Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6249/2024 19.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılıb iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçının həmin sahəyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışdan göründüyü kimi Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı bildirir ki, o hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. O, faktiki və qeydiyyatda olduğu ünvana keçmiş iddiaçının keçmiş gəlini olan Cavabdeh tərəfindən buraxılmır. Cavabdeh öz əşyaları evə daxil etmiş və evi zəbt etmişdir. Hər üsul ilə iddiaçının evə daxil olmağını əngəlləyir və onu mənzildən məhrum edir. İddiaçı qeyd edir ki, Cavabdeh şəxsi olaraq Sumqayıt şəhəri, Saray qəsəbəsi, Üzümlük adlanan sahədə villası var. Onun övladı Könülün ayrıca evi vardır. Ancaq keçmiş gəlini olan Cavabdeh bu evə iddiaçını buraxmamaqla onun mənzildən istifadə və sərəncam hüququnu özündə birləşdirən mülkiyyət hüququnu kobud sürətdə pozur. ünvan 1 ünvanında üç otaq vardır. Bu otaqların ikisi iddiaçının mərhum atası X3 xüsusi mülkiyyətindədir. Digər tək otaq isə iddiaçının xüsusi mülkiyyətindədir. Hal-hazırda iddiaçnın atası öldükdən sonra vərəsilik prosesi başlanmışdır. xx.xx.2023-cü ildə 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisində miras əmlakdan tam hissədə pay almağı barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ərizəyə əlavə olunur. Hazırda cavadeh həmin evdə öz ailə üzvləri ilə birlikdə yaşayır və onun həmin evdən mülkiyyətçi kimi istifadə etməyinə suni maneələr yaradır, heç bir səbəb olmadan həmin evdə yaşamağına icazə vermir. Mülkiyyətçi kimi iddiaçının həmin evdən istifadə etmək və evə dair sərəncam vermək hüququndan istifadəsini məhrum edir. Dəfələrlə iddiaçının mülkiyyətində olan mənzilə köçmək istəsəm də, cavabdeh ciddi-cəhdlə buna mane olmuşdur. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək, iddaçının mənzilə köçürülməsinə heç bir etirazları olmadığını, lakın mənzilin boşaldılmasına dair hissədə iddia tələbini qəbul etmədiklərini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 17319 inventar nömrəli xx.xx.2023-cü il tarixli texniki pasportdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin ümumi sahəsi 17,3 kv.m olan bir yaşayış otağı İddiaçı adınadır. - xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı X8 tərəfindən Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsi miras qalmışdır. - Azərbaycan Rüspublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası tərəfindən verilmiş 1 mk-147/2004 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, iddiaçı X3 iddia tələbi təmin edilməmiş, X4 Qubadli rayon 12 saylı MİSnə qarşı vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərindən şiayətə dait iddiası üzrə Qubadli Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ləğv edilmiş X1 və Cavabdeh X5, X2 və Cavabdeh qarşı mənzilə yaşayış hüqunun tanınmaqla pasport qeydiyyatına alınması tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, X6 və Cavabdeh iki azyaşlı övladı ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 mənzil 21-ə yaşayış hüquqları tanınmaqla qeydiyyata alınmışdırlar. - Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsinin cavabdeh İddiaçı mülkiyyətindədir. İddiaçı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq həmin sahəyə köçürülməsini istəyir. Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddaçının mənzilə köçürülməsinə heç bir etirazları olmadığını, lakın mənzilin boşaldılmasına dair hissədə iddia tələbini qəbul etmir. - Tətbiq edilən hüquq: - Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 43-cü maddəsinə əsasən Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahilliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 52.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 159-cu maddəsinə əsasən əşyaya sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün məhkəməyə iddia verə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsinin Cavabdeh tərəfindən boşaldılmalı, İddiaçı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsi Cavabdeh tərəfindən boşaldılsın . İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6249/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6249/2024
19.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver