Məhkəmə qərarları › İş №2(060)-6328/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6328/2021

23.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6328/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı1 qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 və İddiaçı3, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 qızının, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və X5 qarşı mənzilin açıq hərracdan satılması və əldə edilən ümumi vəsaitin mülkiyyətçilər arasında paylarına mütənasib bölünməsi tələbinə dair mülki işə 23 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 qızı, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və X5 qarşı mənzilin açıq hərracdan satılması və əldə edilən ümumi vəsaitin mülkiyyətçilər arasında paylarına mütənasib bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 30-cu məhəllə ünvanında yerləşən 2A/15 saylı evin 7-ci mənzilinin açıq hərracdan satılması və həmin evin satışından əldə olunacaq vəsaitin 6/24 hissəsi İddiaçı1 qızına, 6/24 hissəsi İddiaçı2, 6/24 hissəsi İddiaçı3, 3/24 hissəsi X7 və 3/24 hissəsinin Seyidova Sevil Aydın oğluna verilməklə ümumi məbləğin mülkiyyətçilər arasında paylarına mütənasib bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 30-cu məhəllə ünvanında yerləşən 2A/15 saylı evin 7-ci mənzili ataları X1 məxsus olmuşdur. O, 13.09.2020-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra onun mülkiyyətində olmuş Sumqayıt şəhəri, 30-cu məhəllə ünvanında yerləşən 2A/15 saylı evin, 7-ci mənzili vərəsələr arasında bölünmüş və həmin mənzilə 07.04.2021-ci ildə AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən çıxarışa əsasən mənzilin 6/24 hissəsi İddiaçı1 qızına, 6/24 hissəsi İddiaçı2, 6/24 hissəsi İddiaçı3, 3/24 hissəsi Cavabdeh2 və 3/24 hissəsi Seyidova Sevil Aydın qızına məxsusdur. X3 Aydın qızı azyaşlıdır. Seyidova Sevil Aydın qızını hazırki iş üzrə cavabdeh olan anası Cavabdeh1 təmsil edir. Mənzil 3 otaqdan ibarətdir, hamam, tualet, mətbəx birgədir, ona görə də bu mənzilin naturada bölgüsü mümkün deyildir. Qeyd edilən səbəbə görə cavabdehlər mənzilin satılıb satış qiymətinin aralarında bölünməsi, yaxud onlara düşən pay üzrə pulun ona ödənilməsini təklif etsələr də, cavabdehlər qəti şəkildə imtina etmişdir. Beləliklə onların mənzilə olan hüququ məhdudlaşmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 və İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli mənzil qaynatası Şamil Seyidova məxsus olmuşdur. O, iddiaçıların qardaşı Aydın Seyidovla ailəli olmuşdur və həmin mənzildə yaşamışdırlar. Şamil Seyidov 22 il onlarla yaşayıb, uzun müddət xəstəlikdən əziyyət çəkib, o və övladları Şamil Seyidovun qayğısına qalıblar. X15 rəhmətə getmiş, oğlu Cavabdeh2 isə hazırda hərbi xidmətdədir. Əlavə olaraq cavabdeh qeyd etdi ki, qaynatasının sağlığında evlə bağlı heç vaxt mübahisə və söz söhbət olmayıb. Hazırda o, mübahisəli mənzilin satılmasına etiraz edir. Belə ki, başqa yaşayış yerləri yoxdur. Cavabdeh qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçi İddiaçı2 və cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə İddiaçı2 və cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh1, 04.07.2020-ci il təvəllüdlü X9 və 09.10.2007-ci il təvəllüdlü Seviova Sevil Aydın qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar (AR DİN-in BPQMİ-nin MAPS Şöbəsinin 05.07.2021-ci il tarixli arayışlarına əsasən). İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsinin 468 nömrəli, 01.02.2021-cil il tarixli arayışından görünür ki, İddiaçı1 qızı ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 2 6/24 hissəsidə İddiaçı1 qızının, 6/24 hissədə İddiaçı2, 6/24 hissədə İddiaçı3, 3/24 hissədə X6 və 3/24 hissədə Seyidova Sevil Aydın oğlunun payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 07.04.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 02.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı3 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 02.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı2 ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsinindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Göründüyü kimi məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hazırki halda isə iddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl etmədən, yəni paylarının naturada ayrılması, bu mümkün olmadığı təqdirdə isə paylarının əvəzində onlara kompensasiya ödənilməsi barədə müvafiq iddialar qaldırmadan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 qızının, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və X5 qarşı mənzilin açıq hərracdan satılması və əldə edilən ümumi vəsaitin mülkiyyətçilər arasında paylarına mütənasib bölünməsi tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 qızının, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və X5 qarşı mənzilin açıq hərracdan satılması və əldə edilən ümumi vəsaitin mülkiyyətçilər arasında paylarına mütənasib bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar