Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6123/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 7/25 saylı evin, 11-ci mənzilinə məcburi köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 15 iyul 2020-ci il tarixdə cavabdehlər X2,X4, X3, X5 və X1 qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 7/25 saylı evin, 11-ci mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iddia üzrə mülki işin gedişatında İddiaçı 16.02.2021- ci tarixdə iddia həcminin artırılmasna dair məhkəməyə ərizə verərək Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 7/25 saylı evin, 11-ci mənzilinə köçürülməyini, mənzilin çöl giriş-çıxış qapəsənən açarının cavabdehlərdən alınaraq ona verilməsini, mənzilin kommunal sahələrindən istifadəsinə cavabdehlər tərəfindən qoyulmuş məhdudiyyətlərin onlara qadağan edilməsini xahiş etmişdir. Eyni tarixdə təkrar ərizə verərək Cavabdeh2 və Cavabdeh1 cavabdeh kimi işə cəlb etmişdir. Məhkəmənin 12.03.2021-ci il tarixli İş 2(060)-303/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X2,X4, X3, X5, X6, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 7/25 saylı evin, 11-ci mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddiaçının həmin mənzilə köçürülməsi və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə iddia tələbi rədd edilmişdir. Bu qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt apellyasiya məhkəməsinin 2(105)-1925/2021 saylı, 12.07.2021-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında, mənzilə köçürülməyə dair eyni əsaslarla mübahisə üzrə iş digər məhkəmənin icraatında olmuşdur. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1925/2021 saylı, 12.07.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair müşki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6123/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6123/2021
30.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver