Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6252/2021 12.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 qızının, Cavabdeh2, Cavabdeh3 və X1 Sumqayıt şəhər 9-cu mk/r (köhnə) ev 29A/23-də yerləşən 24 saylı mənzilə olan yaşayış hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13.08.2012-ci ildə vəfat edən X8 ilə 1990-cı ildə isə faktiki nikah münasibətinə daxil olmaqla hazırki mübahisəli mənzilə gəlin gəlmişdir. 1992-ci ildə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan iki oğulları dünyaya gəlmişdir ki, onlar da, hazırda iddiaçı ilə yaşayırlar. Sonradan ailə münasibətləri zəminində nikahları 1997-ci ildə rəsmi olaraq pozulmuşdur. Mübahisəli mənzil Sumqayıt şəhər-9cu mk/r (köhnə) ev 29/23-də yerləşən 24 saylı mənzildir. Mənzil 5 otaqdan ibarət olmaqla ümumi yaşayış sahəsi 77.3 kv.metrdir. Həmin mənzil 27.01.1971-ci ildə vəfat etmiş qaynatası X9 verilmişdir. Sonradan 25.12.1978-ci ildə məhkəmə qətnaməsinə əsasən mənzil ər-arvad arasında bölünərək sahəsi 24,53 kv.m olan iki otaq qaynatası olan X7 və sahəsi 52,77 kv.m olan üç otaq isə qaynanası X5 və onun ailə üzvlərinə verilmişdir. İddiaçı gəlin gələndə cehiz əşyalarını sonradan qaynanası Hünbətova Ballıya verilmiş 3 otaqlı mənzilə və 3 uşağı da həmin mənzildə dünyaya gəlmiş və orada böyümüşlər. 1997-ci ildə nikahları pozulduqdan sonra keçmiş həyat yoldaşı yenidən ailə qurmuşdur. Həmin evlilikdən bir uşağı da, olmuşdur. Sonradan Rasim ana və uşağını evdən çıxartmış, 3-cü dəfə yenidən ailə qurmuşdur. Buna dözməyən qaynatası və qaynanası vəfat etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 14.10.2005-ci il tarixli qətnaməsinə əsasən iddiaçı iki azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülmüşlər və hazırda da orada yaşayırlar. Keçmiş həyat yoldaşı Rasim 13.08.2012-ci ildə vəfat etmişdir. X6 adına qeydiyyatda alınmış 52.77 kv.m mənzil sahəsi sonradan X3 adına 04.04.2012-ci il Reyestr xidmətində qeydiyyata alınmışdır. 2012-ci ildən hazırki vaxtadək 5 otaqlı mənzildə iki oğlu yaşayır bütün kommunal xərcləri iddiaçı ödəyir. Cavabdehlərdən hamısı ölənlərin yaxın qohumlarıdır və 16 ilə yaxındır ki, mübahisəli mənzildə yaşamırlar. Bu barədə Sumqayıt şəhər 9 saylı MKS-nın qonşularla birlikdə tərtib etdikləri 27.04.2021-ci il tarixli akt da təsdiq edir. Akta əsasən cavabdehlər 2005-ci ildən qeydiyyatda olduqları mənzildə yaşamırlar.Saray qəsəbəsində öz şəxsi evlərində yaşayırlar, yalnız faktiki qeydiyyatdadırlar. Onların qeydiyyatda qalması mülkiyyətçi kimi hüquqları pozur. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıq edilsə ki, öz evləri var, qeydiyyatdan çıxsınlar, lakin onlar bunun qarşılığında pul məbləği tələb etmişlər. Cavabdehlərin heç biri mərhum Rasimin vərəsəsi deyildir. Onun iki oğlu var və onlar da vərəsə hesab edilməlidir. Oğullarından biri ailəli digəri isə subaydır. Cavabdehlərin 16 ilə yaxın faktiki olaraq mübahisəli mənzildə qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilə yaşayış hüquqlarına xitam verilməlidir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə cavabdehlərin iştrakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - 27.04.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhər-9cu mk/r (köhnə) ev 29/23də yerləşən 24 saylı mənzildə qeydiyyatda olan Cavabdeh1 qızı, Cavabdeh2, Cavabdeh3 və X2 qeyd edilən ünvanda qeydiyyatda olmalarına baxmayaraq 2005-ci ildən bu ünvanda yaşamırlar. - Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin ******* saylı çıxarışından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29A/23, mənzil 24-ün 3 otaqı xüsusi mülkiyyət hüququ ilə X4 2 otaqı isə İddiaçı xüsusi mülkiyyətindədirlər. - Ölüm haqqında şəhadətamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X10 23.08.2012-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29A/23, mənzil 24 paylı mülkiyyət hüququ üzrə 3 otaqı xüsusi mülkiyyət hüququ ilə X4, 2 otaqı isə İddiaçı xüsusi mülkiyyətindədirlər. X10 13.08.2012-ci il tarixdə ölmüşdür və onun miras əmlakına dair rəsmiləşdirilmə aparılmamışdır. Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 29A/23, mənzil 24 paylı mülkiyyətdədir. Cavabdehlər iddiaçının mərhum ərinin qohumlarıdır və 16 ilə yaxın müddətdir ki həmin mənzildə yaşamırlar. Cabadehlərin iddiaçının payına və ya digər mülkiyyətçi(lərin) payına aid olan hissədə qeydiyyatda olması barədə iddiaçı sübut təqdim edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (215.1). Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (215.2). Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyətini və əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyətini ləğv edə və ya məhdudlaşdıra bilməzlər (215.3). Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər (215.4). Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (215.5). Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir (215.6). Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının təkbaşına yəni, digər mülkiyyətçilərin razılığı olmadan paylı mükiyyət hüququ ilə bir hissəsi ona məxsus əmlakla bağlı hərəkət etməyə subyektiv hüququ yoxdur. Ona görə də iddia rədd edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlərin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29A/23, mənzil 24-ə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İdiaçı İddiaçı cavabdehlər Cavabdeh1 qızının, Cavabdeh2, Cavabdeh3 və X1 Sumqayıt şəhər 9-cu mk/r (köhnə) ev 29A/23-də yerləşən 24 saylı mənzilə olan yaşayış hüquqlarına xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6252/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6252/2021
12.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver