Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6118/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 olmaqla doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs1 olmaqla doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. X8 onun anasıdır və 18 may 1949-cu il tarixdə anadan olmuş, 05 yanvar 2024-cü il tarixdə isə vəfat etmişdir. Vərəsəlik işinin açılması ilə bağlı müvafiq notariat orqanına müraciət etmiş və ondan anasının doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Lakin anasının doğum haqqında şəhadətnaməsi itmiş, bu səbəbdən da arayışın verilməsi ilə bağlı iş üzrə Maraqlı şəxs1nə ərizə ilə müraciət etmişdir. Lakin verilən cavab məktubunda Maraqlı şəxs1 arxiv kitablarında və “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində anasının doğum haqqında akt qeydinin aşkar edilmədiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklilk, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydlərin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəməsinin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən məhkəmədən anası – Məmmədova (Hüseynova) Lətifə İslam qızının 18 may 1949—cu il tarixdə Şəmkir rayonu, Morul kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, anasının doğum şəhadətnaməsi üçün müraciət etmişdir. Çünki doğum qeydi tapılmamışdır. Anasının üç bacısı vardır. Biri Rusiya Federasiyasındadır. İkisi isə Şəmkir rayonunda yaşayır. Yaşlı olduqlarına görə məhkəməyə gələ bilmirlər. Onların doğum şəhadətnamələri vardır. Şahidlər də atasının dayısı qızlarıdır. Atasının yanında böyümüşlər. Məhkəmənin hazırlıq iclasında Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb edilmişdir. Maraqlı şəxs1 və Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs1 və Maraqlı şəxs2 nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxslərin nümayəndərinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X4 ifadəsində bildirdi ki, Nəzakət bibisi nəvəsidir. Rəşid də bibisinin oğludur. Lətifə də yoldaşıdır. Soyadları Mamedovadır. X7 ifadəsində bildirdi ki, Nəzakət bibisi nəvəsidir. Anası Lətifədir. Lətifənin anasının adı da Bənövşədir. Soyadı da Mamedovadır. İki bacısını tanımışdır. Anası ilə yaxın münasibətdə olmuş, gəlmiş və getmişlər. Lətifə xalası ondan çox böyük olmuşdur. İş materiallarında olan: V-ЖГ seriyalı, 380506 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1977-ci il tarixdə anadan olmuşdur. A3 №1368817 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1967-ci ildə anadan olmuşdur.X1, anası X2r. AZE seriyalı, 03731250 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 Azərbaycan Respublikası, Şəmkir rayonu, Morul kəndində xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs1 tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli, AZ-İİ seriyalı, 406461 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 yanvar 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 01-ci ayının 17-ci günündə 134 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ilkin lokalizasiyası dəqiqləşdirilməyən bədxassəli yeni törəməsi olmuş, Sumqayıt şəhərində vəfat etmişdir. АЗ seriyalı, 290575 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X11 arasında 04 noyabr 1972-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1972-ci ilin noyabr ayının 4-də 787 nömrə ilə qeydiyyat aparılmış, nikah bağlandıqdan sonra kişiyə Mamedov, arvada isə Mamedova soyadı verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəkmir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1382 saylı Ərizəçi ünvanlanmış ərizəyə cavabdan görünür ki, Maraqlı şəxs1 arxiv kitablarında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onların mərhum anasının doğum haqqında akt qeydi aşkar olunmamışdır. Odur ki, Maraqlı şəxs1 onlara doğum haqqında akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət edilməsini hüquqi yardım təklif edərək tövsiyyə etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-31290/2024 Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktuba cavabdan görünür ki, adı qeyd edilən X5 şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arixivi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış sorğuya cavabdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”-nin 1949-cu ilə dair Şəmkir rayonu doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, Məmmədova (Hüseynova) Lətifə İslam qızının doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Məhkəmə Ərizəçi məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələrini, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, ərizəçinin anası Məmmədova (Hüseynova) Lətifə İslam qızının xx.xx.1949-cu ildə Azərbaycan Respublikası, Şəmkir rayonu, Morul kəndində doğulması məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X3 xx.xx.1949-cu ildə Azərbaycan Respublikası, Şəmkir rayonu, Morul kəndində doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Hüseynova”, adının “Lətifə”, ata adının “İslam”, doğum qeydinin ata qrafasında X12, ana qrafasında isə X6 qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6118/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6118/2024
09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver