Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-620/2024 24.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Tibb Mərkəzi X5rşı işdən çıxarılma əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxılmış iş günlərinin əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə “Sumqayıt Tibb Mərkəzi” X9 direktorunun 140-K saylı, 15 may 2023-cü il tarixli əmrinin ləğv olunması, onun “Sumqayıt Tibb Mərkəzi” X10 əvvəlki işinə bərpa olunmağı, maddi ziyan məbləği olaraq 15 may 2023-cü il tarixdən etibarən işə bərpa olunan günədək məcburi iş buraxma müddətində aylıq əmək haqlarının və ona vurulmuş mənəvi ziyan məbləği olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitinin və mediasiya xərci olaraq ödədiyi 50 (əlli) manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X9 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o 2018-ci ildən “Sumqayıt Tibb Mərkəzi” X10 anbardar vəzifəsində işləmişdir. 2022-ci ilin 12 may tarixindən “Sumqayıt Tibb Mərkəzi” X9 mərkəzləşmiş anbarına anbar müdiri vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə nümunəvi işçi olmuş, bu müddətdə ona rəhbərlik tərəfindən hər hansı irad bildirilməmiş, intizam məsuliyyətinə cəlb edilməmişdir. 2023-cü ilin fevral ayında Azərbaycan Respublikasının Hesablama Palatasından nümayəndələr gələrək cavabdeh təşkilatda yoxlamalar aparmışlar. Bu yoxlamalar zamanı ondan əvvəl anbar müdiri olmuş şəxsin hərəkətləri nəticəsində müəyyən pozuntular aşkar edildiyindən, cavabdeh təşkilata 400 manat məbləğində cərimə yazılmışdır. Bir müddət keçdikdən sonra isə TƏBİB-dən yoxlama gəlmişdir. Yoxlamanın da məqsədi cavabdeh təşkilat üçün alınmış 100 ədəd kompüterin içərisindən “siwic” adlanan cihazın kim tərəfindən sökülərək satışa çıxarılmasının aydınlaşdırılması olmuşdur. Araşdırmalar zamanı həmin əməlin İT mütəxəssisləri olan Elmir və Elmar adlı şəxslər tərəfindən törədildiyi müəyyən edilmişdir ki, araşdırmalar zamanı onun bu əməllərdə hər hansı məsuliyyətinin və iştirakının olmadığı da üzə çıxmışdır. Buna baxmayaraq “Sumqayıt Tibb Mərkəzi” X9 direktoru Səkinə Sadıxova günahsız bir şəxsi qurban verərək məsələnin üstünü örtmək niyyətinə düşmüş və qurban olaraq da onu seçmişdir. Halabuki, sadalanan pozuntularda onun zərrə qədər də olsa, təqsiri olmamışdır. Lakin 2023-cü ilin may ayının 12-i tarixində qeyri-iş günü olmasına baxmayaraq Səkinə xanım o, Elmar, Elmir, cavabdehin hüquqşünası Oqtay müəllim, Mətləb həkim, Elmirin atasının iştirakı ilə görüş keçirilmişdir ki, həmin görüşdə Elmirin atası dəymiş ziyanı ödəyəcəyinə söz vermişdir. Bundan sonra o evə qayıtmış, lakin bir müddət keçdikdən sonra Səkinə xanım onu yenidən işə çağırmışdır. Onun otağına daxil olan kimi ondan işdən azad olunmağı barədə ərizə yazmağını tələb etmişdir. Əvvəlcə bunun guya onu qorumaq üçün etdiyini bildirsə də, onun işdən azad edilməyi barədə ərizə yazmaq niyyəti olmadığını gördükdən sonra təhdidlər sovurmağa, onu hədələməyə başlayaraq tutduracağını bildirmiş və bu barədə göstərişin TƏBİB-in rəhbəri Vüqar Qurbanov tərəfindən gəldiyini vurğulamışdır. Onun müvəqqəti olaraq işdən uzaqlaşacağını və bir müddət keçdikdən sonra işinə qayıdacağına dair söz verən Səkinə xanımın təhdidləri qarşısında məcburən ərizə yazaraq guya özünün işdən çıxmaq istədiyini bildirmişdir. Ancaq Səkinə xanım sözünün üstündə durmayaraq onu işə geri qaytarmamışdır. Onun vəzifəsinə mühafizə xidmətində işləyən Məmməd adlı şəxsi götürmüşdür ki, sonradan onu da işdən çıxarmışdır. Nəticədə o eləmədiyi əməllərə görə qurban verilmişdir. Halbuki, oğurluq edən, kompüterlərdən bahalı detalları çıxardıb satan şəxslər nə cəzalanmamış, nə də işdən çıxarılmamışdır. Görünən odur ki, Səkinə xanımın da bu şəxslərin cinayət əməllərində əli olmuşdur ki, onları işdən çıxarmağa da cürət etməyərək onu qurban verməklə məsələnin üstünü bağlamağa çalışmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, onun övladı xəstədir. Onun müalicəsi üçün kredit götürdüyü pulun həcmi artaraq 18 000 manata çatmışdır. İşlədiyi dövrdə heç olmasa borcun aylıq faizlərini ödəyə bilirdi. Amma Səkinə xanımın təkidi və istəyi ilə işdən azad edilməyindən sonra maddi gəliri olmadığı üçün borcu da artmışdır ki, bu səbəbdən o hətta Səkinə xanıma istənilən işlə təmin edilməyinə də razı olduğunu bildirmək məcburiyyətində qalmışdır. Lakin sonuncu onun bu xahişini də yerinə yetirməyərək qanunsuz əməllərini davam etdirmişdir. Göründüyü ki, cavabdehin direktoru onunla bağlanmış əmək müqaviləsinə hədə-qorxu və təhdid yolu ilə onu birtərəfli qaydada xitam verməyə məcbur etməklə özbaşınalığa yol verərək və vəzifə səlahiyyətlərini aşaraq onun əmək müqaviləsinə hədə-qorxu və təhdid yolu ilə onu birtərəfli qaydada xitam verməyə məcbur etməklə özbaşınalığa yol verərək və vəzifə səlahiyyətlərini aşaraq onun əmək hüquqlarını aşkar pozmaqla qanunsuzluğa yol vermişdir. Özü də onun işdən azad edilməyi barədə 15 may 2023-cü il tarixli əmr və onun əmək kitabçası uzun müddət cavabdeh tərəfindən ona verilməmişdir ki, yalnız aidiyyəti dövlət qurumlarına etdiyi şikayətlərdən sonra o, həmin sənədləri 2023-cü ilin noyabr ayında əldə edə bilmişdir. Yaranmış əmək mübahisəsinin mediasiya qaydasında nizamlanması mümkün olmadığından, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etməyi zəruri saymışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdivə onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, hər dəfə getdikdə, may ayında onun ərizəsini aldıqdan sonra Səkinə xanım ona demişdir ki, iyun ayının birindən iddiaçı işə çıxacaqdır. İyun ayının biri getmiş və Səkinə xanım demişdir ki, on beş gündən sonra gəlsin. Hər dəfə də ərizəsini almışdır. Ona bildirmişlər ki, iddiaçını başqa bir işə keçirdəcəkdirlər. Yubadıldığını gördükdən sonra avqust ayının otuzunda mediasiya şurasına müraciət etmişdir. Onu yubatmış və bildirmişlər ki, vərəm xəstəxanasının müdiri pensiyaya gedəcək və iddiaçının onun yerinə işə götürəcəkdirlər. Birinci dəfə getdikdə ona demişdirlər ki, ayın birindən işə çıxacaqdır. Bu səbəbdən də kitabçanı götürməmişdir. Onun ərizəsi həftənin altıncı günü, ayın on üçü alınmışdır. Səhər vaxtı Mətləb doktor, Elmir və Elmar, ataları, Oktay müəllim və Səkinə xanım işdə olmuşdur. Uşaqların işi ilə bağlı onlar söhbət etmişlər. Uşaqlar demişdir ki, onları polis orqanlarına verməsinlər. Uşaqların atası isə demişdir ki, evini və maşını satıb pulu ödəyəcəkdir. Faktiki olaraq onlar pul ödəyirlər. Həftənin altıncı günü, qeyri-iş günü işə getmiş və onlardan ayrılıb evə gəlmişdir. Evə çatan kimi doktor ona zəng etmiş və demişdir ki, qayıdıb işə gəlsin. Taksi ilə getmiş və içəri girən kimi ona demişdir ki, telefonu qoysun və əyləşsin. O səbəbdən də ərizəsini yazsın. Ona demişlər ki, ayın birindən onu başqa işə keçirdəcəkdirlər. Ayın biri getmiş və demişdir ki, beş gündən sonra gəlsin. Fikirləşmişdir ki, müəyyən müddət bir yerdə işləmişlər. Ona görə də harasa şikayət etməyi lüzumsuzdur. Mediasiaya dair məktub getdikdən sonra, doktor kadrların yanına getmiş, Oktay müəllim iddiaçını çağırmış və o da doktor ilə görüşə getmişdir. Ona demişdir ki, niyə şikayət etmisən? Ona iş verəcəkdir. O da bildirmişdir ki, artıq altı aydır. Nə zaman iş verəcəkdir? Doktor ilə kadrların qəbuluna getmiş və Gülnurə xanıma demişdir ki, ona iş versinlər. Cavabında isə işinin çox olduğunu və iş çoxluğu səbəbindən işi hardan tapacağı sualını vermişdir. Ona bildirmişdir ki, ali təhsilli müəllimsən. Nəyə görə burada işləyirsən? O isə demişdir ki, Sizdə Coğrafiya müəllimisiniz. Bəs siz niyə burada işləyirsiniz? Paltar yumaq işi olmuş, ona təklif olunmuş, o isə razı olmamışdır. Avadanlıqların heç biri onun anbarına aid olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Onlar çox istərdilər ki, işçini işə bərpa etsin və barışığa gəlsinlər. Direktor demişdir ki, iddiaçı öz xahişi ilə işdən çıxmış və onun tərəfindən hər hansı bir təzyiq olunmamışdır. Birinci hazırlıq iclasında da qeyd etmişdir ki, onlarda yoxlama olmuşdur. Yoxlamanın nəticəsi gələnə kimi xanım özü xahiş etmişdir ki, ayın on beşi üçün onu işdən azad etsinlər. Onu əmək kitabçasına qeyd ilə işdən çıxartmasınlar. Ayın on beşi heç bir təzyiq olmadan, işçi gəlmiş və özü öz xahişi ilə müraciət etmiş və işdən çıxmışdır. Sənəd kadrlar şöbəsinə ünanlanmış və kadrlar əmri vermişdir. Bütün sənədləşmələr yerli-yerində aparılmış və qanunvericiliyin hər hansı bir tələbi pozulmamışdır. Həmin günü təhvil-təslim aktı imzalanmış, əmri verilmiş, həmin günü sonuncu əmək haqqı hesablanmış və verilmişdir. İddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.Ona görə də müddətin tətbiqi barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, oktyabr ayından Sumqayıt Tibb Mərkəzində 1 nömrəli xəstəxanada kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir. Aprel ayından isə müvəqqəti olaraq kadr iş yerini dəyişdiyinə görə həvalə əmri ilə, müdür müavini vəzifəsi ona həvalə edilmişdir. Səyahət xanım ilə yaxın əlaqəsi olmamışdır. Ayın on beşində müdiriyyət onu çağırmış və əmri təqdim edib, bildirmişdir ki, əmri icra etsin. Ərizəyə əsasən əmr verilmişdir. O isə son haqq-hesab ilə bağlı mühasibatlığa əmr vermişdir. Səyahət xanımın özü gəlmiş və əmək kitabçalarının qeydiyyat jurnalında özü şəxsən imza atmışdır. Həmin zaman əmək kitabçasını və əmrin surətini götürmüşdür. Daha sonra gəlmiş və kitabçanı qoymuş və demişdir ki, üç günə işə qayıdacaqdır. O isə demişdir ki, yenidən gəldilkdə əmək kitabçasını gətirər. O isə razılaşmamış və bildirmişdir ki, burada bir oyun ola bilər. Ona görə də sonradan onu işə götürməzlər. Daha sonra isə həmin xanımı bir dəfə qəbul vaxtı, İlkin həkimin otağında görmüşdür. Səf etmirsə bu hadisə iyul ayında olmuşdur. Həmin gün bütün sənədlər mühasibatlıq şöbəsinə verilmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdehin nümayəndəsi iştirak etməmişdir. - Sumqayıt Tibb Mərkəzi X9in xx.xx.2023-cü il tarixli, 140-K saylıəmrindən görünür ki, Sumqayıt Tibb Mərkəzi X9in Sığortanın təşkili və innovasiya şöbəsinin anbar bölməsinin, bölmə müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarım bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilməsi, Sumqayıt Tibb Mərkəzi PHŞ-in Anbar bölməsinin bölmə müdiri vəzifəsinin icrasının müvəqqəti olaraq Təhlükəsizlik bölməsinin X1 həvalə edilməsi, təhvil-təslim aparılması üçün komissiyanın yaradılması, İddiaçı əmək kitabçası və son haqq-hesabının ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, 56 k, xx.xx.2023-cü il tarixli əmrə əsasən 68.2.1, tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş və sistemə həmin gün də daxil edilmişdir. Həmin sənədin arxa vərəqəsində olan qeyddən müəyyən olunur ki, əmək kitabçasını işdən azad olunan vaxt özü götürməmişdir. Dəfələrlə işçilərlə xəbər göndərilmiş, hüquqşünasla xəbər göndərilmiş, rayonda olduğunu bildirmişdir. Əmək kitabçasını götürməmişdir. xx.xx.2023-cü il tarixində əmək kitabçasını götürmüşdür. E. Məmmədova təhvil vermiş və S.Hümmətova götürmüşdür. - İddiaçı məxsus ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə əmrlə Sumqayıt Tibb Mərkəzi X9in Anbardar bölməsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. - İddia müddətinin tətbiq edilməsinə dair ərizədən görünür ki, iddiaçı öz xahişi ilə xx.xx.2023-cü il tarixdə işdən azad olunmuş və Sumqayıt Tibb Mərkəzinin “əmək kitabçalarının qeydiyyat kitabına” əsasən imza edərək işdən azad olunmuş və Sumqayıt Tibb Mərkəzinin “əmək kitabçalarının qeydiyyat kitabına” əsasən imza edərək işdən azad olunma əmri və əmək kitabçasını elə həmin tarixdə imza edərək götürmüşdür. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona təzyiq nəticəsində ərizə yazdırılmış və bundan əlavə işdən azad olunma barədə əmr və əmək kitabçası ona uzun müddət təqdim olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunun bu normasına əsasən iddiaçı mövcud iddia tələbini irəli sürmək üçün 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərdi. İddiaçı ehtimal etdiyi hüququn pozulmasını xx.xx.2023-cü il tarixdən bilmiş və həmin tarixdən 1 ay ərzində 16 iyun 2023-cü il tarixə kimi müraciət etmək hüququ olduğu halda, o, məhkəməyə 24 noyabr 2023-cü il tarixdə müraciət etmişdir. Bununla da qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş və o, iddia ərizəsində qeyd etdiyi kimi hüquqlarının pozulmasını elə işdən çıxarılan gün bilmiş və məhkəməyə iddia vermək hüququ həmin tarixdən yaranmışdır. Lakin iddiaçı bunu etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinə verilən iddia ərizəsinin tarixindən məlum olur ki, iddiaçı iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən hazırki iş üzrə iddia müddətini tətbiq edərək iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. - Sumqayıt Tibb Mərkəzi əmək kitabçalarının qeydiyyat kitabının surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə işdən azad edilmiş və imza çəkməklə əmək kitabçasını götürmüşdür. - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Sumqayıt Tibb Mərkəzi” X9də keçirilən yoxlama barədə 16 may 2023-cü il tarixli, PHŞ-6/3-7-20/2023 nömrəli aktdan görünür ki, sadalanan İT avadanlıqlarından 2 (iki) ədədi baxış zamanı Tibb Mərkəzinin inzibati binasında olsa da, 3 (üç) ədəd avadanlıq aşkar edilməmişdir. Bununla bağlı olaraq mərkəzin anbar müdiri İddiaçı izahatında bildirmişdir ki, həmin 3 (üç) ədəd avadanlığın harada olmasından xəbərsizdir. - Təbibin icraçı direktoru cənab Vüqar Qurbanova Sumqayıt Tibb Mərkəzi PHŞ-in Mərkəzi anbarının müdiri İddiaçı tərəfindən ünvanlanmış izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə 1871, 1872, 1873, 1874, 1875 nömrəli təhvil-təslim aktları üzrə İts-DA Buzovna aktlarından göndərilmiş AİT kompüter və kompüter avadanlıqlarını “o qəbul etmişdir”. Qəbul etdiyi beş akt üzrə “router” AİT-İ avadanlıqlarının iki ədədi Tibb Mərkəzinin İnzibati binasında aşkar edilmişdir. Lakin yerdə qalan üç ədəd “Cisco” markalı router avadanlığının harada olmasından Mərkəzi anbarın müdiri kimi məlumatı yoxdur. AİT-i üzrə mərkəzi mütəxəssislərinə onun tərəfindən hər hansı akt tərtib etmədən vermişdir. Təxminən 2022-ci ilin dekabr ayında tender yolu ilə aldığı 100 ədəd kompüter dəstini Sumqayıt Tibb Mərkəzi almışdır. Alınan həmin 100 ədəd kompüter dəsti Tibb Mərkəzinin strukturuna daxil olan müəsisələrə təhvil-təslim aktı tərtib edilmədən, qaimə əsasında göndərilmişdir. Qeyd olunan hal əvvəllər də təkrarkalnmış, yəni Sumqayıt Tibb Mərkəzinin aldığı kompüter və kompüter avadanlıqları təhvil-təslim aktı tərtib edilmədən qaimə faktura əsasında müəssisələrə göndərilmişdir. - İddiaçı tərəfindən Sumqayıt Tibb Mərkəzinin rəhbərinə ünvanlanmış ərizədən görünür ki, onun xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanılmış, iddiaçı anbardar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə anbardar bölməsinin müdiri vəzifəsinə keçirilmiş, işəgötürənin xx.xx.2023-cü il tarixli əmri əsasında Əmək Məcəlləsinin 68-ci madəsinin ikinci bəndinin “a” yarım-bəndinə əsasən tərəflərdən birinin təşəbbüsünə görə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edilmiş, sonradan iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olub, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuş, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Sumqayıt Tibb Mərkəzi X5rşı işdən çıxarılma əmrininləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxılmış iş günlərinin əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı –işçi ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış, işçiyə bu barədə məlumat verilməklə, onunla son haqq-hesab aparılmışdır. Belə ki, iddiaçı əmək münasibətlərinə xitam verilməsi barədə işəgötürənə ərizə ilə müraciət etmiş və bunun nəticəsində də işəgötürənin xx.xx.2023-cü il tarixli əmri əsasında Əmək Məcəlləsinin 68-ci madəsinin ikinci bəndinin “a” yarım-bəndinə əsasən tərəflərdən birinin təşəbbüsünə görə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, AR MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Sumqayıt Tibb Mərkəzi X5rşı işdən çıxarılma əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxılmış iş günlərinin əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-620/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-620/2024
24.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver