Məhkəmə qərarları › İş №2(060)-6158/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6158/2024

04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6158/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X2rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəni nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X2rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi, X5, X6 X8 ilə qohumluq münasibətlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinin tələblərinə görə isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki ərizə ərizəçi qismində yalnız Ərizəçi tərəfindən verilsə də, ərizənin xahiş hissəsində onunla yanaşı, digər şəxslər X9 və X10 barəsində də müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Eyni zamanda ərizənin “xahiş etdi” hissəsində ərizəçinin X8 ilə hansı formada qohum olması faktının müəyyən edilməsi dəqiq göstərilməmişdir. Halbuki ərizədə ərizəçinin tələbi konkret olmalıdır. Məhkəmə onu da qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.6-cı bəndinə qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Ərizənin məzmunundan görünür ki, sözügedən faktın təsdiq edilməsi Ərizəçi deyil, X7 müvafiq məqsədlər üçün lazımdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəyə maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat X1 ünvanladığı imtina məktubu əlavə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X2rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X2rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə, ərizənin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar