Məhkəmə qərarları › İş №2(060)-6363/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6363/2023

13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6363/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X29 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi Serqeyevnanın maraqlı tərəf Maraqlı şəxsnə qarşı “mirasın əmlakın qəbulu və mirasın açılma yerinin müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Serqeyevna ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X3 məxsus Sumqayıt şəhəri, 8-ci mkrn, ev №14/27, mən-32-də 1/6 hissədən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi və mirasın açılma yerinin Sumqayıt şəhərində olması faktının təsdiq edilməsi və Maraqlı şəxs üzərinə ona qanun üzrə vərəsəlik haqda şəhadətnamə veriməsi vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır kiSumqayıt şəhər 1 saylı notariat kontorunun 14 sentyabr 1991-ci il tarixli qanun üzrə vərəsəlik haqda şəhadətnaməsinə əsasən xx.xx.1997-ci ildə vəfat etmiş atası X12 ölümündən sora qalmış Sumqayıt şəhəri, 8-ci mkrn, ev №27v, mənzil-32-də qalmış miras paya- üç otaqdan ibarət daşınmaz əmlaka dair anası X6 7/6 hissədə, X18 1/7 hissədə, X7 1/7 hissədə, X8 1/7 hissədə, X24 1/7 hissədə, X13 1/7 hissədə pay verilmiş, göstərilən əmlaka ümumi paylı mülkiyyət hüquqları yaranmışdır. 1992-ci il 16 noyabrda qardaşı X9 ,xx.xx.2006-cı ildə anası X15 vəfat etmişdir. X19 Sovetlər birliyi dövründən Rusiyaya, Qazaxıstana gedərək orada yaşamış, və mövsimi işlərdə işləmişdir. 1992-ci ildə orada ölmüşdür. Qeyri-rəsmi bir qadınla yaşamış, ailəsi barəsində heç vaxt onlara məlumat verməmiş, bu barədə məlumatları olmamışdır. Ölümündən sonra həmin qadınla anası və qardaşları əlaqə yaratmağa çalışsalar da heç bir nəticəsi olmamışdır. xx.xx.2006-cı ildə anaları Butkova Mariya vəfat etdikdən sonra atalarından qalmış miras əmlak ümümi mülkiyyətlərində olduğu üçün notariat orqanına vərəsəlik üçün müraciət etməmişlər. O, həmin mənzildə əri və uşaqlarında birlikdə yaşayırlar. Ancaq son zamanlar Bacısı və qardaşları ona dedilər ki, həmin əmlakdan pay istəmirlər, o, miras əmlakı öz adına rəsmiləşdirə bilər. O, da bu məqsədlə notariat ofisinə müraciət etmişdir. Anasından qalan və digər vərəsələrin payları onların razılığı ilə öz adına rəsmiləşdirmişdilər. Lakin notariat ofisi qardaşı Konstantinin miras payını qanun üzrə ikinci növbə vərəsə kimi ona verməkdən imtina etmişdir. Bildirmək istəyir ki, notariat ofisinin imtinası qanunsuz və əsassızdır. Ona görə ki, işlər 2000-ci ilə qədər qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 529-cu maddəsinə və istərsə də qüvvədə olan AR MM-nin 1147-ci maddəsinə əsasən mirasın açıldığı yer miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə daşınmaz əmlakın əsas hissəsinin olduğu yer sayılır. Notarius imtina qərarında qeyd edir ki, guya qardaşının ölüm haqqında şəhadənaməsində onun Qazaxıstan vətəndaşı olduğu göstərilir. Lakin həmin sənəddə, yəni qardaşı Butkov Konstantninin ölüm haqqında şəhadətnaməsində belə cümlə yoxdur. Qardaşının sonuncu yaşayış yeri Qazaxstan olmayıb, öldüyü yer Qazaxstan olub. Çünki,qardaşı mövsümü işlərlə əlaqadar Rusiyaya və Qazaxstana işləməyə gedirdi. Qazaxstanda o.müvvəqəti qeydiyyatda ola bilərdi. Çünki, sovetlər birliyinin dağılmasından bir neçə ay sonra hələ sovet pasportları istifadə edilirdi və qardaşı Qazaxstanın vətəndaşlığını qəbul edə bilməzdi. Notariat ofisinin də qeyd etdiyi kimi qardaşı Konstantinin ölümündən sonra yaşadığı Qazaxstan Respublikasında vərəsəlik işi açılmamışdır. Çünki,qardaşının orada heç bir əmlakı və vərəsəsi olmamışdır. Qardaşına məxsus miras əmlak daşınmaz əmlak kimi Sumqayıt şəhərində yerləşir. Qardaşının ölümündən 30 otuz ildən çox vaxt keçib, əgər başqa vərəsələri və əmlakı orada mövcud olsa idi yəqin ki, müraciət edərdilər. Göründüyü kimi belə bir müraciət olmayıb. Qazaxstanda da notariat ofisinin imtinasında bildirdiyinə görə onun barəsində vərəsəlik işi açılmamışdır. Qeyd etməlidir ki, qardaşı Konstantin Qazaxstana hələ Sovetlər birliyi dövründə Azərbaycan vətəndaşı olaraq işləməyə getmişdir. Azərbaycanda Astara şəhərində anadan olmuşdur. 1992-ci ilin noyabrında Qazaxstanda ölmüşdür. Sovetlər birliyinin yeni dağıldığı dövrə təsadüf edilən bir vaxtda o heç Qazaxstan vətəndaşlığını qəbul etməmişdi. Sadəcə o, tez-tez Rusiyaya və Qazaxstana mövsimi olaraq işləməyə gedirdi. Getdiyi yerlərdə müvvəqəti qeydiyyata alınırdı. Onun pasportu Sovet pasportu idi. Çünki həmin dövrdə hələ sovet pasportları qüvvədə idi. Onun sonuncu daimi yaşayış yeri Azərbaycan idi, ona görə də burada atasından qalmış miras əmlakdan 1/6 hissədə pay almışdır. Mənzil-istismar sahəsindən alınmış ailə tərkibi haqda ətraflı arayışdan da görünür ki, qardaşı Konstantin ölən günə qədər adı çəkilən mənzildə qeydiyyatda olmuşdur. Öləndən sonra həmin mənzildən qeydiyyatdan çıxarılmışdır. Beləliklə,hesab edir ki, qardaşına məxsus daşınmaz əmlak atasının ölümündən sonra ona çatan 1/6 hissədə daşınmaz miras əmlakın Azərbaycanda yerləşməsini nəzərə alaraq Azərbaycan qanunvericiliyinə əsasən vərəsəlik işi həll edilməlidir, daha doğrusu atalarından qalan miras əmlakın çox hissəsinin onun tərəfindən qəbul edilərək rəsmiləşdirilməsini nəzərə alaraq notarius tərəfindən qardaşına məxsus daşınmaz əmlaka Azərbaycanda vərəsəliyin açılmasını və qalan 1/6 hissədə miras əmlaka dair ona vərəsəlik şəhadətnaməsinin verilməsi rəsmiləşdirilməlidir. Məhz Maraqlı şəxs tərəfindən ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Aralarında heç bir mübahisə yoxdur. Qeyd etdiyi kimi bu imtina əsassızdır və qanuni deyil. Notariusun imtina qərarından belə çıxır ki, o, vərəsəliyin açılması üçün Qazaxstana getməli və orada ərizə verməlidir. Sonra gəlib burada daşınmaz əmlaka vərəsəlik şəhadətnaməsi almalıdır. Sual oluna bilər ki, Azərbaycanda yerləşən daşınmaz əmlak barədə məlumatlar Qazaxstanda necə əldə oluna bilər. Məhz ona görə də həm indi qüvvədə olan mülki məcəlləyə, həm də 2000-ci ilə qədər qüvvədə olan mülki məcəllənin tələbinə qörə vərəsəlik şəhadətnaməsi daşınmaz əmlakın olduğu yer, yəni Sumqayıt şəhərində verilməlidir, daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsi onun olduğu yerin notariusu tərəfindən verilməlidir. Qanunvericilikdə də qeyd olunur ki, daşınmaz əmlaka dair vərəsəlik onun yerləşdiyi ölkənin qanunvericiliyinə əsasən həll olunur. Qeyd edilənlərdən aydındır ki, o, X19un ikinci növbə vərəsəsidir, miras əmlakı qəbul etmiş və idarə edir. Vərəsəlik haqda sənədi başqa qaydada ala bilmər.Miras əmlakın daşınmaz əmlaka aid olduğundan bu əmlaka Sumqayıt şəhərinin notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi tam qanuna uyğundur. Məhkəmədə ərizəçinin nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf qismində dəvət olunmuş Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək iş rejimini və əhalinin sıxlığını nəzərə alaraq məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X9 16 noyabr 1992-ci il tarixdə Qazaxıstan Respublikasında ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X16, X25,X26, X3 aid doğum haqqında şəhadətnamələrin ata qrafasında-X20, ana qrafasında X15 qeyd edilmişdir. İşə əlavə olan AZ-İ № 203404 saylı, 11 iyul 2006-cı il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 02 iyul 2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli ətraflı arayışından görünür ki, mənzilin orderli Butkov Serqeyevna xx.xx.1991-ci ildə vəfat edib. Onun vəfatından sonra xx.xx.1991-ci ildə mənzil onun həyat yoldaşı X15 6/7 hissə, X27 6/7 hissə, X4 1/7 hissə, (Butkova) Ərizəçi qızı 1/7, X11 1/7, oğlu X17 1/7 hissələrlə özəlləşdirilmişdir. İşdə olan İV-JQ №282851 saylı, xx.xx.1991-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 xx.xx.1991-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş-X5 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan qızı-Ərizəçi və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-Sumqayıt TİB tərəfindən xx.xx.1991-ci il tarixdə X10 verilmiş 596 qeydə alma nömrəsi ilə 14 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63,42 kv.m, yaşayış sahəsi 48,72kv/m, yardımçı sahəsi 14,7 kv/m, 3 otaqlı olan mənzilin mərhum X6 düşən 1/6 hissəsindən ibarətdir. İşə əlavə olan xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin surətindən görünür ki, X25, X22, X16 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63,42 kv/m, yaşayış sahəsi 48,72 kv/m, yardımçı sahəsi 14,7 kv/m olan 3 otaqlı mənzilin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən Ərizəçi bağışlamışlar. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Ərizəçi 16 noyabr 1992-ci il tarixdə vəfat etmiş qardaşı X1 miras qalmış Sumqayıt şəhəri, 8-ci mkr-da 27V nömrəli binada yerləşən 32 nömrəli mənzilin 1/6 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. İşə əlavə olan “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mkr, ev 27v, mənzil 32-i X5 adına 6/7, Butkova Vera S. 1/7, Butkov Konstantin S. 1/7, Ərizəçi S.1/7, Butkov Yuriy S. 1/7, Butkov Qriqoriy S. 1/7 hissədə adına qeydə alınmışdır. İş materiallarında olan İV-JQ №269851 saylı, xx.xx.1986-cı il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X23 ilə X14 xx.xx.1986-cı il tarixdə nikaha girmişlər və sonuncuya Bayramova soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qardaşı X3 məxsus miras payına dair birinci vərəsə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X2 16 noyabr 1992-ci il tarixdə ölməsi ilə xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 14/27, mənzil 32-də 1/6 hissədən ibarət miras əmlakı onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan bacısı Ərizəçi Serqeyevna tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, ərizəçi miras əmlakı faktiki idarə edərək miras əmlakını qəbul etdiyini nümayiş etdirmişdir. Ərizəçi mirası faktiki qəbul edərək onu idarə etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır, ona görə məhkəmə belə hesab edir ki, ərizə qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə ərizənin “Maraqlı şəxs üzərinə ona qanun üzrə vərəsəlik haqda şəhadətnaməsi vəzifəsi qoyulması” hissəsinə qiymət verərək belə hesab edir ki, ərizə həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Odur ki, ərizəçi qətnamə qanuni qüvvəsini aldıqdan sonra bu qətnamə əsasında notariat orqanına müraciət etməklə tələb olunan sənədi ala bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi Serqeyevnanın qardaşı X3 məxsus Sumqayıt şəhəri, 8-ci mkrn, ev №14/27, mən-32-də 1/6 hissədən ibarət miras əmlakın Ərizəçi Serqeyevna tərəfindən qəbul edilsin və miras açılma yeri Sumqayıt şəhərində olması faktı müəyyən edilsin. Hazırki qətnamə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi Serqeyevnanın özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar