasaxlayana bildiriş vermiş və həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı QSC X5 Təşkilatının tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban - XTA210740B3110655, rəngi - qara) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması və satışdan əldə ediləcək vəsait hesabına banka olan borcun qaytarılması tələbinin də qanuni əsasları vardır və buna görə həmin tələb də təmin olunmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir Məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddədə “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilibyönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirirlər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret olaraq hazırki işdə ipoteka predmeti avtomobildir. İpoteka müqaviləsi 2011-ci ildə bağlanılmış və ötən müddət ərzində həm dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində, həm də ipoteka predmetinin istismarı və amortizasiyaya uğraması səbəbindən onun satış qiymətinin dəyişməsi əsaslı olaraq ehtimal olunur. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə mübahisəsi zamanı tərəflər arasında ipoteka predmetinin ilkin satış qiymətinə dair razılaşmanın mövcud olması iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban - XTA210740B3110655, rəngi – qara) avtomobilin ilkin satış qiyməti tutmanın həmin avtomobilə yönəldilməsi proseduru zamanı icra qaydasında müəyyən edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə isə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfındən dəvət olunur. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyri-mümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafıq olaraq icra icraatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı öz həllini tapmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, pul tələbi hissəsində iddia tam təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 4101 (dörd min yüz bir) manat, faiz borcu üzrə 4472,63 (dörd min dörd yüz yetmiş iki manat altmış üç qəpik) manat olmaqla, cəmi 8573,63 (səkkiz min beş yüz yetmiş üç manat altmış üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) AZN dövlət rüsumu tutularaq İddiaçı QSC X5 Təşkilatının hesabına ödənilsin. Tutma ipoteka predmeti olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban - XTA210740B3110655, mühərrik – 9833125, rəngi – qara) avtomobilə yönəldilsin. Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş **-CG-*** dövlət qeydiyyat nömrəli, “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban - XTA210740B3110655, mühərrik – 9833125, rəngi – qara) avtomobil açıq hərracdan satılsın və borc avtomobilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı QSC X5 Təşkilatına ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləği Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar