Məhkəmə qərarları › İş №2(060)-6495/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6495/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6495/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinə və qeyrilərinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin etibarsız hesab edilməsi və digər tələblərinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı (yeni qaydalarla AZ 5021, ünvan 2 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi) və həyətyanı torpaq sahəsi üzərində mərhum atası X1 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və bununla bağlı 14 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26 dekabr 2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, 26 dekabr 2020-ci il tarixli,3M-2131 reyestr nömrəli miras payın bağışlama müqaviləsinin və onların doğurduğu hüquqi nəticələrin, o cümlədən Cavabdeh4 qeyd olunan daşınmaz əmlaklar üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və onun adına verilmiş 19 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız sayılması, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 mart 2021-ci il tarixli, AN-İ№0927332 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılaraq Sumqayıt şəhəri,Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və bununla bağlı onun adına verilmiş 31 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. (25.1.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İddiaçı hazırkı iddia tələbində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsini də cavabdeh kimi göstərmişdir. İddiaçı digər tələblərlə yanaşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mərhum atası X1 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və bununla bağlı verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş edir. İddia ərizəsində də göstərildiyi kimi həmin fərdi yaşayış evi Sumqayıt şəhər X2 12.09.1959-cu il tarixli protokolundan çıxarışa əsasən iddiaçının atası X1 istifadəsində olmuşdur. Yəni, həmin evin X1 adına rəsmiləşdirilməsi mülki-hüquqi əqd əsasında aparılmamışdır. Bu səbəbdən qeyd edilən tələbə mülki qaydada ümumi məhkəmədə deyil, ümumi hüquq münasibətlərindən irəli gələn mübahisə kimi müvafiq inzibati məhkəmədə baxıla bilər. Hazırkı vəziyyət işə mülki iddia icraatı qaydasında baxılmasını qeyri-mümkün edir. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinə və qeyrilərinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin etibarsız hesab edilməsi və digər tələblərinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar