Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6212/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “hüquqi faktın qeyd edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “hüquqi faktın qeyd edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək irəlidə problem yaşamasın deyə “Süleymanov” soyadında qalmasını, “Nəbiyev” soyadının isə ləğv edilməsini və bununla əlaqədar olaraq yeni şəhadətnamələrin təqdim olunmasını “Nəbiyev” soyadından “Süleymanov” soyadına düzəliş olunmasının qət edilməsi və bununla əlaqədar olaraq yeni şəhadətnamələrin təqdim olunmasının Sumqayıt şəhər Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsini verərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətindən müəyyən olunur ki, Ərizəçi maraqlı tərəf Sumqayıt Şəhər Qeydiyyat şöbəsinə “hüquqi faktın qeyd edilməsi” ilə bağlı müraciət etmiş və Sumqayıt Şəhər Qeydiyyat şöbəsinin 11 iyun 2021-ci il tarixli 05\Q-153\62 nömrəli ərizəçinin müraciətinə cavab olaraq bildirilir ki, xx.xx.1997-ci il tarixdə doğulmuş X1 Sumqayıt Şəhər Qeydiyyat şöbəsində 02.09. 2008-ci il tarixdə 967 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydində atalıq müəyyən edildikdən sonra soyadı “Süleymanzadə” dən “Nəbiyev”ə dəyişdirilmişdir. Bununla bağlı olaraq, məhkəmə zəruri hesab edir ki, ərizəçinin yuxarı orqana və ya İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əlavə olaraq, Sumqayıt Şəhər Məhkəməsinin eyni tərəflər arasında, eyni predmet üzrə mübahisəyə dair 17.05.2021-ci il tarixli, 2(060)-4835\2021 nömrəli və 21.06.2021-ci il tarixli, 2(060)-5781\2021 nömrəli qərardadlarına əsasən Ərizəçi iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə iddianın yolverilməzliyi əsasına görə iddia ərizəsini icraata qəbul etməkdən imtina etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələbinə görə hakim ərizənin məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət elilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 24-26, 32, 151, 153,263, 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “hüquqi faktın qeyd edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6212/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6212/2021
06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver