Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6403/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Сəfərova Sehribəyim Şamil qızının Сavabdeh Сəfərova Türkanə Mənsum qızına qarşı «şəxsi mülkiyyətdə olan mənzildən əmlakların çıxarılması tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Сəfərova Sehribəyim Şamil qızı məhkəməyə müraciət edərək, сavabdeh Сəfərova Türkanə Mənsum qızına məxsus olan əmlakların-yataq mebeli dəstinin (termo, şifoner, servant, taxt, 2 tumba, kamot), 1 ədəd televizorun, paltaryuyan maşının, soyudujunun, divan-kreslo dəstinin, 2 ədəd xalçanın, stol-6 stulun, 1 curnalnı stolun, yataq dəstlərinin, 2 ədəd pərdənin, 2 ədəd çilçirağın, qab-qaşıq və dəsmal dəstlərinin, mətbəxt stolu-stulunun onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 45-сi məhəllə, ev 9/77, mənzil 9-dan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 07 oktyabr 2022-ci il tarixə təyin etmişdir. İddiaçı Сəfərova Sehribəyim Şamil qızı ərizə ilə müraciət edərək, iddia ərizəsini geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Сəfərova Sehribəyim Şamil qızının сavabdeh Сəfərova Türkanə Mənsum qızına qarşı «şəxsi mülkiyyətdə olan mənzildən əmlakların çıxarılması tələbinə» dair ərizə baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6403/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6403/2022
07.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver