Məhkəmə qərarları › İş №2(060)-6182/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6182/2025

27.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6182/2025 27.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi olmaqla əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: işə bərpa) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi olmaqla əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş *4.*4.2*25-ci il tarixli, 22 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, *4.*4.2*25-ci il tarixindən işə bərpa edilməyi və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı *4.*4.2*25-ci il tarixdə 22 saylı əmrlə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. O, işdən çıxma barədə verilmiş 22 saylı əmrlə razılaşmır. Bildirir ki, barəsində verilmiş əmr əmək qanunverciliyin pozulması ilə qəbul edilmişdir. O, uzun müddət sözügedən məktəbdə müəllimə vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən işlədiyi təhsil müəssisəsində işləyən təhsilverənlərin sertifikatlaşdırılması zamanı, onun peşəkarlıq səviyyəsi və peşə yararlığının yoxlanılması zamanı cavabdeh tərəf qərəzli olmuşdur. Belə ki, cavabdeh bilərəkdən peşəkarlıq səviyyəsinə uyğun olmayan suallarla onun peşəkarlıq səviyyəsini düzgün qiymətləndirməmişdir. O, məsələ ilə əlaqədar olaraq əlaqədar şəxslərə, o, cümlədən X2 Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Həmçinin işdən çıxmağını əsassız hesab etdiyinə görə mediasiya prosesinin tətbiqi barədə təklif ilə cavabdehə müraciət edib. Təklifi cavabdeh tərəfindən müsbət qarşılanmamış və bu barədə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə 13 may 2*25-ci il tarixli, MŞS/MT*3*/2*25/**775 saylı arayış verilmişdir. Hesab edir ki, əmək qanunvericiliyinin kobud şəkildə pozulması ilə qəbul edildiyinə görə Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş *4.*4.2*25-ci il tarixli, 22 saylı əmrin etibarsız hesab edilərək ləğv olunması, işə bərpa və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

b) iddiaya etiraz

4. Cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (vəkili) Nümayəndə1 3*.*9.2*25-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı cavabdeh Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Musiqi Məktəbinə qarşı “əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi proqula görə əmək haqqının ödənilməsi tələbi”nə dair mülki iş vardır. İddiaçı öz iddia ərizəsində cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi Əhməd Bakıxanov adına 1 №-li Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş *4.*4.2*25-ci il tarixli, 22 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, *4.*4.2*25-ci il tarixdən işə bərpa edilməyi və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etmir. Çünki iddia ərizəsində əks olunanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı 2 ay öncədən imtahanın keçiriləcəyi haqda məlumatlandırılmış və imtahana hazırlaşması üçün suallar verilmişdir. Lakin buna baxmayaraq İddiaçı 17.*3.2*25-ci il tarixində keçirilmiş attestasiya imtahanından attestasiya vərəqəsindən də göründüyü kimi verilmiş bəsit sualları cavablandıra bilməmiş və lehinə 1, əleyhinə 4 səs toplamaqla attestasiya imtahanından kəsilmiş, qanunamüvafiq qaydada keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə X1 İdarəsi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət məktəbinin *4.*4.2*25-ci il tarixli, 22 nömrəli əmrinə əsasən Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı *4 aprel 2*25-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsinin təmin edilməsi, əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Eləcə də iddiaçı *1.*5.2*25-ci il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, 13.*5.2*25-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Bundan 3 (üç) ay 21 (iyirmi bir) gün sonra məhkəmədə “əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi proqula görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia qaldırmışdır. Qeyd edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə olan halda hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə *1 aylıq iddia müddətini ötürdükdən sonra, yəni *3.*9.2*25-ci il tarixdə məhkəməyə (işdən çıxarıldıqdan *4 ay 3* gün, ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayış tərtib edildikdən *3 ay 21 gün sonra) müraciət etdiyindən iddia tələbi “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa” hissəsində rədd edilməsini xahiş edir. Eyni zamanda iddia tələbinin “məcburi proqula görə əmək haqqının ödənilməsi” hissəsində hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3**-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, hesab edirlər ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən asılıdır. Buna görə də hesab edirlər ki, iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilə bilməz. Odur ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi də rədd edilməsini xahiş edirlər. Qeyd edilənlərə əsasən hesab edirlər ki, iddia tələbi əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə *3 noyabr 2**8-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2***-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Qeyd edilənlərə əsasən hesab edirlər ki, iddia tələbi əsassızdır və qəbul edilməməlidir. Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 8*-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, işinə geri qayıtmaq istəyir. İmtahanın gedişatını qəbul etmir. Elə suallar var ki, ümumiyyətlə, heç vərəqdə qeyd olunmamışdır. Attestasiya vərəqi ilə ona verilmiş suallar üst-üstə düşmür. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, suallar qərəzli deyildi. Ona verilən suallar və suallara olan cavabları da ona görə normal idi. Lakin imtahanla bağlı məlumatda kəmiyyət, yəni neçə suala cavab verildikdə keçib-keçməməklə bağlı tələb olmamışdır. Onlara imtahana dair təxminən 3 ay əvvəlcədən, yanvar ayında məlumat verilmişdir. Həmçinin, qeyd etmişdir ki, o, əsərin təhlilində müəyyən çətinliklərlə qarşılaşmışdır. Bunun əsas səbəbi musiqi kollecində təhsil aldığı müddətdə təhlil fənninin keçirilməməsidir. O, orta ixtisas təhsilli müəllimdir və əsərin təhlilini özü sosial şəbəkələrdən araşdırıb öyrənməyə çalışmışdır. Eyni zamanda, özünün və övladlarının səhhətində yaranan problemlərə görə imtahana daha yaxşı hazırlaşmaq imkanı olmamışdır. O, imtahandan sonra müəllim kolleqalarına və direktora da bildirmişdir ki, səhvləri olmuş, qamma ifası zamanı çaşmışdır. Bethovenin konserti ilə bağlı ona verilmiş sualı direktor müavininə bildirdikdə o da həmin suala cavab verə bilməyəcəyini bildirmişdir. İmtahan otağına girərkən həyəcandan əlləri buz kimi olmuş, dil-ağzı qurumuşdur. Hətta su istəmiş, ona su verilməmişdir. Lakin bütün bunlara baxmayaraq, ona verilən sualların əksəriyyətini cavablandırmışdır. 17 illik iş təcrübəsi var. Həmişə kollektivdə sayılıb-seçilən, nizam-intizamlı müəllim olmuş, barəsində heç vaxt mənfi rəy olmamışdır. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı onunla oktyabr ayının əvvəli müqavilə bağlamışdır. İddia ərizəsi onun tərəfindən tərtib olunmamışdır. İşi araşdırarkən məlum olmuşdur ki, iddiaçı səhv yönləndirilmiş, iş yoldaşı tərəfindən aldadılmışdır. Belə ki, həmin şəxs tanış vəkil olduğunu, onun vasitəsi ilə məhkəməyə müraciət edəcəklərini bildirmişdir. İddiaçının etibarından sui-istifadə edilmiş, 8*** manat pul dələduzluq yolu ilə ələ keçirilmişdir. Hazırda bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Odur ki, göstərilən səbəblə əlaqədar olaraq, iddiaçı bir sıra müraciətlər etdiyindən, iddia ərizəsi məhkəməyə gec daxil olmuşdur. Həmçinin, iddia ərizəsi iki dəfə məhkəmə tərəfindən geri qaytarılmışdır. Bu hal iddiaçının iradəsindən kənar baş vermişdir. Hesab edir ki, bu halda iddia müddəti tətbiq edilməməli, işə mahiyyəti üzrə baxılmalıdır. İddianın mahiyyəti ilə bağlı qeyd edir ki, iddiaçıya qarşı qərəzli mövqe olmuş, attestasiya düzgün keçirilməmişdir. İmtahanla bağlı tərtib edilmiş rəy və videogörüntü arasında uyğunsuzluq var. İddiaçıya metodiki suallar verilməli olduğu halda, yalnız nəzəri suallar verilmişdir. Bundan başqa əvvəlki məhkəmə iclasında iştirak etmiş mütəxəssisin məhkəmə iclasında şifahi verdiyi ifadəsi ilə məhkəməyə təqdim edilmiş yazılı rəyi arasında kəskin ziddiyyətlər var. Hesab edir ki, məhkəmə iclasından sonra mütəxəssisə təzyiq olunmuşdur. Ümumiyyətlə, iddiaçıya nazirlik tərəfindən qərəzli mövqe nümayiş olunmuşdur. Həmin gün imtahan verən müəllimlərin əksəriyyəti qərəzli olaraq imtahandan kəsilmişdir. İddiaçının neçə illik təcrübəsi, şagirdləri arasında ad-sanı vardır. Lakin bu kimi qərəzli hallar onun imicinə birbaşa zərər vurur. Həmçinin, qanunvericilikdə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməli olduğu göstərilsə də, cavabdeh tərəfindən verilmiş sənəd etirazdır. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı *4.*4.2*25-ci il tarixdə qanunvericiliyin tələbinə uyğun olaraq işdən azad edilmişdir. Bundan sonra *1.*5.2*25-ci il tarixdə mediasiyaya müraciət etmişdir. Mediasiyaya müraciət etdikdə müddəti axımı dayanmışdır. İddiaçıya mediasiya arayışı 13.*5.2*25-ci il tarixində verilmişdir. Lakin iddiaçı əmək qanunvericiliyində birbaşa nəzərdə tutulmuş 1 təqvim ayını ötürmüş, *3.*9.2*25-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddəti ötürülmüşdür. Attestasiyanın keçirilməsinə gəldikdə, bütün müəllimlərə əvvəlcədən məlumat verilmiş, iddiaçının attestasiyaya hazırlaşması üçün 3 ay vaxtı olmuşdur. Özü ikinci ixtisas olaraq fortepiano müəllimi olduğu üçün suallarla da bağlı deyə bilər ki, bəsit suallar verilmişdir. Həmçinin, müdafiə etdiyi cavabdeh imtahanı nə təşkil edən, nə də keçirən orqandır. Attestasiyanın vaxtını, sualları və s. cavabdeh təyin etməmişdir. Cavabdehin iddiaçıya qarşı heç bir qərəzi də yoxdur. Qanunvericiliyə uyğun olaraq attestasiyadan keçmədiyi üçün cavabdehin əmri ilə işdən azad edilmişdir. İddiaçının işə bərpa məsələsi cavabdeh tərəfin səlahiyyətində deyildir. Yenə də qeyd edir ki, iddiaçı mediasiya arayışını aldıqdan 4 aya yaxın vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bir neçə gün başadüşülən olsa da, bu qədər müddətin ötürülməsi işə mahiyyəti üzrə baxılmadan iddia müddətini tətbiq edərək iddianın rəddi üçün əsasdır. Bİr halı da qeyd edir ki, iddiaçı əgər imtahanın gedişatından narazı və öz cavablarından əmin idisə, niyə başqa şəxsə rüşvət verib işə bərpa edilməsinə nail olmaq istəyirdi. Həmçinin, mütəxəssinin də bildirdiyi kimi 17 il iş təcrübəsi olan müəllifin bu cür zəif ifası da başadüşülən deyildir. Halbuki, iddiaçıya hazırlaşmaq üçün kifayət qədər vaxt da verilmişdir. İmtahan barədə verilmiş rəy tam obyektivdir. Həqiqətən iddiaçının əsər ifaçılığı çox zəif, ifasında ritm problemləri, xaric notlar olmuşdur. Bunun üçün musiqiçi olmağa ehtiyac yoxdur, adi musiqi duyumu ilə də bunu görmək olar. Mütəxəssis tərəfindən verilmiş yazılı rəyə gəldikdə hesab edir ki, heç bir ziddiyyət yoxdur. Məhkəmə iclasında mütəxəssis ifadəsini geniş vermiş, yazılı rəydə qısa-lakonikləşdirmişdir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etdi.

8. 13.11.2*25-ci il tarixli məhkəmə iclasında iştirak etmiş mütəxəssis X3 bildirmişdir ki, onun mövqeyi iki istiqaməti əhatə edir. Əvvəla, komissiya üzvlərinin yanaşması ilə bağlı bildirmək istəyir ki, komissiya üzvlərinin qiymətləndirməsində üç əsas yanlış yanaşma var. Komissiya üzvləri tərəfindən dominant septakkordun yalnız üç oktava ifa edilməli olduğu qeyd edilmişdir. Bu fikir yanlışdır. Əgər ayrılma tətbiq olunursa, dominant septakkord 4 oktava çalınır. Dominant septakkordun 5 oktava ifası isə həmin anda müəllimdə həyəcanın olması nəzərə alınaraq kobud səhv kimi qiymətləndirilə bilməz. Müəllimə niyə bemol qamma əvəzinə diyez qamma ifa etdiyi ilə bağlı irad tutulmuşdur. Halbuki, proqramda müəllimlər üçün ifa seçimi sərbəst təqdim edilmiş, hər hansı əlavə şərt və məhdudiyyət qeyd edilməmiş, əsər seçiminin azad olduğu göstərilmişdir. Buna görə də bu iradın əsassız olduğunu hesab edir. Komissiya üzvləri bildiriblər ki, əsas göstərici ifadır. Lakin əsas meyar ifa deyil, müəllimin metodikası komissiya tərəfindən qiymətləndirilməlidir və metodika ifadan üstün tutulmalıdır. Buna baxmayaraq, müəllimə metodika ilə bağlı heç bir sual verilməmiş, metodik hazırlığının qiymətləndirilməsi aparılmamışdır. Bununla belə nəzəriyyədən çoxsaylı suallar verilmişdir. Terminlər, templər və romantik bəstəkarlara dair suallar normal hesab olunsa da, müəllimin ifa və üzdən oxu bacarıqlarının yoxlanılmasında bu qədər dərinliyə getməyə ehtiyac yoxdur. Qeyd edir ki, müəllim zəif ifa etmiş, ritm zəif olmuş, qamma və notların icrasında problemlər olmuşdur. Üzdən oxu bacarıqları zəifdir, terminlərlə bağlı sualların əksəriyyətinə cavab verə bilməmişdir. Düşünür ki, proqramdan kənara çıxılmamışdır. Lakin müəllimə nəzəriyyə ilə bağlı daha sadə və metodikaya dair suallar verilməsi məqsədəuyğun olardı. Ümumilikdə, hesab edir ki, həm komissiya üzvlərinin, həm də müəllimin fəaliyyətində müəyyən çatışmazlıqlar mövcuddur. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, müəllimin üzdən oxu və ifa bacarıqları zəifdir. Qamma və ritm üzrə problemlər mövcuddur. O, komissiya üzvlərinin və müəllimin çatışmazlıqlarını ifadəsində qeyd etmişdir. Bir daha bildirir ki, 5*-5*-yə, yəni həm müəllimdə, həm komissiyada səhvlər var. Müəllimin bilikləri zəif olduğundan onun təlimlərə cəlb olunmasını (3 əleyhinə, 2 lehinə olmaqla) təklif edərdi. Hesab edir ki, komissiyada qərəz yox, yanlış istiqamətləndirmə var ki, məsələn, müəllimə hər ifa zamanı irad bildirilir. Bir daha qeyd edir ki, həm müəllimin cavablarında, həm də komissiyanın yanaşmasında çatışmazlıqlar var. Çatışmazlıqlar təqribən bərabərdir.

9. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

1*. *287*99 nömrəli əmək kitabçasının surətindən görünür ki, Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə fortepiano ixtisas üzrə işləməyə təyin edilmiş İddiaçı *4.*4.2*25-ci il tarixli, 22 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzıfədən azad edilmişdir.

11. Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya komissiyasının 17.*3.2*25-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: İ.Haydn G dur Sonata əsərini – zəif ifa etdi. İfa etdiyi əsərin təhlilini – zəif etdi. E dur qammasını – zəif ifa etdi, D7 quruluşu? – ifa etdi. Qammaların kvarta dairəsində sayını – cavabladı. Üzdən oxu nümunəsini – zəif ifa etdi. Terminlərdən suallar verildi – cavablamadı. Templər – qismən cavabladı. Romantik bəstəkarlar? – cavabladı. Variasiya nədir? – cavablamadi, Sadə variasiya haqqında? – cavablamadı. Motsartın, Bethoven, Haydın sonataları? – qismən cavabladı. Bethovenin məshur sonataları? – cavabladı. Bethovenin konsertləri? – cavab verə bilmədi. Q.Qarayev prelüdləri? – cavabladı. Proqramlı proqramsız musiqinin fərqi? – qismən cavabladı. Səslərin miqdarı lehinə 1 nəfər, əleyhinə 4 nəfər olmaqla, İddiaçı “uyğun deyil” rəyi verilmişdir. Attestasiya komissiyasının vərəqəsi attestasiya komissiyasının sədri X4, attestasiya komissiyasının üzvləri X1*, X8, X7 və X5 tərəfindən imzalanmış, İddiaçı attestasiya vərəqəsi ilə tanış olmuş və lakin imza etməkdən imtina etmişdir.

12. X1 İdarəsi Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin *4 aprel 2*25-ci il tarixli, 22 nömrəli əmrindən görünür ki, Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı *4 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsinin təmin edilməsi, əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinnin Attestasiya komissiyasının 17.*3.2*25-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və 17.*3.2*25-cı il tarixli, *2 nömrəli protokoludur.

13. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13.*5.2*25-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 5* manat məbləğində mediasiya xərci və 1* manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin *7.*8.2*25-ci il tarixli, 2(*6*)-5566/2*25 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Ə.Baxışxanov adına 1 saylı Uşaq İncəsənət Musiqi məktəbinin direktoru Nümayəndə2 qarşı əmrin ləğvi, işə bərpa məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyana görə pul tələbinə dair iddia ərizəsi mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə etməməsi əsası ilə geri qaytarılmışdır.

15. Sumqayıt Şəhər Məhkəməsinin 27.*8.2*25-ci il tarixli, 2(*6*)-5938/2*25 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi iddiaçı tərəfindən imzalanmaması əsası ilə geri qaytarılmışdır.

16. 24.1*.2*25-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, X6 və İddiaçı xeyli miqdarda ziyan vurulması faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 25*736*76 nömrəli cinayət işi başlanılmışdır.

b) tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

18. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 32.1. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: Maddə 32.1.9. bu Qanunun 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda. Maddə 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 65.

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyə edə bilər. Maddə 67.

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; Maddə 296.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

2*. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları: 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır. 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

c) məhkəmə baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

23. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir.

24. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2*11-ci il tarixli Qərarı)

25. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

26. İddiaçının iddia tələbinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan əsas addım mübahisələndirilən əmrin qanuniliyi ilə bağlı olan məsələdir. Bu hüquqi dəyərləndirmənin başlanması üçün isə ən vacib şərt belə bir iddia irəli sürməkdən ötrü hüquqi imkanların tükənməməsidir.

27. Məhkəmə hesab edir ki, əmrin qanuniliyi məsələsini araşdırmağa ehtiyac qalmır, çünki iddiaçı iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının həmin iddianı vermək üçün iddia müddətini ötürdüyünü bildirmişdir.

28. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə yekunlaşır.

29. İddiaçı *4.*4.2*25-ci il tarixdə əmək kitabçasını təhvil almaqla həmin gün əmək hüququnun pozulduğunu bildiyi halda vaxtında məhkəməyə müraciət etməmişdir. Belə ki, mediasiyanın tətbiqi barədə təklif qarşı tərəfə 16.*4.2*25-ci il tarixdə göndərilmiş, həmin vaxtdan iddia müddətinin axımı dayanmışdır. İddiaçı *1.*5.2*25-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış 13.*5.2*25-ci tarixdə tərtib edilmişdir. Yəni, 13.*5.2*25-ci il tarixdən iddia müddətinin axımı bərpa edilmişdir. Lakin iddiaçı *3.*9.2*25-ci il tarixdə məhkəməyə müraciət etməklə əmək mübahisəsi üzrə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. 3*. Nəticə olaraq məhkəmə qeyd edir ki, iddiaçı nəinki əmək kitabçasını təhvil aldığı vaxtdan, hətta mediasiya arayışını əldə etdiyi gündən 3 aydan çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddəti dövründə müddətin axımını dayandıran hadisə baş verməmiş və iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu, təkcə ötürülmə deyil, aşkar və izahsız laqeydlikdir (culpa lata).

31. İddiaçı tərəf özü də məhkəmə iclasında verdiyi izahatında iddia müddətini üzrlü səbəbdən buraxdığını, başqa bir şəxsə işə bərpasına kömək etməsi üçün 8*** manat pul verdiyini, həmin şəxsin onu aldatdığını, həmçinin, iddia ərizəsinin iki dəfə məhkəmə tərəfindən geri qaytarıldığını bildirmişdir.

32. Məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi hallar onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran forsmajor hal deyil, özünün subyektiv ehtiyatsızlığıdır ki, bu hallar iddia müddətinin axımının dayandırılmasına və ya bərpa olunmasına səbəb olan müstəsna hallar hesab edilə bilməz. Belə ki, iddiaçının işə bərpa ilə bağlı ilk iddia ərizəsi *6.*8.2*25-ci il tarixdə məhkəməyə daxil olmuşdur ki, həmin tarixdə belə iddiaçı əmrin surətini aldığı gündən 4 ay, mediasiya arayışını əldə etdikdən 2 ay 23 gün sonra müraciət etməklə iddia müddətini ötürmüşdür.

33. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2**1-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

34. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 3* oktyabr 2*14-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.*7.2*15-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

35. Göründüyü kimi iddiaçı tərəf cavabdehin müraciətinin ərizə deyil, etiraz şəklində ünvanlandığına əsas gətirərək həmin ərizənin nəzərə alınmamasını xahiş etsə də, yuxarıdakı qərarda da qeyd edildiyi kimi ərizənin adı deyil, məzmunu əsas götürülür. Cavabdehin etirazında iddia müddətinin tətbiqi barədə konkret və əsaslandırılmış xahiş vardır ki, bu, Mülki Məcəllənin 375.2-ci maddəsinə tam uyğundur.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddianın əsaslılığını yoxlamağa ehtiyac qalmadan iddia tələbi təmin edilməməlidir.

37. Bununla yanaşı, *4.*4.2*25-ci il tarixli, 22 saylı əmrin pozuntuya yol verilərək qəbul edildiyi iddia edildiyi üçün, məhkəmə işin tam və hərtərəfli araşdırılması məqsədilə həmin məsələyə də qiymət verilməsini zəruri hesab edir.

38. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh qurumda fortepiano müəllimi vəzifəsində işləmiş, 17.*3.2*25-ci il tarixdə keçirilən attestasiyasiyada iştirak etmiş, nəticələrə əsasən tutduğu vəzifəyə uyğun olmaması barədə rəy verilmiş, bu əsasla onunla bağlanmış əmək müqaviləsinə *4.*4.2*25-ci il tarixdə xitam verilmişdir.

39. Məhkəmə qeyd edir ki, iddiaçının ərizəsində iddia tələbinin təmin edilməsi üçün irəli sürdüyü dəlil ondan ibarətdir ki, attestasiya təşkil edilərkən onun peşəkarlıq səviyyəsi və peşə yararlığının yoxlanılması zamanı cavabdeh tərəf qərəzli olmuş, cavabdeh bilərəkdən peşəkarlıq səviyyəsinə uyğun olmayan suallarla onun peşəkarlıq səviyyəsini düzgün qiymətləndirməmişdir. 4*. Məhkəmə ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının keçiriləcəyi barədə 2*24-cü ilin dekabrında mediada məlumat verilmiş, musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı dekabrın 1*-da Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında məlumatlandırma sessiyası keçirilmiş, attestasiya prosesinə 2*25ci ilin *3 fevral tarixində başlanılması nəzərdə tutulmuşdur (https://medeniyyet.info.az/page/news/77159/.html).

41. İddiaçı 17.*3.2*25-ci ildə attestasiya prosesinə cəlb olunmuş, imtahana hazırlaşması üçün kifayət qədər, özünün də etiraf etdiyi kimi üç aya yaxın zamanı olmuşdur ki, bu da işçilərin attestasiyasının keçirilməsi qaydalarına tam uyğundur.

42. Göründüyü kimi cavabdeh tərəfindən attestasiya komissiyasının təşkili qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmiş, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

43. İddiaçı ərizəsində cavabdeh tərəfin qərəzli olduğunu, ona məqsədyönlü şəkildə peşəkarlıq səviyyəsinə uyğun olmayan suallar verməklə onun peşəkarlıq səviyyəsini düzgün qiymətləndirmədiyinə istinad etdiyindən onun barəsində keçirilmiş attestasiyanın audio-video qeydiyyatını özündə əks etdirən görüntü məhkəmə tərəfindən sorğu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən əldə edilmişdir.

44. Həmin diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən iddiaçıya hər hansı bir qərəzin olması müəyyən edilməmiş, verilmiş sualların cavablandırılması üçün şərait yaradılmasına baxmayaraq iddiaçı sualları cavablandıra bilməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində ona qarşı cavabdehin qərəzli olduğunu bildirsə də, *2.1*.2*25-ci il tarixli məhkəmə iclasında verdiyi izahatına sualların qərəzli olmadığını, həm sualların, həm də onun verdiyi cavabların ona görə normal olduğunu bildirmişdir. 13.11.2*25-ci il tarixdə verdiyi izahatında isə əsər təhlilində çətinliklərlə qarşılaşdığını, müəllim kolleqalarına və direktora da attestasiya zamanı səhvləri olduğunu və qamma ifası zamanı çaşdığını, imtahana girərkən çox həyəcanlı olduğunu, həmçinin, imtahan ərəfəsində özünün və övladlarının səhhətində problemlər yarandığından yaxşı hazırlaşa bilmədiyini bildirmişdir.

45. Məhkəmə iddiaçının mütəxəssisin şifahi rəyinə istinadən əsər ifasının o qədər də vacib olmadığı və daha çox metodiki suallar verilməli olması ilə bağlı dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin Fortepiano ixtisası üzrə təhsilverənlərin attestasiya proqramı 1* bənddən ibarətdir: 1) klassik fortepiano repertuarına daxil olan bir əsərin əzbər və ya not ilə üzdən peşəkarlıqla ifa edilməsi; 2) bütün major və minor qammaları (növləri və dönmələri ilə) 7 illik tədris proqramının tələblərinə uyğun olaraq ifa etmək bacarığı və onların tədrisi haqqında nəzəri biliklərin yoxlanılması; 3) verilən əsərin üzdən oxunması və təhlili (forma, quruluş, janr, üslub xüsusiyyətləri, tonallıq, ştrixlər, applikatura, açarlar, ölçülər, işarələr, melizmlər, ibarə, cümlə, bədii məzmun, dinamika, tembr, temp, pedal, obraz və s.); 4) alətin yaranması və inkişaf tarixi, musiqi cərəyanları, fortepiano ixtisası üzrə tədris vəsaitləri (dərsliklər, məcmuələr, müntəxəbatlar və s.); 5) musiqi və incəsənət məktəblərində tədris proqramlarına (5, 7 və 11 illik təhsil) əsasən hər sinif üzrə illik tələbat, sinifdən-sinfə keçid və buraxılış imtahanları üçün öhdəliklər; 6) Azərbaycan və xarici ölkələrin görkəmli pianoçuları. 7) Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığı (nəzəri); 8) xarici ölkə bəstəkarlarının fortepiano yaradıcılığı (nəzəri); 9) təhsilverənlərin peşə səriştəsi (ixtisasın tədris metodikası - oturuş, əllər və barmaqların quruluşu, şagirdin musiqi-bədii və texniki ifa imkanlarının inkişafı, mövzu, intonasiya, dinamika, dramaturgiya, obraz üzərində iş, pedaldan istifadə, şagird üçün repertuarın düzgün seçimi, müəllim-şagird ünsiyyətinin psixoloji aspektləri); 1*) təhsilverənlərin etik davranış qaydaları.

46. Göründüyü kimi metodikanın yoxlanması həmin bəndlərdən sadəcə biri olmaqla, proqramda əsər ifası, üzdən oxu, əsər təhlili, nəzəri suallar və s. nəzərdə tutulmuş, iddiaçı özünün də etiraf etdiyi kimi proqramla tanış olmuşdur. Attestasiya komissiyası proqram üzrə və attestasiyada iştirak edən şəxsin ixtisasına uyğun olaraq qiymətləndirmə meyarlarını seçməkdə sərbəst olmuşdur.

47. Məhkəmə hesab edir ki, iddiaçının işdən çıxması ilə bağlı əmrin qanuniliyi şübhə doğurmur və iddia tələbinin hüquqi əsası öz təsdiqini tapmır. İddiaçının istinad etdiyi hallar attestasiyanın qanunsuz keçirilməsinə və iddiaçıya qarşı qərəzli münasibət göstərilməsinə əsas vermir.

48. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir.

49. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq nəzəri suallar verilmiş, həmçinin fortepianoda ifa etməsi bildirilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərlərin ifa olunması komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında keçirilmiş attestasiyanın videogörüntüsünə baxış keçirilmiş və attestasiya vərəqəsində qeyd olunanlar öz təsdiqini tapmışdır. 5*. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslarından biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə *4.*4.2*25-ci il tarixli əmri qanuni olmuşdur.

51. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, *4.*4.2*25-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.

52. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, bu tələb törəmə tələb olmaqla, bilavasitə işə bərpa tələbinin təmin edilib-edilməməsindən asılıdır. İddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.

53. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi olmaqla əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.

Nəticə hissəsi:

54. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-22*, 227, 233, 358, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi olmaqla əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar