Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6440/2020 26.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Cavabdeh ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şəxsin ailədə bərabər hüquqlu yaşayış şərtlərini pozmasına görə mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiyasında hər sahədə, eləcə də, birgə nikah və nikahdan sonrakı mülkiyyət bölgüsünün yekunlaşacağı dövründə insan hüquqlarının qorunması və tərəflər arasındakı bərabər hüququn təmin etməyi tələb etdiyini nəzərə alaraq, evdən məcbur çıxarıldıqları tarixdən indiki tarixədək (2020 yanvar- 2020 oktyabr) hər ay üçün 300 azn kirayə haqqı ona maddi təzminat şəklində cavabdeh şəxs tərəfindən birdəfəlik ödəniş (2700 azn) və boşanmadan sonrakı mülkiyyət bölgüsünün icra olunacağı tarixədək hər ay 300 azn kirayə pulu Cavabdeh tərəfindən ödənişinin ona ödənməsi məsuliyyətinin cavabdeh şəxsin üzərinə qoyulması və ya ev bölgüsü zamanı göstərilən məbləğin hesablanaraq onun hesabından ona ayırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində birgə nikah və nikahdan sonrakı mülkiyyət bölgüsünün yekunlaşacağı dövrədək cavabdehdən pul tutulmasını xahiş etsə də, cavabdehlə aralarında bağlanmış nikahın pozulması, o cümlədən birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə də hər hansı qərar qəbul edilib-edilməməsini xahiş etdiyi aydın deyil. Halbuki, iddia ərizəsində iddiaçının tələbi konkret olmalıdır. Lakin hazırki halda isə iddia tələbi aydın olmamaqla yanaşı, konkret deyildir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.2 152.2, 263- 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6440/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6440/2020
26.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver