Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6563/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1961-ci il tarixdə Yardımlı rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum aktı qeydinin bərpa edilərək ona yeni “doğum haqqında şəhadətnamə” verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1961ci il tarixdə Yardımlı rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum aktı qeydinin bərpa edilərək ona yeni “doğum haqqında şəhadətnamə” verilməsi, ata adı Həsən, ana adı Anaxanım kimi olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1961ci il tarixdə Yardımlı rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum aktı qeydinin bərpa edilərək ona yeni “doğum haqqında şəhadətnamə” verilməsi, ata adı X7, ana adı X3 olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Ərizəçi xx.xx.1961-cı il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. Özünə məxsus «doğum haqqında şəhadətnamə»ni itirmişdir. Hal-hazırda sənədi təkrar ala bilmir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən müəyyən problemlərlə rastlaşır. Bunun üçün o, doğum haqqında akt qeydinin bərpa olunması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən xahişi təmin olunmamış və ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət edir. Ona görə də hazırki ərizə ilə məhkəmyə müraciət edir. Bildirir ki, hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Doğum haqqında şəhadətnamənin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Ona görə də hesab edir ki, doğum haqqında akt qeydi məhkəmə tərəfindən bərpa olunmalıdır. Doğum haqqmda akt qeydinin bərpası ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, onun xx.xx.1961-ci il tarixdə Yardımlı rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum aktı qeydinin bərpa edilərək ona yeni “doğum haqqında şəhadətnamə” verilməsi, ata adı X7, ana adı X3 olmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Maraqlı şəxs məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, ərizəçi onun baldızıdır. Nazilə xx.xx.1961-ci il tarixdə Yardımlı rayonunda anadan olub. 22 ildir ki, ərizəçinin qardaşının yoldaşıdır. X2, anası X5r. Ərizəçi hazırda Sumqayıt şəhərində yaşayır. Məhkəmədə şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Onlar ailədə 11 uşaq olublar. Ərizəçi Nazilə xx.xx.1961-ci il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. O, onlara məlum olmayan səbəblərə görə doğum haqqında şəhadətnaməsini itirmişdir. X1, anaları X5r. Məhkəmə Ərizəçi, şahidlər X9 və X10 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, № ******* saylı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Yardımlı rayonu, Gölyeri kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/Q-3276/15 saylı məktubundan görünür ki, Maraqlı şəxs arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri eləcə də, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Yardımlı rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/Q-618-13 saylı məktubundan görünür ki, Yardımlı rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri eləcə də, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. İş materiallarında olan “Sumqayıt” qəzetində olan məlumatdan görünür ki, xx.xx.1961-ci ildə Ərizəçi adına Yardımlı rayon X4 Qeydiyyatı şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə itdiyi üçün etibarsız sayılır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2005-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən ilk dəfə AZE-04942236 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti 5 (beş) il bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu madddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə yalnız 1945-ci ilə qədər təhvil verilmişdir. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Ərizəçi doğumu haqqında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1961-ci ildə Yardımlı rayonunun Gölyeri kəndində anadan olmuş Əliyeva (Zaidova) Nazilə Həsən qızının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Yardımlı rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan 1958-ci il tarixdən 1964-cü il tarixədək ilkin doğum, 1961-ci il tarixdən 1979-cu il tarixədək bərpa doğum akt qeydləri üzrə yoxlama aparılmış, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər X9 və X11 ifadə verərək Ərizəçi həqiqətən də xx xxxxxx 1961-ci ildə Yardımlı rayonu, Gölyeri kəndində doğulması faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1961-ci ildə Yardımlı rayonu, Gölyeri kəndində doğulması faktı müəyyən edilməli, doğum faktı qeydin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X7, ana qrafasında X8 göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci ildə Yardımlı rayonu, Gölyeri kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi xx.xx.1961-ci ildə Yardımlı rayonu, Gölyeri kəndində doğulması akt qeydinin bərpa edilsin və yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X7, ana qrafasında X8 göstərilsin. Qənamə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6563/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6563/2022
30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver