Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6392/2021 12.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, iddiaçı Ərizəçi soyadın dəyişdirilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun əvvəlki soyadına qaytarılması, yəni soyadının “Əzizov” kimi yazılması və bu barədə müvafiq qeydiyyat aparmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). Ərizədə ərizənin verildiyi məhkəmənin adı göstərilməlidir (149.2.1). İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.1.). Müəyyən olunmuşdur ki, ərizəçi Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsə də, ərizədə ərizənin verildiyi məhkəmənin adı Sumqayıt İnzibati Məhkəməsi göstərilmişdir. Eyni zamanda ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etsə də, ərizənin xahiş hissəsində soyadının dəyişdirilməsi vəzifəsinin cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir ki, ümumi məhkəmə tərəfindən hər hansı dövlət qurumunun üzərinə onun səlahiyyət dairəsinə aid olan vəzifələrin qoyulması mümkün deyildir. Bununla da əizəçi ərizənin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etməmişdir. Bu səbəbdən xüsusi icraat qaydasında ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi onun əvvəlki soyadına qaytarılması, yəni soyadının “Əzizov” kimi yazılması və bu barədə müvafiq qeydiyyat aparmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması barədə ərizəsi geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6392/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6392/2021
12.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver