Məhkəmə qərarları › İş №2(060)-6489/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6489/2021

10.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6489/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan uşaqları X5 və X6 ona məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 57 ünvanında yerləşən 2 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 57 ünvanında yerləşən 2 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Belə ki, iddiaçı həmin mənzili 02 iyul 2011-ci il tarixdə mənzilin əvvəlki mülkiyyəçisi Cavabdeh5 daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satın almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sözü gedən mənzil 26.07.2011-ci ildən tam payda iddiaçının mülkiyyətindədir. Cavabdehlər mənzilin əvvəlki mülkiyyətçilərinin ailə üzvləridir. Onlar mənzilin alqı-satqı prosesində iştirak etmiş və qanunla müəyyən edilmiş qaydada mənzilin satılmasına etiraz etməməsi barədə razılıq ərizələri vermişlər. Lakin indiyədək keçən müddət ərzində cavabdehlər öz öhdəliklərini yerinə yetirməyərək hələ də sözügedən mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu isə öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. İddiaçı cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur və sərbəst şəkildə öz mülkiyyətinə sərəncam verə bilmir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1975-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh1 xx.xx.1970-ci ildə, Cavabdeh2 xx.xx.1994-cü ildə, Cavabdeh3 10.07.1969-cu ildə, Cavabdeh4 xx.xx.1970-ci ildə, Cavabdeh5 xx.xx.1939-cu ildə, Cavabdeh6 19.09.1952-ci ildə, Cavabdeh7 xx.xx.1999-cu ildə və Cavabdeh8 isə xx.xx.1991-ci ildə anadan olmuşlar. İddiaçı və cavabdehlər hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mənzildə həmçinin 28.10.2018-ci il təvəllüdlü X7 və 10.10.2017-ci il təvəllüdlü X8 da qeydiyyatdadırlar. 02.07.2011-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 57 ünvanında yerləşən 2 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) cavabdeh X1 almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən MA saylı, ******* saylı çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İşdə olan 11 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və sahə ustası Əliyeva Zenfira Ə., Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 57, mənzil 16-da yaşayan X3, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 57, mənzil 17-də yaşayan X10 qızı tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdehlər 2011-ci ildən mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Göründüyü kimi mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər isə həmin mənzildə yaşamırlar və formal olaraq qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan 28.10.2018-ci il təvəllüdlü X5 və 10.10.2017-ci il təvəllüdlü X6 da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Aşir oğlunun, Cavabdeh4, X2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və yetkinlik yaşına çatmayan şəxslər X5 və X6 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar