Məhkəmə qərarları › İş №2(060)-6316/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6316/2020

26.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6316/2020 26.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnа qarşı fərdi evə məcburi köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, “Yaşıl dərə”, Yeni Yaşayış massivi, 2-ci məhəllə, 1 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən fərdi evə uşaqlarıyla (xx xxxxx 2014-cü il təvəllüdlü X1 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X2) birlikdə məcburi köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasına gəlmiş, lakin İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, ərizə baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnа qarşı fərdi evə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar